Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda sağlam məktəb direktoru 8 xəstəlikdən əlillik dərəcəsi aldı - ŞİKAYƏT

22-05-2019, 16:25

Azərbaycanda sağlam məktəb direktoru 8 xəstəlikdən əlillik dərəcəsi aldı - ŞİKAYƏT












Azərbaycanda məktəb direktoru bülletene çıxmadan 8 xəstəlik üzrə əlillik dərəcəsi alıb.

DogruXeber.az xəbər verir ki,bu barədə Unikal.org-a müraciət edən Lerik rayonunun M.Qafarov adına Siyov kənd məktəbinin ibtidai sinif müəllimi Zeynalov Əhliman Əlimusa oğlu məlumat verib.

O, bildirib ki, sözügedən məktəbin direktoru Əmirov İlham Əvəz oğlu heç bir xəstəliyi olmadan əlil kimi pensiya alır:

"Lerik rayonun M.Qafarov adına Siyov kənd tam orta məktəbində müəllim işləyirəm. Bildirmək istəyirəm ki, kollektiv müəllim və texniki heyətimiz 22 aprel 2019-cu il tarixində bilmişik ki, məktəbimizin direktoru Əmirov İlham Əvəz oğlu 2-ci qrup əlil kimi 12.02.2018-ci il tarixindən pensiya alır. Onun haçansa xəstələnməsi haqqında heç kimin xəbərim yoxdur. Əgər o xəstələnsəydi xəstəxana ona bülleten verərdi və həmin bülleten məktəbin yerli həmkarlar təşkilatının iclaslarında müzakirə olunmalı idi. Bunların heç biri olmayıb. Mən bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə zəng etmişəm, Təhsil Nazirliyinə müraciət etmişəm. Amma buna baxmayaraq direktorla bağlı heç bir qanuni tədbir görülmür, dövlət qurumları bu saxtakarlığı araşdırmaq istəmir."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram