HƏKİM ALVERÇİYƏ, XƏSTƏ "YAĞLI" TİKƏYƏ ÇEVRİLİB. HƏKİMLƏRİN VƏ HÜQUQ MÜHAFİZƏ İŞÇİLƏRİNİN QURBANINA ÇEVRİLƏN BEYLƏQAN RAYON SAKİNİ PƏNAH HÜSEYNOVUN BAŞINA GƏLƏN MÜSİBƏTLƏR

HƏKİM  ALVERÇİYƏ, XƏSTƏ  "YAĞLI"  TİKƏYƏ  ÇEVRİLİB.  HƏKİMLƏRİN  VƏ HÜQUQ  MÜHAFİZƏ  İŞÇİLƏRİNİN  QURBANINA ÇEVRİLƏN  BEYLƏQAN RAYON  SAKİNİ  PƏNAH  HÜSEYNOVUN  BAŞINA  GƏLƏN  MÜSİBƏTLƏR













Ta qədim zamanlardan bu günlərə qədər səhiyyə və təhsilin cəmiyyət üçün nə qədər vacib olmasını müqəddəs kitabımız olan Qurani Kərimdən oxuyub eşitmişik. Yox, elə bilməyinki təkcə Qurani Kərimdə yazılıb,hətta Qurandan öncə gələn bütün səmavi kitablarda bu qeyd olunmuşdur. Bəs nə üçün bu iki sahəyə əsas önəm verilib? Gəlin yaxın və uzaq keşmişə kiçik nəzər salaq görək , böyük şəxsiyyətlər bu sahələr barəsində nələr söyləyiblər. Sovet imperyasının banisi olan Lenin demişdir, oxumaq oxumaq yenədə oxumaq. Bəli bu sözlər İslam peyğəmbərinin kəlamı olmasına baxmayaraq, ölkə liderlərinin də işlətdiyi kəlam olmuşdur.

Bunları qeyd etməkdə fikrimiz heç də sizlərə səhiyyə və təhsilin yaranması və təbliğinin haradan gəlməsini çatdırmaq deyil. Bilən bilir ki, dünyada hər bir yeni ixtiralar elimdən yaxşı bəhrələnmənin nəticəsidir. Bəli bəli bəli düz eşitdiniz, elimdən yaxşı bəhrələnmənin nəticəsidir ki, buda həmin ölkənin inkişaf etməsinə böyük təkan verir. Bu yerdə milli kinolarımızdan bir fraqmet yadıma düşdü. “Bəyin oğurlanması” kinosunda deyilən kimi desək “bəs o əjdahadan bizdə niyə yoxdur.” Son bir neçə ildir ki, sosial mediada təhsilin və səhiyyənin bərbad vəziyyətdə olması haqda xeyli sayda məqalələr dərc olunmuşdur. Görəsən bu acınacaqlı durumlar barəsində səhiyyə və təhsil nazirləri hansı adekvat addımlar atıblar?

Düşünmürəm ki,bu sahələrdə yaxşılığa doğru hər hansı bir addımlar atılsın,əksinə gündən günə geriliyən bu sahələr artıq can ustə olmasını aydın şəkildə biruzə verir. Misal olaraq səhiyyə sahəsində açıq aydın rəzalət verici bir hadisəni diqqətinizə çatdırmaq istərdik. Belə ki,11 ay öncə Beyləqan rayonu Əhmədli kənd sakini Hüseynov Pənah Hüseyn oğlu “DogruXeber.az” informasiya agentliyinin redaksiyasına müraciət etmişdir. Rayon sakini P.Heseynovun müraciətini dinlədikdə şəxsin çarəsiz drumda olduğunu gördük. 11 ay öncə səhhətində narahatçılıq hiss edən P.Hüseynov həmyerlisinin vasitəsi ilə Bakı şəhərində yerləşən Mərkəzi klinikada, Niyaməddin həkimin yanına gəlirlər.

Müsibət elə həmin vaxtdan başlayır. Hardan biləydi ki, onu qarşıda nələr gözləyir.Əvvəlki məqaləmizdə dərc etmişdik ki,P.Hüseynov klinikada dopler müayinə olunduqdan sonra Niyaməddin həkim tərəfindən qoyulan diaqnoz 4-cü dərəcəli serloz xəstəliyi olmuşdur. Diaqnoz qoyulduqdan sonra Niyaməddin həkim xəstəyə təcili əməliyyat olunmasını məsləhət görür. Diaqnozun cavabın eşidən xəstə bir anlıq şok olur və xəstəliyin həyəcanını yaşayır. Bu cür hallardan sui -istifadə edən həkim çox keçmədən xəstəyə təsəlli verərək bildirir ki,narahat olmağa əsas yoxdur, mən özüm bu cür xəstəliklərin əməliyyat proseslərində iştirakçı kimi olmuşam. Amma mənim yaxından tanıdığım professor Qardaşxan həkim var, onunla danışaram, sizin əməliyyatınızı yüksək səviyyədə həyata keçirər. Xəstəliyin həyəcanını yaşayan P.Hüseynov həkimdən əməliyyatın nə qədər məbləğə başa gələcəyini soruşur və Niyaməddin həkim isə bildirir ki,Qardaşxan həkimlə danışım sonra sizə xəbər edərəm.

Rayon sakini P.Hüseynov bildirir ki, ertəsi gün Niyaməddin həkim zəng vurub bildirir ki,bu əməliyyat 11000 manata başa gələcək. “Əslində düzünü desəm, bu məbləğin mənim üçün yüksək oldüğunu bilsəm də, çarəsizlikdən razılaşmalı oldum.”Belə ki,ailəmlə birlikdə banka kredit götürmək üçün müraciət etdim.Bankdan isə mənə pulun bir hissəsini götürmək mümkün oldu,digər qalan hissəsini isə həyətimdə olan mal qaramı satıb,qohum əqrəbəmin köməkliyi ilə pulu düzəldib,Bakıya üz tutdum.Həmyerlilərimin iştirakı ilə Medi Style kinikada çalışan Qardaşxan həkimə əməliyyatımı etməsi üçün lazım olan məbləği(11000 manat) verdim.

Minbir əzab-əziyyət ilə, deyilən yüksək məbləği əldə edən, sadə kəntçi Pənah Hüseynov hardan bilə bilərdi ki,onun əməliyyatını edən şəxslər öz işlərini uğursuz və səhv icra edər.Beləliklə əməliyyat olunduqdan bir neçe vaxt sonra xəstə, səhhətinin daha da pisləşdiyini görüb,yenidən Qardaşxan həkimə müraciət edib.Pənah Hüseynovun bildirdiyinə görə,ikinci dəfə də üzərində uğursuz müayinə və müalicə aparmaqlarına baxmayaraq, heç bir nəticə əldə etmədilər.Xəstə qeyd edir ki,düşdüyü durumla bağlı Nərimanov rayon prokrorluğuna şikayət etdi.Onu da nəzərinizə çatdıraq ki,Pənah Hüseynovun müraciətinə əsasən Mərkəzi Anatomiya Birliyindən verilən cavaba əsasən qyd olunub ki, müayinə zamanı aparılan əməliyyatı səhv icra ediblər.Beləliklə onbir aydan artıqdırki,hüquq mühafizə orqanlarına müraciət edən zərərçəkmiş Pənah Hüseynov bildirirki,ona dəyilmiş maddi və mənəvi ziyanın təmin olunması üçün heç bir qrum qanuni tədbir görmür.

Dəfələrlə mətbuat vasitəsi ilə ölkə prezidentinə müraciət edən zərərçəkmiş şəxs P. Hüseynov bildirirki, “hüquq mühafizə orqanları tərəfindən hüquqlarım qorunmadığı üçün, şəxsiyyət vəsiqəmi poçt vasitəsi ilə Azərbaycan Respublikası prezidentinə göndərib ölkə vətəndaşlığından çıxarılmağımı xahiş etmişəm”. Bir neçə gün öncə mətbuatı bir araya gətirib, konfrans keçirən zərərçəkmiş P.Hüseynov bütün aidiyyati qrumlara müraciət edərək,bildirmişdir ki,onun səhhətinə həm maddi ,həm də mənəvi zərər vuran həkimi məsuliyyətə cəlb edib və ona dəyilmiş ziyanin təmin olunmasını tələb etmişdir.

P.S .Diqqətinizə çatdırım ki, redaksiya olaraq məsələyə aydınlıq gətirilməsi üçün Mərkəzi Klinikanın həkimi Niyaməddin həkimlə telefon əlaqəsi saxlamışdıq.Təəssüflər olsun ki,həkim suallarımızı cavablandırmaqdan imtina etdi.Eyni zamanda Medi Style klinikasının həkimi Qardaşxan həkimlə də telefon əlaqəsi saxlamışdıq.O isə suallarımıza qısa cavab olaraq bildirmişdir ki,P.Hüseynov mənim xəstəm deyil,Niyaməddin həkimin xəstəsidir.

Buna baxmayaraq adları qeyd olunan şəxslərin əlavə fikirlərini dinləyib dərc etməyə hazırıq:
DogruXeber.az

Tarix:25-04-2019, 11:25 Baxış Sayı:295 Kateqoriya:gundem / sosial / video
SON XƏBƏRLƏR
Zelenski biznes ortağını özünün birinci köməkçisi təyin etdi
XİN: Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir
Ramazanın 17-ci gününün duası
ABŞ-da erməni silah baronu həbs olundu
Azərbaycanda qızıl-gümüş ucuzlaşdı
Türkiyədə 470 metr dərinlikdə isti su fontan vurub
Günün qoroskopu
"Neftçi"nin legioneri milliyə çağırıldı
Aygün Kazımova ərə gedir
Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var
Zəvvarlarımızın Həccə getmə və qayıtma tarixləri məlumdur
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
Azərbaycanda yeni agentlik yaradılır
Günay HƏBS ediləcək - FOTO
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib
Azərbaycanda məktəblinin qatarın altında qalaraq ölməsinin dəhşətli TƏFƏRRÜATI ÜZƏ ÇIXDI
“Artıq pul alırlar” — “Grandmart”dan ŞİKAYƏT
Təbii qaz bahalaşır
AĞSUDA PREZİDENTİN ƏLEYHİNƏ İŞLƏYƏN MÜDİR AQİL NİFTƏLİYEVDİR-VIDEO/FOTO
Əri tərəfindən bıçaqlanan qadın haqda yeni məlumat - "Böyrəyi sıradan çıxıb"
İnsidentlə yüksək vəzifədən azad olunan məmurun yerinə YENİ TƏYİNAT
İntihar edən Elina Hacıyeva ilə bağlı QALMAQAL BÖYÜYÜR
Zaqatala-Tbilisi yolundakı xristian abidəsi ilə bağlı yeni tapıntı aşkar edildi - FOTO
Azərbaycanda bu dövlət rüsumları dəyişir
Sabahın havası
Türkdilli ölkələrin rəhbərləri Azərbaycana yığışacaq
“Tarqovı”ya giriş 7 günlük qadağan edilir – VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Fuad Abbasovu aşağılayanlar CƏZALANDIRILSIN! – Polad Bülbüloğluna müraciət edildi
Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?
Bakının bu qəsəbələrində 2 gün su olmayacaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla