Qiymətlər süni artır, yoxsa… – İqtisadçı

Qiymətlər süni artır, yoxsa… – İqtisadçı









Son aylarda ölkəmizdə sosial proqramların effektiv icra olunması əhalinin gəlirlərini gözəçarpacaq dərəcədə artırdı. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən minimum əmək haqqının 38.5 faiz, məcburi köçkünlərin aylıq müavinətlərinin 50 faiz, pensiya və təqaüdlərinin məbləğinin isə yarıdan çox artımı,həmçinin yeni Prezident təqaüdlərinin təsis olunması ölkə rəhbərinin həssas əhali qruplarına göstərdiyi diqqəti təcəssüm etdirir. Belə ki, problemli kreditlərin həlli istiqamətində qəbul edilmiş mexanizmlər, dollar krediti olan vətəndaşlara aşağı məzənnələrlə kreditlərin hesablanması və artıq ödənilmiş pullar üzrə kompensasiyaların verilməsi Azərbaycan dövlətinin köməyə ehtiyacı olan vətəndaşlarına dəstəyini ifadə edir.

...Sosial tədbirlər planı təsdiq olunduqdan sonra mağazalarda məhsulların qiyməti sözün məcazi mənasında "at oynatdı”. Hələ artımlarını kartlarında hiss etməyən insanlar bazarın qiymət alovuna düşdü. Zəruri qida məhsulu hesab olunan soğanın və kartofun qiymətinin artması ilə başlayan yüksəliş, ən aşağı qiymətli "Orbit”saqqızınqiyməti 50 qəpikdən 70 qəpiyə dəyişdikdə uşaqları aldatmaq üçün deyilən " Saqqız satan baba ölüb!” cümləsi mənə də qəribə gəlmədi.

Bahalaşmasüd məhsullarındada müşahidə edilir. Dovğa istehsal edən firmalardan biri məhsulun 2 ay əvvələ kimi 0.85 manata, indi isə 1 manat 15 qəpiyə satır.

Şokalad məhsullarında da qiymətlər ürəkaçan deyil. Belə ki, 1 ay əvvəl 63 qəpiyə təklif olunan "Sinikers”-də hazırda 25-26%-lik artım var.

Qeyri-ərzaq mallarında da qiymət artımı hədsiz dərəcəyə çatıb. Ümumilikdə, bazarda hər məhsulda 35-40%-lik artım var. Vətəndaşlar isə bundan çox narahatdır.

Ağdam rayonundan məcburi köçkün Əli Cahangirov Cənab Prezident İlham Əliyevin ölkə vətəndaşlarına olan diqqətinə görə təşəkkür etdi: Ölkə başçısı bizlərə hər zaman qayğı göstərir. Dövlət maddi vəziyyəti yaxşı olmayan insanların dayaq yeridir. Lakin ölkədə məhsul edən şirkətlər öz mənfəətləri üçün süni qiymət artırırlar.Bazarı təhlil etsəniz görərsiniz ki, sosial müavinətlərin artım faizi qədər bahalaşma var.

Kəlbəcər rayonundan məcburi köçkün Xaləddin Tağıyev bahalaşmanın çox olmasından gileylənir. O mal və xidmətlərdə bahalaşma yaradan işbazlara qarşı tədbirlər görülməsini istəyir: Aldığımız maaş təlabatımızı ödəmir. Prezidentimiz əmək haqlarını, pensiyaları və məcburi köçkünlərin sosial müavinətlərini artırdı.Allah canın sağ eləsin, hər zaman bizə dəstək göstərir. Məhsul istehsal edən firmalar isə sui-istifadə edib bahalaşma yaradıblar. Ət, yağ, süd, qeyri ərzaq məhsullarında ciddi bahalaşma var. Hesab edirəm ki, zəruri tələbat mallarında qiymətlərin artması əhalinin maddi rifahına mənfi təsir edir.


Qiymətlərə nəzarət olmalıdır...

Nəzərə alsaq ki, xarici valyutanın məzənnəsi sabit qalıb,xaricdən idxal olunan məhsullara rüsumlar artırılmayıb, ÜDM-də iri pay sahibi olan neft və qazın qiyməti ucuzlaşmayıb, həmçinin başqa mühüm iqtisadiyyata təsir edənfaktorlar olmayıb, o zaman bahalaşmanın süni olduğun demək olar.Son günlər kartofun və soğanın qiymətinin 2 dəfə artması alıcı kütlənin narazılığına səbəb oldu. Dövlət strukturlarının müdaxiləsi nəticəsində qiymətlər tənzimləndi. Düzdür, Kənd təsərrüfatı məhsullarına edilən davamlı təzyiq istehsalçıların məhsula olan marağını azaldar, nəticədə ölkə iqtisadiyyatında qıtlıq yaranar.

Hələ qədim dövrlərdə iqtisadi məktəblər "azad iqtisadiyyat” və "dövlət tənzimlənməsi” anlayışlarına müxtəlif fikirlər bildiriblər.Bazar iqtisadiyyatı prinsipləri ticarətin liberallaşdırılmasını, azad ticarətin formalaşmasını tələb edir. Başqa sözlə, bu cür münasibətlərinin formalaşdığı bir dövrdə malların və xidmətlərin böyük əksəriyyətinin qiyməti (tənzimlənən tariflər və qiymətlər istisna olmaqla) rəqabət şəraitində, tələblə təklif əsasında formalaşır və mal satan, iş görən tərəfindən müəyyən edilir. Ancaq bu, bəzi "işbazların" mal və xidmətlərə istədiyi qiyməti qoyaraq bahalaşma yaradırlar. Monopolist bazarlarda dövlətin iqtisadiyyata müdaxiləsi qaçılmazdır. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edir və bu müdaxilə, bir qayda olaraq, bazarın çatışmazlıqlarının aradan qaldırilmasına yönəldilir.

Ümid edirik ki, hazırki qiymətlər aidiyyatı dövlət strukturlarında araşdırılacaq və lazimi tədbirlər görüləcəkdir...


Arif Salahov
İqtisadçı jurnalist

Tarix:3-05-2019, 20:03 Baxış Sayı:150 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Bakıda 29 dərəcə isti olacaq
Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi
"HARDTalk" verlişi Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı" ÖZƏL-MÖVQE
TƏBİB-dən ölkəyə koronavirus peyvəndlərinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ
Deputat: “Ermənilərin bütün bu separatçı, işğalçı hərəkətlərinin qarşısını almağın bircə yolu var – Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir”
"Rusiyanın qeyri-adekvat münasibəti münaqişənin həllində maraqlı olmadığını göstərmiş oldu” ÖZƏL-MÜNASİBƏT
Ceyhun Məmmədov:Azərbaycanın xarici siyasət xəttində artıq yeni dönəm başlayıb
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Sabahdan Bakıda daha bir qadağa qüvvəyə minir - RƏSMİ
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Metropoliten işçi qəbulu elan edib
Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Məmur övladının avtomobil kolleksiyası/Foto
Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla