Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda qadınlar yolu bağladılar

Bakıda qadınlar yolu bağladılar
18-04-2019, 19:27 636 dəfə baxılıb

Bakıda qadınlar yolu bağladılar












Bakının Suraxanı rayonunda qadınlar aeroport yolunu bağlayıblar.

Bu barədə hadisə şahidləri bildiriblər. Vətəndaşlar Yeni Suraxanı qəsəbəsinə içməli su verilmədiyi üçün etiraz ediblər.

Yolun bağlanması nəticəsində ərazidə böyük tıxac yaranıb. Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa olunub.


“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, yaxın vaxtlarda ərazidə yaranmış problemlər tam aradan qaldırılacaq.

“Suraxanı rayonu Samir Əliyev küçəsində əvvəllər tamamilə su yox idi. Biz ötən illər həmin küçənin bir hissəsində şəbəkə qurmuşuq, camaata su vermişik, amma bir hissəsində hələ də içməli su, mərkəzləşmiş şəbəkə yoxdur. Həmin ərazidə olan vətəndaşlar şəbəkə qurulmasını, onların da su ilə təmin olunmasını istəyir.

Camaatın tələbi odur ki, orda şəbəkə qurulsun, evlərinə su xətti çəkilsin, sayğac quraşdırılsın, evlərində su olsun. Bu bizim planımızda var, onu icra edəcəyik.

Bakı şəhəri və onun ətrafı qəsəbələrində bu işlər mərhələli şəkildə həyata keçirilir. Çox kiçik bir hissə qalıb, onu da növbəti mərhələdə həll edəcəyik”, - deyə Anar Cəbrayıllı bildirib.BAKU.WS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram