"AL Market" müştəriləri necə aldadır-Video

"AL Market" müştəriləri necə aldadır-Video











Son zamanlar ölkə ərazisində müxtəlif adlarla bir çox "Super Market" şəbəkələri fəaliyyət göstərməkdədir. Hər kəsə məlumdur ki,satışda olan bir çox məhsullar manapolislərin əlində olduğu üçün əksər məhsulların keyfiyyətinin də aşağı olduğunun şahidi oluruq. Belə olduğu təqdirdə bazar iqtisadiyyatında qiymət rəqabəti də az olur. Bu isə alıcılar üçün əlverişli deyil.

Bəs görəsən günü-gündən çoxalan bu marketlərə dövlət qrumları tərəfindən nəzarət olunurmu? Satılan məhsulların istehsal tarixinin keçib-keçmədiyini,satışı qadağan olunmuş məhsulun satılıb-satılmadığını və çəkidə hər hansı bir nöqsana yol verib-vermədiklərini yoxlayırlarmı? Suallara cavab tapmaq bir o qədərdə çətin olmadı. Belə ki,bir neçə gün öncə DogruXeber.az informasiya agentliyinin redaksiyasına maraqlı bir video material daxil olmuşdur.

İlk öncə onu qeyd edək ki,redaksiyamıza,marketlərdə müştəriləri çəkidə aldatdıqları barədə xeyli sayda şikayət xarakterli müraciətlər daxil olmuşdur. Bu dəfəki müraciətin isə əvvəlkilərdən fərqli olmağı ondan ibarətdir ki, yerli sakinlərin, müştəriləri çəkidə aldadan ,"Al Market" adı altında fəaliyyət göstərən mağazada video çəkiliş apararaq ,toyuq məhsulunun üzərində qoyulan çəki və qiymətin,həqiqi çəkisindən nə qədər fərqli olduğunu sübut etmələridir. Sakinlərin bildirdiyinə görə Razin qəsəbəsində fəaliyyət göstərən "AL Market"-də bir çox məhsulların üzərinə vurulan çəki ilə ,içərisindəki çəki eyni gəlmir.

Həqiqətəndə video kadrda olan görüntü onu deməyə əsas verir ki,bucür market sahibləri utanmadan haram yolla qazanc əldə edirlər. İnsanları aldadaraq,artıq qazanc əldə edənlərə bildirmək istəyirik ki,müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimdə uca Allah tərəfindən bildirilmişdirki, çəkidə düz olun. Bu işi görənlər Allahdan qorxmurlarsa, dövlətin qanunlarından da qorxmurlarmı !?

"AL Market" də baş verənlərlə bağlı məsələyə aydınlıq gətirmələri üçün marketin "Facebook" səyfəsində qeyd olunan (055) ... 75 75 telefon nömrəsinə zəng vurduq. Təəssüflər olsun ki,telefona cavab verən olmadı. Ümüd edirik ki,saytımızda dərc olunan yazını oxuyarlar, və cəsarət tapıb redaksiyamızla əlaqə saxlayıb,məsələyə aydınlıq gətirərlər.

Tarix:31-05-2019, 01:45 Baxış Sayı:158 Kateqoriya:gundem / sosial / ustxeber
SON XƏBƏRLƏR
Robert Köçəryan yenidən həbs olundu
Xəzərin səviyyəsi 1,2 metr azalıb - HƏYƏCAN TƏBİLİ
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib - FOTO
İlham Əliyev əməkdar artistə ev hədiyyə etdi - FOTO
Məktəblilərimiz riyaziyyat olimpiadasında 6 medal qazanıblar
Şirməmməd Hüseynovla vida mərasimi başladı
Sırada kim var? – Prezident hansı məmurları yola salacaq
BNA-dan sürücülərə XƏBƏRDARLIQ
İsmət Abbasovun oğlu haqda sensasion iddialar – 21 milyonluq iş
Putin ordunu ayağa qaldırdı – hərbiçilər hərəkətə keçdi
Bakı bu yolu bağladıb, savaşa başlayacaq – İrəvanda qorxu
Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib
Bakının məşhur ticarət mərkəzində qalmaqal - Mağazalar bağlandı
Təmas xəttində monitorinq keçiriləcək
Artur Rasizadə son nazir təyinatlarından DANIŞDI: – Mədət Quliyev və Ramil Usubov…
Ağstafa rayonunda növbəti hadisə baş verə bilər: Rayon rəhbəri xəbərdardırmı?-Video
Bu gün 40 dərəcə isti gözlənilir
Qonşu ölkədən meyvə ixracı azalır
Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər - Azərbaycanda ŞOK HADİSƏ
Saakaşvilinin arvadı və oğlu Tbilisidəki mitinqdə
Müəllim işləmək istəyənlərin nəzərinə: elektron sənəd qəbulu başlayır
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır
Ali təhsil Alzheimerə maneə törətməsə də, üstünlük təmin edir
Məzarların qənimi ələ keçdi
Putin: "Əminəm ki, Tramp qərarları özü qəbul edir"
Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir?
I və IV qruplar üzrə imtahanı keçirilir - 54 yaşlı şəxs də tələbə olmaq istəyir
Kürdəxanı və Yasamal sakinlərinin marşrut problemi həll olundu
“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb.

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla