Fuad Ələsgərov: Qaragüruhçu müxalifət reallıq hissini itirib

Fuad Ələsgərov: Qaragüruhçu müxalifət reallıq hissini itirib











"Azərbaycan müstəqillik qazanmasından keçən 28 ilə yaxın müddət ərzində çox mürəkkəb, enişli-yoxuşlu, çağırışlar və təhlükələrlə dolu yol qət edib. Bizi sevindirən odur ki, xalqımız bu yolu mətanətlə keçərək öz ayaqları üzərində durmağı bacarıb, dövlətimiz güclənib, ölkədə tam sabitlik, asayiş təmin edilib, iqtisadiyyatımız yüksəlib, sosial sahədə ciddi islahatlar aparılıb”.

DogruXeber.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərov deyib.

Onun sözlərinə görə, olduqca çətin bir regionda yerləşən Azərbaycan müstəqil xarici siyasət həyata keçirir: “Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və bu birlik bizim uğurlarımızın əsas şərtidir. Bu gəlişigözəl sözlər deyil, reallıqdır. Düzdür, bu reallığı qəbul etməyən, onu hər fürsətdə inkar edən qüvvələr də var. Zənnimcə, bunun başlıca səbəbi 90-ci illərin əvvəlinin xaos dövründən bugünkü inkişaf etmiş Azərbaycana miras qalmış bu qaragüruhçu müxalifətin reallıq hissini itirməsidir. Bu insanlar real həyatda özlərini belə görə bilmirlər, buna görə də yalnız virtual aləmdə müəyyən sığınacaq tapıblar. Təbii olaraq, belə insanlardan mövcud vəziyyətə düzgün qiymət verməyi tələb etməyin də mənası yoxdur. Lakin sadə bir təhlil deməyə əsas verir ki, ölkəmizin əldə etdiyi tarixi uğurlar bu gün olmaya da bilərdi. Azərbaycan öz dövlət müstəqilliyini itirə də bilərdi, iqtisadi cəhətdən başqa dövlətlərdən tam asılı, borc içərisində boğulan dövlətə də çevrilə bilərdi. Bu gün iflas etmiş deyil, uğurlu bir dövlətə sahib olduğumuz üçün məhz dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevə borcluyuq. Bunu hər birimiz, ilk növbədə, gənc nəsil dərk etməlidir”.

F.Ələsgərov qeyd edib ki, əsas vəzifə dövləti daha da inkişaf etdirmək, siyasi, sosial, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanmaq, həmrəy olmaq, müstəqilliyi daha da möhkəmlətməkdir: “Prezident İlham Əliyev ölkəmizi məhz bu yolla aparır. Hər birimiz bu yolda dövlət başçısının yanında dayanmalı və ona dəstək olmalıyıq”.

Tarix:4-05-2019, 10:29 Baxış Sayı:266 Kateqoriya:gundem / siyaset
SON XƏBƏRLƏR
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto
Qaydalara əməl olunmadı - 9 nəfər...
"Su hara gedir, niyə itir" sualının cavabı-Foto
Sabahın havası açıqlandı
Təbriz Məhərrəmoğlu: "Hədəfimiz təkcə ölkəmizdə deyil, ölkədən kənarda da tanınmaqdır"
Bu gündən bəzi səhalərin fəaliyyətinə icazə verildi
Beyləqan Rayon Polis Şöbəsi uğurlu əməliyyat keçirib ,saxlanılanlar var-FOTO
Deputat oğluna məxsus milyonluq mülk/Foto
Sabah 38 dərəcə isti olacaq
Metro niyə açılmır? - Səbəb açıqlandı
Deputat növbəti videoqəbul keçirdi – FOTOLAR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu
190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Parlament işsizliklə bağlı sənədi təsdiqlədi
“Instagram”da “TikToka”a bənzər yenilik
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Sabah hava necə olacaq?
Peşə təhsilinin əhəmiyyəti barədə

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla