İnam Kərimovun Əli İnsanovla münasibətləri ortaya çıxdı: Əmisi...

İnam Kərimovun Əli İnsanovla münasibətləri ortaya çıxdı: Əmisi...







Kənd Təsərrüfatı Naziri İnam Kərimovun “Əli İnsanovun yerinə başqa bir insan olsaydı, boğazındakı kəfəni çatı edib, özünü asardı” sözlərindən sonra onunla bağlı maraqlı informasiya yayılıb.

Hurriyyet.org-un yaydığı xəbərdə bildirilir ki, əslində, İnam Kərimovun belə bir mövqe sərgiləməsinə səbəb onun Əli İnsanovla keçmiş münasibətlərini gizlətmək məqsədi daşıyıb.

Sayt bildirir ki, İ. Kərimov İnsanova o qədər də yad adam deyil. İndiki nazirin əmisi Sərdar Kərimov Əli İnsanovun ən yaxın dostlarından olub. İnsanov səhiyyə naziri təyin olunanda mərhum Sərdar Kərimovu nazirliyə gətirir və bir müddətdən sonra ona özünün birincü müavini vəzifəsini həvalə edir.

1999-cu ildən ömrünün sonuna qədər nazirin I müavin işləyən Sərdar Kərimovun gənc yaşda vəfatından sonra belə, yaxın dostunun kabinetini heç kimə verməyən Əli İnsanovun Kərimovlar ailəsinin yüksəlməsində mühüm rol oynadığı bildirilir.

İnam Kərimovun xaricdə təhsil aldığı illər də mərhum əmisinin nazir müavini olduğu dövrlərə təsadüf edir. Bu iddia nazirin bioqrafiyasında da öz əksini tapıb: “1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb”.

Nəzərə alsaq ki, Sərdar Kərimovun ulduzu da məhz həmin illərdə parlamış; 1998-ci ilə qədər nazirliyin kadrlar və tədris müəssələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi işləmiş, 1999-cu ildən ömrünün sonuna -2003-ci ilə qədər isə Əli İnsanovun I müavini olmuşdur, İnam Kərimovun yüksəlişində indi bostanına daş atdığı şəxsin müstəsna rolu olduğu ortaya çıxır: “Görünür, gənc nazir özü barədə yarana biləcək qənaətləri alt-üst etmək üçün keçmişinə qarşı çıxmaq məcburiyyətində qalıb. Başqa sözlə desək, Əli İnsanovla bütün körpülərini yandırdığını nümayiş etdirmək istəyib. Bu həm də indiki hakimiyyətə sədaqət nümayişidir”.Savash.org

Tarix:13-05-2019, 18:48 Baxış Sayı:100 Kateqoriya:gundem / sosial / ustxeber
SON XƏBƏRLƏR
Zelenski biznes ortağını özünün birinci köməkçisi təyin etdi
XİN: Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir
Ramazanın 17-ci gününün duası
ABŞ-da erməni silah baronu həbs olundu
Azərbaycanda qızıl-gümüş ucuzlaşdı
Türkiyədə 470 metr dərinlikdə isti su fontan vurub
Günün qoroskopu
"Neftçi"nin legioneri milliyə çağırıldı
Aygün Kazımova ərə gedir
Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var
Zəvvarlarımızın Həccə getmə və qayıtma tarixləri məlumdur
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
Azərbaycanda yeni agentlik yaradılır
Günay HƏBS ediləcək - FOTO
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib
Azərbaycanda məktəblinin qatarın altında qalaraq ölməsinin dəhşətli TƏFƏRRÜATI ÜZƏ ÇIXDI
“Artıq pul alırlar” — “Grandmart”dan ŞİKAYƏT
Təbii qaz bahalaşır
AĞSUDA PREZİDENTİN ƏLEYHİNƏ İŞLƏYƏN MÜDİR AQİL NİFTƏLİYEVDİR-VIDEO/FOTO
Əri tərəfindən bıçaqlanan qadın haqda yeni məlumat - "Böyrəyi sıradan çıxıb"
İnsidentlə yüksək vəzifədən azad olunan məmurun yerinə YENİ TƏYİNAT
İntihar edən Elina Hacıyeva ilə bağlı QALMAQAL BÖYÜYÜR
Zaqatala-Tbilisi yolundakı xristian abidəsi ilə bağlı yeni tapıntı aşkar edildi - FOTO
Azərbaycanda bu dövlət rüsumları dəyişir
Sabahın havası
Türkdilli ölkələrin rəhbərləri Azərbaycana yığışacaq
“Tarqovı”ya giriş 7 günlük qadağan edilir – VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Fuad Abbasovu aşağılayanlar CƏZALANDIRILSIN! – Polad Bülbüloğluna müraciət edildi
Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?
Bakının bu qəsəbələrində 2 gün su olmayacaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla