Xəzəri çirkləndirən obyektlərlə bağlı vəsatət qaldırılacaq - Nazirlik

Xəzəri çirkləndirən obyektlərlə bağlı vəsatət qaldırılacaq - Nazirlik







Xəzər dənizinin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə, onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılacaq. Çünki bunun digər alternativi yoxdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara, bildirişlərə və ünvanlanmış məktublara əhəmiyyət verməyənlərə qarşı artıq bu addımı atmaq məcburiyyətində qalacağıq.

DogruXeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qənbərov bildirib.

Xəzər dənizinin şimaldan-cənubadək sahil zolağında, xüsusən də Abşeron yarımadasında aparılan monitorinq və təhlillərin nəticəsi göstərir ki, ətraf mühiti, su hövzələrini, o cümlədən Xəzər dənizini ən çox quruda neft hasilatını həyata keçirən əməliyyat şirkətləri, müəssisə və obyektlər çirkləndirir.

Birmənalı olaraq bildiririk ki, Xəzərin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə tərəfimizdən onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılacaq.

Keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, su hövzələrinə axıdılan axarlardan götürülən nümunələrdə neft məhsullarının qatılığı, bağırsaq çöpləri və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı normadan dəfələrlə çoxdur, ekotoksikoloji baxımdan kəskin zəhərlidir. Xəzər dənizinin ekosisteminə mənfi təsirlər aradan qaldırılmazsa, bu gələcəkdə ağır nəticələrə gətirib çıxaracaq.

Artıq çimərlik mövsümü yaxınlaşır. Lay sularının təmizlənmədən dənizə axıdılması və insanların belə mühitlə təmasda olması çox təhlükəlidir. Ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın deyə rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə bütün qüvvələrini səfərbər etməli, zəruri tədbirlərin görülməsi üçün konkret hərəkətə keçməlidirlər.

Tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə bir daha çağırış edir, qısa vaxt ərzində verilmiş tapşırıqların icrası istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirik. Tez bir zamanda lazımi işlərə başlanılmasa çirkləndiricilər barəsində ciddi tədbirlər görüləcək və toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək.

Bu gün Nazirliyin əsas fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin.

Tarix:7-05-2019, 17:30 Baxış Sayı:70 Kateqoriya:gundem / siyaset
SON XƏBƏRLƏR
Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır
Keçmiş icra başçısının otlaq sahəsi yandı
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə - FOTO
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
Məktəb direktoru işdən çıxarıldı
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək
Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir? - Şok faktlar
Yol polisi saxladı, BNA cərimə yazdı – BAKIDA KURYOZ-FOTO
Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində
Ağstafadakı dəhşətli intiqamın yeni təfərrüatları
"Bu, artıq ata-oğul məsələsi deyil" — Rüfət Səfərovdan AÇIQLAMA
Fuad Abbasovdan vəkili haqda sensasion açıqlama
Rusiya-Azərbaycan sərhədində yeni yol
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?
Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar - Müraciət + Detallar
Ceyhun Bayramov direktoru işdən azad etdi
Ölkəyə 128 kiloqram heroin keçirmək istədi
Xoşqədəmin vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"
Bakıya narkotik satmağa gələn şəxs "Saray postu"nda tutuldu
Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video
“Qonaq evi”ndə əmisini şantaj edənin qanını tökdü – Göytəpədə cinayət
Naftalandakı sanatoriyalarda tükürpədici qiymətlər... - 14 günə 4 min manat!
Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama
Yeni sosial şəbəkə sürətlə populyarlaşır
Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub
Prezident oğluna yüksək vəzifə verdi - Foto
Azərbaycanda qadın "müəllim" həbs edildi
Bakı metrosunda problem – Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla