İcra başçısı: "Burada sel, zəlzələnin olması təbiidir"

İcra başçısı: "Burada sel, zəlzələnin olması təbiidir"











"Qafqaz bölgəsi, xüsusilə İsmayıllı rayonu yeni yaranan kataklizm şəraitində yerləşir. Burada sel, daşqın, dağyaranma prosesi və zəlzələnin olması təbiidir".

Publika.az xəbər verir ki, bu sözləri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat birifinqində deyib.

İcra başçısı bölgədə dağyaranma prosesinin davam etdiyini nəzərə alaraq aidiyyəti qurumların ərazidə tədqiqat işlərini genişləndirməsini tövsiyə edib:

“Düşünürəm ki, həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də digər əlaqədar təşkilatlar bu bölgədə geoloji tədqiqatlarına daha diqqətlə yanaşmalıdırlar. Bu gün rayonda geoloji aktivlik baxımdan sakitlikdir, lakin bilmək olmaz, bəlkə, bir həftədən sonra zəlzələ olacaq. Bunun üçün də yəqin ki, elmin indiki inkişaf mərhələsində idarəolunan qeyri-səlis məntiq adlı elmə müraciət edilməlidir. İndiki idarəetmə baxımdan küləkləri, yağışı müəyyən edə bilirik. İldırımın hansı əraziyə düşəcəyini əvvəldən bilmirik. Bunu bilmək qabaqlayıcı tədbirlərin görülməsi üçün vacibdir. Bu baxımdan təbiətin idarəedilməsi elmi haqqında insanlar maarifləndirilməlidirlər. İndi yağışı, havanı idarə etmək mümkündür. Bəzi təbii hadisələri qeyri-səlis nəzəriyyə vasitəsilə idarə etmək mümkündür. Bu baxımdan hər üç rayonda elmi tədqiqatların aparılması vacibdir”.

Tarix:7-05-2019, 16:12 Baxış Sayı:31 Kateqoriya:gundem / bolge
SON XƏBƏRLƏR
Əri qəhvə hazırlamasa, xanımı ondan boşana bilər - İLGİNC FAKTLAR
120 min Pentaqon əsgəri üçün hazırlıq başladı – ABŞ-ın məqsədi…
Misr ehramları ətrafında partlayışlar- Terror hücumu
Saakaşvilidən tərəfdarlarına hücum əmri
Azərbaycan kubokunu "Qəbələ" qazandı - YENİLƏNİB
Bakıda yağış, bölgələrdə dolu gözlənilir
Keçmiş icra başçısının oğlu və qardaşı niyə öldü?
Elektron sənədlərin qeydə alınması proseduru dəyişib
Rasim Balayev açıqladı: Məni ora buraxmırlar
Elinanın intihar etdiyi məktəbdə təyinat
Dini rəvayətlərdə adı çəkilən quş Türkiyədə tapılıb – FOTOLAR
Şahzadə Pampeo ilə Yaxın Şərqi müzakirə etdi
Buzovnadakı "Mall"da baş vermiş dəhşətli yanğından görüntülər (VİDEO)
Bu gün Azərbaycan Kubokunun finalıdır
Türkiyədə hərbi xidmət müddəti azaldılacaq
“Avroviziya-2019”un qalibi müəyyənləşib - YENİLƏNİB - FOTO
ABŞ-da vertolyot qəzası - ölənlər var
İranda qum fırtınası başlayıb
General qohumu Bakının mərkəzində qıza görə atəş açıbmış - TƏFƏRRÜAT
GDU-nun müəllimi jurnalisti təhqir etdi
Jurnalist Fuad Abbasov saxlanıldı - FOTO
Koçaryan azadlığa çıxdı
Nazirliyin müəssisəsində qadın özünü 3-cü mərtəbədən atdı
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna niyə qənim KƏSİLİR?
Laçının işğalından 27 il keçir
Cənab məmurlar, ayılın! — Afaq Bəşirqızı məmurlara ÇAĞIRIŞ ETDİ
Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib - FOTO
Vasif Talıbovdan yeni təyinat
Fars körfəzindəki Amerika gəmiləri İran raketlərinin hədəfində
13 min nikah və təxminən 4 min boşanma

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla