İntihar edən Elina Hacıyeva ilə bağlı QALMAQAL BÖYÜYÜR

İntihar edən Elina Hacıyeva ilə bağlı QALMAQAL BÖYÜYÜR










Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynovanın, həmçinin vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevin hal-hazırda gedən məhkəmə-tibbi ekspertizada iştirakı üçün ekspert olan Vüqar Məmmədovla bağlı qaldırdıqları vəsatətin rədd edilməsi barədə məlumat vermişdik, bu barədə Lent.az-a yenidən danışan Sevil Hüseynova bildirib ki, ona verilən sənəddə nə imza, nə də ki, möhür olmayıb:

"Rəsmi sənəd kimə, hara göndərilib, bilmirik. Vəkillərimə hələ də bu məlumat çatmayıb. Nə üçün bu məsələyə bu qədər etinasız yanaşıldığını anlamıram. Prezidentə müraciətimdə bildirdiyim kimi, ekspert Vüqar Məmmədovun məhkəmə-tibbi ekspertizada iştirakını istəyirəm. Bu mənim haqqımdır, ancaq bundan sonra əmin ola bilərəm ki, qızımın ölümünə nə səbəb olub".

S.Hüseynova əlavə edib ki, müstəntiqin cavabında dünya şöhrətli ekspertin (Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidentidir) nə üçün prosesə cəlb olunmaması ilə bağlı əsaslandırılma yoxdur:

"Axı buna əsaslı cavab verilməli idi ki, V.Məmmədovun iştirakı nəyə və kimə mane olacaqdı? Onun nüfuzu, obyektivliyi açıq-aşkar görünür, axı nə səbəbdən olmaz?

Qərarın möhürsüz, imzasız olmasından daha çox bu mənə təsir edir. Sadəcə bir cümlə yazılıb ki, ona ehtiyac yoxdur. Nəyə görə yoxdur?"

Cinayət işində Elinanın anasının hüquqlarını müdafiə edən vəkillərdən biri olan Sevinc Əliyeva isə Lent.az-a mövzu ilə bağlı açıqlama verərək bildirib ki, müstəntiqin sözügedən vəsatətlə bağlı qəbul etdiyi rəsmi qərar hələ də onlara çatmayıb:

"Müstəntiq bizə məlumat verdi ki, qərar vəkil bürolarına poçtla göndərilib. Lakin bir neçə gün ərzində qərar gəlmədiyinə görə biz müstəntiqdən xahiş etdik ki, qərarın bir nüsxəsi bizə verilsin. Müstəntiq də müsbət qərar verdi və qərarın alınması üçün prokurorluğa vəkillərimizdən biri getdi. Alınan qərarı elə həmin gün Sevil Hüseynovaya təqdim etdik.

Bəli, doğrudur, qərarda nə imza, nə də ki, möhür yox idi".

Qeyd edək ki, Sevil Hüseynova sözügedən qərarın fotolarını saytımıza göndərib. Fotolardan da məlum olur ki, həqiqətən də sənəddə nə imza, nə də ki, möhür yoxdur.

Xatırladaq ki, Elinanın ölümü ilə əlaqədar aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.

Həmçinin bildirək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Tarix:21-05-2019, 13:51 Baxış Sayı:56 Kateqoriya:gundem / maraqli
SON XƏBƏRLƏR
Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır
Keçmiş icra başçısının otlaq sahəsi yandı
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə - FOTO
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
Məktəb direktoru işdən çıxarıldı
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək
Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir? - Şok faktlar
Yol polisi saxladı, BNA cərimə yazdı – BAKIDA KURYOZ-FOTO
Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində
Ağstafadakı dəhşətli intiqamın yeni təfərrüatları
"Bu, artıq ata-oğul məsələsi deyil" — Rüfət Səfərovdan AÇIQLAMA
Fuad Abbasovdan vəkili haqda sensasion açıqlama
Rusiya-Azərbaycan sərhədində yeni yol
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?
Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar - Müraciət + Detallar
Ceyhun Bayramov direktoru işdən azad etdi
Ölkəyə 128 kiloqram heroin keçirmək istədi
Xoşqədəmin vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"
Bakıya narkotik satmağa gələn şəxs "Saray postu"nda tutuldu
Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video
“Qonaq evi”ndə əmisini şantaj edənin qanını tökdü – Göytəpədə cinayət
Naftalandakı sanatoriyalarda tükürpədici qiymətlər... - 14 günə 4 min manat!
Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama
Yeni sosial şəbəkə sürətlə populyarlaşır
Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub
Prezident oğluna yüksək vəzifə verdi - Foto
Azərbaycanda qadın "müəllim" həbs edildi
Bakı metrosunda problem – Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla