Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna niyə qənim KƏSİLİR?

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna niyə qənim KƏSİLİR?
18-05-2019, 14:05 422 dəfə baxılıb

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna niyə qənim KƏSİLİR?













Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır.

Kürdoğlu Əsgərov bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir. Buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir.

Şikayətçi şəxs məqsəd kimi də icra hakimiyyətinin torpaq sahəsinin külli miqdarda pul qarşılığında türk şirkətlərinə satmaq niyyətinin olduğunu bildirir.

DogruXeber.az bildirir ki, məsələ ilə bağlı Şəmkir rayon icra hakimiyyəti mətbuat xidmətinin rəhbəri Elgün Seyidov Modern.az-a danışıb.

“Əvvəlcə onu bildirim ki, şikayətçi olan şəxsin ailəsi Şəmkir rayon İcra Hakimiyyətinin hər zaman diqqət mərkəzindədir. Məsələ bundan ibarətdir ki, imzalanan müqavilənin vaxtı başa çatıb. Yenidən müqavilə imzalamaq üçün icra hakimiyyəti həmin torpaq sahəsinin həmin şəxsə və ya başqalarına icarəyə verməsi üçün aidiyyatı qurumlara məsələn, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət ünvanlayır.

Qeyd etdiyim bəzi qurumlardan müqavilənin yenilənməsi ilə bağlı etiraz gəlib. Lakin icra hakimiyəti müraciət ünvanlayıb. Ərazinin satılması ilə bağlı xəbər də tamamilə yalnışdır”.

Məsələ ilə bağlı qısa araşdırma apardıq. Məlum olub ki, Azərbaycandan Gürcüstana çəkilən yeni yolun bir qismi Kürdoğlu Əsgərovun torpağından keçir.

Həmin torpaq sahəsinə görə isə külli miqdarda kompensasiya düşür. Bu baxımdan da Şəmkirin icra başçısı həmin torpaq sahəsinə ələ keçirmək istəyir.

Üstəgəl, yol çəkilişi üçün lazım olan materialları icra başçısı öz inhisarına salmaq niyyətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram