Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sirus Qoçxaninin əməliyyat etdiyi həkim öldü, əri infarkt keçirdi - Bakıda dəhşət - FOTO

28-05-2019, 20:50

Sirus Qoçxaninin əməliyyat etdiyi həkim öldü, əri infarkt keçirdi - Bakıda dəhşət - FOTO















Azərbaycanda əməliyyat zamanı daha bir xəstə ölümü baş verib. Bu dəfə əməliyyat masasından qalxa bilməyən şəxsin özü də həkimdir.

DogruXeber.az bakupost.az-a istinadən xəbər verir ki, "Baku Medical Plaza"da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib.

Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.

Məsələ ilə bağlı "Baku Medical Plaza"nın mətbuat xidmətindən xəbəri təkzib etməyiblər: "Həkimlə əlaqə saxlayıb, sizə məlumat verəcəyik". Daha sonra zənglərə cavab verilməyib.

Əməliyyatı icra edən Siruz Qoçxani ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonunu götürən xanım , köməkçisi olduğunu deyib və həkimin əməliyyatda olduğunu bildirib.
Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital"da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

Son zamanlar bir çox gənc qız və qadınları üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır. Qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.

Əldə etdiyimiz məlumata görə, Sona xanım Azərbaycanda öz sahəsi üzrə ən peşəkar kadrlardan hesab olur.

DogruXeber.az axşam.az-a istinadən xəbər verir ki,

həyat yoldaşı Sona Gürgünün vəfat etdiyini öyrənən əri elə xəstəxanadaca infarkt keçirib. Hazırda "Baku Medikal Plaza"da ciddi həkim nəzarəti altındadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram