Pensiya və əmək haqqları barədə əhaliyə SEVİNDİRİCİ XƏBƏR

Pensiya və əmək haqqları barədə əhaliyə SEVİNDİRİCİ XƏBƏR






Minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı bildirib: “Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar – 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı – yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır”.[sup][/sup]

Tarix:10-05-2019, 10:55 Baxış Sayı:50 Kateqoriya:gundem / sosial / ustxeber
SON XƏBƏRLƏR
Əri qəhvə hazırlamasa, xanımı ondan boşana bilər - İLGİNC FAKTLAR
120 min Pentaqon əsgəri üçün hazırlıq başladı – ABŞ-ın məqsədi…
Misr ehramları ətrafında partlayışlar- Terror hücumu
Saakaşvilidən tərəfdarlarına hücum əmri
Azərbaycan kubokunu "Qəbələ" qazandı - YENİLƏNİB
Bakıda yağış, bölgələrdə dolu gözlənilir
Keçmiş icra başçısının oğlu və qardaşı niyə öldü?
Elektron sənədlərin qeydə alınması proseduru dəyişib
Rasim Balayev açıqladı: Məni ora buraxmırlar
Elinanın intihar etdiyi məktəbdə təyinat
Dini rəvayətlərdə adı çəkilən quş Türkiyədə tapılıb – FOTOLAR
Şahzadə Pampeo ilə Yaxın Şərqi müzakirə etdi
Buzovnadakı "Mall"da baş vermiş dəhşətli yanğından görüntülər (VİDEO)
Bu gün Azərbaycan Kubokunun finalıdır
Türkiyədə hərbi xidmət müddəti azaldılacaq
“Avroviziya-2019”un qalibi müəyyənləşib - YENİLƏNİB - FOTO
ABŞ-da vertolyot qəzası - ölənlər var
İranda qum fırtınası başlayıb
General qohumu Bakının mərkəzində qıza görə atəş açıbmış - TƏFƏRRÜAT
GDU-nun müəllimi jurnalisti təhqir etdi
Jurnalist Fuad Abbasov saxlanıldı - FOTO
Koçaryan azadlığa çıxdı
Nazirliyin müəssisəsində qadın özünü 3-cü mərtəbədən atdı
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna niyə qənim KƏSİLİR?
Laçının işğalından 27 il keçir
Cənab məmurlar, ayılın! — Afaq Bəşirqızı məmurlara ÇAĞIRIŞ ETDİ
Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib - FOTO
Vasif Talıbovdan yeni təyinat
Fars körfəzindəki Amerika gəmiləri İran raketlərinin hədəfində
13 min nikah və təxminən 4 min boşanma

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla