gundem / dunya
19.05.2019, 10:43
Türkiyədə hərbi xidmət müddəti azaldılacaq
Yaxın günlərdə Türkiyə parlamentində yeni hərbi xidmət sistemi ilə bağlı qanun layihəsi müzakirə ediləcək.
DogruXeber.az oxu.az-a istinadən bildirir ki, qanun layihəsində həqiqi hərbi xidmət müddətinin 6 aya endirilməsi təklif olunur.
Altı aydan artıq xidmət etmək istəyən əsgərlərə isə maaş ödəniləcək.
Qeyd olunur ki, ödənişli hərbi xidmətin məbləğinin müəyyənləşdirilməsi məsələsi ölkə prezidentinin səlahiyyətində olacaq.