gundem / Təhsil
27.04.2019, 13:41
Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrola gedib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərinə yollanıb.
Teatrın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mədəniyyət ocağı öz repertuarında böyük uğurla nümayiş olunan “Ölülər” tamaşası ilə ölkəmizi Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalında təmsil edəcək.
Festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Festivalda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan 18 teatr iştirak edəcək.