Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

" SOKAR"IN TƏHLÜKƏSİZLİK İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR ? GENERAL RƏŞAD ƏLİYEV ÖLKƏ BAŞÇISININ ƏKSİNƏ GEDİR ?-VIDEO

24-04-2019, 10:37

" SOKAR"IN TƏHLÜKƏSİZLİK İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR ? GENERAL RƏŞAD ƏLİYEV ÖLKƏ BAŞÇISININ ƏKSİNƏ GEDİR ?-VIDEO











Məlumat üçün deyək ki, Nazirlər Kabineti 626 nömrəli sərəncamı ilə (25.10.18 ) Azərbaycan Dövlət Neft Şirkətinin " SOKAR " dövlət büdcəsinə 675, 4 milyon manat ( təxminən 400 min ABŞ dolları ) məbləğində olan borcunu silib. Burda maraqlı sual çıxır: görösön SOKARIN borcu niyə yaranıb? Necə olur ki, bu şirkətin uğurları barədə biz ancaq xarici ölkələrdən eşidirik? Əslində SOKARDA nələr baş verir?

DogruXeber.az bildirir ki, hörmətli oxucuların yadındadırsa bir müddət bundan əvvəl Dövlət Neft Şirkətinin Təhkükəsislik İdarəsində " Struktur dəyişikliyi" adı altında 2000 nəfərion ixtisar edilməsi böyük qalmaqal yaratmışdı.Yollar bağlanmış,kütləvi etiraz səsləri ucalmışdı.Düşünmək olardı ki, Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyev bu etiraz dalğasından nəticə çıxaracaq, ən azı ölkədə sabitliyin, təhlükəsizliyin qorunması, insanların maddi rifah halının yüksəldilməsi sahəsində qismən də olsa Cənab Prezidentə öz əməli fəaliyyəti ilə dəstək verəcəkdir. Amma təəssüf, çox təəssüf...Amma əslində Təhlükəsizlik İdarəsində nə baş vermişdir? Budur, SOKAR-ın Təhlükəsizlik İdarəsi İdman Kompleksinin direktoru Ruslan Rəhim oğlu Cəlilov qarşımızda əyləşib. O, başına gələn hadisələrdən, idarə rəisi, general Rəşad Əliyevin qanunsuz hərəkətlərindən, ona qarşı qərəzli mövqeyindən, haqsızlığından ürək ağrisi ilə söhbət açır.

Məlum olur ki. Ruslan Cəlilov 11 ildir ki, Rəşad Əliyevin tabeliyində işləyir və bu 11 ildə aralarında heç bir oroblem olmayıb.Amma axırıncı iki ay ərzində başına oyular açılıb, olmazın əziyyətlərini çəkib. Bütün bu olaylar İdman Kompleksinin qanunsuz olaraq icarıyə verilməsinə etiraz edəndən sonra başlayıb. Ruslan Cılilov deyir ; " Mənə ayda 200 manat paket verilirdi. Həftənin 5 günü, 9 saat iş günüm var idi.Mən bunun qanunsuz olduğunu biləndən sonra etiraz etdim mənim bu qanuni tələbimdən sonra hər şey dəyişdi. Mənə, ailəmə, məktəbdə oxuyan uşaqlarıma təzyiqlər başladı. Özüm YAP-ın üzvüyəm, Prezidentimizi, dövlətçiliyimizi sevən adamam. Ölkə başçısına müraciət etdim. İşə qaytardılar. Amma iki gündən sonra vəziyyət daha da kəskinləşdi. Sambo üzrə Baş məşqçi Bəxtiyar Hacıyev məcburiyyət qarşısında Şirkətin daxili tədqiqatına yazıb ki, Ruslan məndən hər ay 150 manat pul tələb edir.

Ona deyiblər ki, ya sən onun üzünə durmalı, ya da işdən çıxmalısan. Rəşad müəllim mənimlə piz mövqeydədir.Ya məni vurdurmaq, ya da tutdurmaq istəyir. Mənim və uşaqlarımın həyatı təhlükədədir. Bir neçə dəfə maşınımı vurublar, şüşələrini sındırıblar. Baxan yoxur, polis heç bir tədbir görmür."

Daxili sarsıntılardan, əsəb gərginliyindən şəkər xəstəliyi daha da şiddətlənən Ruslan Cəlilov nəhayət, Birinci Vitse- Prezident Mehriban xanım Əliyevaya müraciət edib. Bundan sonra onu qorxutmaq və psixoloji təsir göstərmək üçün beş nəfərdən ibarət dəstə SOKAR-ın yarıqaranlıq zirzəmisinə aparıb təzyiqlər göstəriir və onun generaı Rəşad Əliyevlə heç bir problemi olmadığını yazdırmağa səy göstərirlər. Yalnız bundan sonra o, Prezidentə, Baş prokurora, Daxili İşlər Nazirinə, Dövlət Təhlükəsis Xidmətinin rəisinə şikayətv etmək,kömək istəmək məcburuyyətində qalır. Azad, müstəqil, hüquqi dövlətdə yaşayan Ruslan Cəlilov tezliklə tədbir görüləcəyinə, haqq- ədalətin öz yerini tapacağına inansa da, hələlik heç bir müsbət cavab almamışdır. Rəşad Əliyev isə öz təzyiqlərini davam etdirir. ABZAS

BƏS DTX-nın ADINDAN KİMLƏR NƏ ÜÇÜN VƏ NECƏ İSTİFADƏ EDİRLƏR ?

Qeyd etdiyimiz kimi Ruslan Cəlilov şəkər xəstəliyindən və kəskin böyrək ağrılarından əziyyət çəkirdi. İşdəki vəziyyət, göstərilən psixoloji təsirlər onun vəziyyətini daha da ağırlaşdırırdı. Ruslan Cəlilovu ən çox narahat edən, düşündürən və incidən özündən çox uşaqlarının təhlükəsizliyi idi. Səhhətinin pisləşməsi Ruslanı daha ağır duruma salırdı.Buna görə də bülleten götürür, qismən də olsa müalicə olunurdu. Belə bir vaxtda onu müalicə edən həkim zəng edib deyir ki, Ruslan, nə olub, nə baş verib? Dövlət Təhlükəsizlik Xidmətindən gəlmişdilər, vəsiqə göstərdilər, dedilər ki, dəqiq bilmək istəyirik, Ruslan doğrudan xəstədir, ya yox. Nəsə baş verib ?
Ruslan Cəlilovun dediyinə gürə həkimin yanına gedənlər və onun səhhəti ilə belə ciddi maraqlananlar Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları yox, bu mötəbər dövlət orqanının adından sui-istifadə edənlər Rəşad Əliyevin göstərişi ilə gedən SOKAR-ın işçiləri olub. Məqsəd aydındır.
Ruslan Cəlilov Rəşad Əliyevin əməlləri barədə çox danışdı. Məlum uldu ki, Rəşad Əliyev işlədiyi 14 il ərzində milyonlara sahib olub. Şəhərin mərkəzində 6-7 evi, 3-4 villası var. Prezident yeni- yeni iş yerləri açdırdığı halda bu öz maraqları xatirinə 2000 nəfəri birdən ixtisar edir.Yeri gəlmişkən deyək ki, bu ixtisar məsələsi, Ruslanın dediyi kimi, vaxtı ilə çox böyük əks-səda yaratmışdı. Onda Təhlükəsizlik İdarəsinin nəqliyyat xüsusi texnika sexində mühəndis işləyən Qabil hacıyev " Bizim yol" qəzetinə müraciətində yazırdı: " Struktur dəyişikliyinin səmərəli idarəetmə zərurətindən yarandığını desələr də proseslər subyektiv aparılır. Şirkət rəhbərliyi " idarəetmənin təkmilləşdirilməsi" adı altında xüsusi mülkiyyət olan "Etalon" MMC-nin bazasının genişləndirilməsi ilə məşğuldur. İdarənin nəzdində olan nühafizə komandalarının yarıdan çoxu MMC-nin tabeliyinə verilir." Bəs bu " Etalon" şirkətinin sahibi kimdir? Ruslan Cəlilov iddia edir ki, Etalon" Şirkəti məhz Rəşad Əliyevə məxsusdur. O, deyir ki, Rəşad Əliyev Prezidentin göstərişlərinə məhəl qoymur.

Belə ki, ölkə başçısının göstərişi ilə Dövlət Neft Şirkətinin ərazisində tikintilərə məhdudiyyət qoyulub. Yəni yeni tikintilərin aparılması qadağan edilib. Buzovnadan Məştağaya gedən yolda setkalanmış geniş bir ərazi var. Mənim özüm də iştirak etməklə biz o yerləri camaatdan təmizlədik, ev tikməyə qoymadıq Bu yerlər Neft Şirkətiin ərazisi kimi adlanır və "Etalon" Şirkətinin mühafizəçiləri tərəfindən qorunur.

Rəşd Əliyev Şirkətdə işləyən digər yaxınları ilə burda özlərinə şəhərcik salıblar. Dəbdəbəli evlər, villalar tikiblər. Onu da qeyd edək ki, Ruslan Cəlilovun dediklərinin bir qismini Qabil Hacıyev "Bizim yol" qəzetində yazmışdı: " Etalon” MMC-yə trasferləri yoxlanılması zəruridir. kadr resursları, nəqliyyat vasitələri oraya köçürülüb. Bu Şirkət xüsusi mühafizə Şirkətidir. İdarə rəisi Rəşad Əliyevə məxsusdur. Oraya 33 nəqliyyat vasitəsi verilib. lakin transfer hansı əsaslarla olub məlum deyil.İxtisarla bağlı iki aydan artıq bir vaxtda cürbəcür oyunlar gedir, kimisə kiminsə yerinə işdən çıxarmaq cəhdlərinə görə bütün kollektivi üz-üzə qoyublar". Ruslan Cəlilovun dedklərindən belə çıxır ki, aradan uzun illər keçməsinə baxmayaraq Rəşad Əliyev hələ də öz tamahından, idarəçilik sistemindən və iş prinsipindən əl çəkməyib. Öz şəxsi maraqları bütün dəyərlərin fövqündə dayanır, digər maraqlar isə arxa plana keçir.

Həyat dəyişir, inkişaf edir, köhnə metodlar və üsullar yenilənir, müasir, daha modern səviyyəyə yüksəlir. Cəmiyyətimiz getdikcə daha fəal, yeni düşüncəyə yiyələnir Hər şeyə yeni fikir, yeni gözlə baxır. Ölkədə yeni- yeni islahatlar aparılır, insanların həyat səviyyəsi yüksəlir. Onlar sabaha daha açıq, daha ayıq gözlə baxır, ağı qaradan seçirlər. Biz burda çox şeyləri yazmadıq . Düşündük ki, Rəşad müəllimlə əlaqə saxlayaq, yazdıqlarımız və yazmadıqlarımız bəzi məsələlər barədə onun da fikirlərini öyrənək. Təəssüf ki, telefonlarının heç biri cavab vermədi. Amma yenə də mövzumuzu açıq saxlayırıq.
DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram