AZAL-ın "uçan" və dodaq uçuqladan qiymətləri: – "Dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır"

AZAL-ın "uçan" və dodaq uçuqladan qiymətləri: – "Dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır"













Son zamanlar ölkəmizə səfər edən turistlər Gürcüstanın Tbilisi və Kutaisi şəhərlərinə təyyarə ilə gələrək, oradan da Bakıya avtobusla gəlirlər. Səbəb isə Bakıya AZAL ("Azərbaycan Hava Yolları") biletlərinin baha olmasıdır.

Görəsən, turizm mövsümündə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyilmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elçin Bayramlı bildirib ki, aviabiletlərin qiymətlərində azalma müşahidə olunmayacaq:

"AZAL mövcud olduğu müddətcə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyil və mümkün olmayacaq. Bunun yeganə səbəbi AZAL-a heç kimin bata bilməməsidir. AZAL dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır. İllərdir bununla bağlı yazılır, iradlar bildirilir, hər yerdə biyabr oluruq, amma bu onlar üçün əhəmiyyətli deyil. Bunlar bir monopoliya yaradıb, imkan vermirlər ki, bazara başqa şirkətlər daxil olsun. Düzdür Azərbaycanda bir neçə şirkət mövcuddur, lakin onlar da elə bir vəziyyət yaradılıb ki, AZAL-dan çox fərqlənmirlər.

AZAL Azərbaycan turizminə ən ağır zərbəni vurur. Ölkə əhalisinin imkanlarından dəfələrlə artıq qiymət təyin edir. Buna görə də insanlar gedib başqa ölkələrdən hava yolları vasitəsilə səyahət edirlər. Bunun üçün tutarlı səbəb də göstərmirlər ki, bir haqq qazandırmaq mümkün olsun. Konkret olaraq "biz beləyik" deyirlər və bu özbaşınalıqdır. Buna görə də turistlər Gürcüstan vasitəsilə gəlib-gedirlər.

Düşünürəm ki, ölkəyə bu dərəcədə də ziyan vurmaq olmaz. Bu ölkənin insanları milyaner deyillər. Niyə hamı Gürcüstandan Avropaya 50 manata təyyarə ilə gedə bilir, AZAL-la bu proses 500-700 manata başa gəlir. Maraqlıdır, Azərbaycanda bu məsələlərə diqqət ayıracaq üst orqan mövcud deyilmi? Bu qədər narazılıq, şikayət var, hətta bununla bağlı dəfələrlə xarici mətbuatda yazılıb.

Dövlət turizmi inkişaf etdirmək üçün əlindən gələni edir, milyardlarla investisiya qoyulur, Azərbaycanın xarici ölkələrdə çox baha qiymətə reklam təbliğatı aparılır. Lakin təbliğat aparmaqla deyil.

Turist səyahət etmədən əvvəl baxır ki, bu ölkəyə getmək ona neçəyə başa gələcək və bu zaman görür ki, Azərbaycana gəlmək üçün xərcləyəcəyi pula, dünyanın daha gözəl üç-dörd ölkəsinə gedə bilər. Nəticə olaraq, ikincini seçir və bu da turizmin inkişafına zərbə vurur. Mən də o turistin yerinə olsam, büdcəmə zərər vurduğu üçün Azərbaycana gəlmərəm.

Hazırda biz turist axınında azalma görürük. 1-2 ay ərəbləri, ondan qabaq 1-2 ay iranlıların başını aldatdıq, lakin hər ikisi gördü ki, bahalıqdır nəticədə Gürcüstana getməyə üstünlük verdilər. Əlimizlə milyonlarla turisti götürüb Gürcüstana veririk və Gürcüstan da turizmdən milyardlarla pul qazanır".

E.Bayramlı turizmin inkişafını təkrar təmin etmək üçün yeganə yolun AZAL-ın ləğv olunması olduğunu da vurğulayıb:

"Dövlət səviyyəsində buna müdaxilə olunmalıdır və qarşısı alınmalıdır. Bütün bunların qarşısını almaq üçün AZAL ləğv olunmalı, aviasiya bazarı sərbəstləşdirilməlidir. Yeni şirkətlər fəaliyyətə başlamalıdır ki, rəqabət meydanı yaransın, turizm inkişaf etsin. Əgər bunlar olmasa, turizm günü-gündən zəiflyəcək".

Tarix:31-05-2019, 18:40 Baxış Sayı:60 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
İnternet oyunları xəstəlik kimi qəbul olundu
Etibar Pirverdiyev at ilxısını satdı – Birini 500 min dollara
Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları….
DİN təcili bəyənat yaydı - İmkan verin işimizi görək
Baxımsız xalq şairinin büstü nəhayət yada düşdü
İsmayıllıda meşədə narkotik becərən şəxs saxlanılıb
Nazir yeni rəislər təyin etdi
İşçi müdirdən prokurorluğa şikayət etdi
Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb
Xan Sarayı bağlandı – RƏSMİ
Bədəninizdəki təhlükəli xallar – Hansılar xərçəncə çevrilə bilər?
Enerji içkiləri ilə bağlı qadağalar tətbiq olunacaq – VİDEO
Bu gün rezidenturaya qəbul imtahanlarının 2-ci mərhələsi keçirilir
Bakı Nəqliyyat Agentliyi taksilərlə bağlı hərəkətə keçdi
Nazirlik: İyul ayında ən sərin hava 1918-ci ildə qeydə alınıb
Zakir Fərəcovun müavini qoçuluq edir... - "Bizi işdən çıxarmaqla hədələyir..."
Daha bir müğənninin kriminal avtoritetlə əlaqəsi üzə çıxdı
Əlilliyi olan şəxslərdən maraqlı addım - Video
Gömrük əməkdaşları Nəriman Nərimanovun yeganə varisinə ŞOK YAŞATDILAR — «Sınıq Körpü»də BİABIRÇILIQ
Yevlaxda meşədə güclü yanğın başlayıb — Xəsarət alan var (VİDEO)
Qeyri-sabit hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlandı
“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Masallıda daha bir qəza - Ölən və xəsarət alanlar var
“Deməli, Əmlak Komitəsi mənə saxta sənəd verib?” – Müşfiq ev qalmaqalından danışdı
Cari ildə 142 - Çağrı mərkəzi tərəfindən 127 253 müraciət cavablandırılıb
“Telegram” və “WhatsApp” istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub
Bakıda köşklər və iaşə obyektləri dezinfeksiya olunur - FOTO
Azərbaycan gömrüyündə daha bir biabırçılıq – Fotolar
İntihar edən rəis oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla