Oliqarxların tikdiyi binalarda yoxlama başlayır – Qərar verildi

Oliqarxların tikdiyi binalarda yoxlama başlayır – Qərar verildi













Milli Məclis yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına icazə verilməsini nəzərdə tutan dəyişikliyi qəbul edib.
Parlamentin ötən gün keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2-ci maddəsinə (Qanunun tətbiq dairəsi) dəyişiklik layihəsi müzakirə edilərək qəbul olunub. Dəyişikliyə əsasən, qanunun mövcud 2-ci maddəsində nəzərdə tutulmuş yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.

Sənədin qeyd hissəsində bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Xatırladaq ki, qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Maraqlıdır, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin, dağ-mədən sahələrinin təhlükəsiz istismarına və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində aparılacaq yoxlamalar qanunsuz tikililərin qarşısını almağa kömək edəcəkmi?

DogruXeber.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əgər faktiki yoxlamadırsa, bu, həm bundan sonra tikilən, həm də indiyədək tikilən daşınmaz əmlaka şamil ediləcək:

“Gələcəyə hesablanmış olsaydı, yalnız bunun nəzarət mexanizmi barədə düşünərdilər. Qanunun maddəsindən də göründüyü kimi, həm nəzarət, həm də yoxlama məsələsi nəzərdə tutulub. Demək, nəzarət gələcəkdə tikilən tikililərə aid olacaq. Yoxlamalar isə artıq mövcud olan, keçmişdə tikilmiş tikililərə aid olacaq. O ki qaldı qanunsuz tikililərin artmasına təsirinə, çox güman ki, yoxlamaların bu məsələyə də müəyyən təsiri olacaq. Amma qanunsuz tikililərin bundan sonra, yəni köklü surətdə dayandırılması, onun ciddi nəzarət altına alınması qeyri-qanuni tikililərin azalmasına səbəb olmayacaq. Bunun bir neçə səbəbi var. İlk növbədə Azərbaycanda qeyri-qanuni tikililərin artmasına qarşı mübarizə aparırıqsa, o zaman ölkədə qanuni olan daşınmaz əmlakın tikilməsinə verilən icazənin reallaşdırılması qaydaları asanlaşdırılmalıdır. Bu gün faktiki olaraq Azərbaycanda 30-40 min manat məbləğində həyət evi tikirsənsə, bir o qədər də xərc çəkməlisən ki, ev üçün rəsmi sənəd alasan. Bu sahədə bir qeyri-müəyyənlik var. Bilinmir ki, vətəndaş torpağı necə ala bilər, harada ev tikə bilər. Malik olduğu torpaq üzərində tikintinin aparılması üçün icazəni necə və kimdən ala bilər? Burada həm qanuni, həm də qeyri-qanuni əngəllər var. Ona görə də qeyri-qanuni tikililərin artmasının qarşısını almaq üçün həm bu tipli tikililərə qadağa qoymaq, həm də qanuni tikililərin inşası qaydalarını asanlaşdırmaq lazımdır. Vətəndaşa əlçatan olmalıdır ki, o, əlindəki kapitalla münasib bir yerdə ev və ya obyekt tikə bilsin. Amma Azərbaycanda həm qanuni qaydada, həm də qeyri-qanuni qaydada ev tikəndən rüşvət alırlar. Düşünmürəm ki, bu məsələ prosesə ciddi təsir göstərsin”.

Ekspert əlavə edib ki, Azərbaycanda onsuz da qanunsuz tikili çoxdur:

“Təxmini hesablamalara görə, hazırda Azərbaycanda qanunsuz tikililərin sayı 700 mindir. Onun 500 mini Bakı şəhəri və ətraf ərazilərdədir. Təbii ki, bu qanusuz evlərin sayını hökumət də bilir. Hətta qanunsuz tikililərin sənədləşdirilməsi üçün qanun qəbul olunub və bu yaxınlarda bir layihə formasında həyata keçməyə başlayacaq. Bir sözlə, ölkədə qanunsuz tikililərin sənədləşdirilməsi məsələsi aradan qaldırılmalıdır. Bu, həm dövlət, həm də vətəndaş üçün xeyirlidir. Bu məsələdə maraqlı olmayan, prosesə əngəl törədənlər yalnız aidiyyəti məmurlardır.

Bu gün bir qanunsuz tikiliyə çıxarış vermək 20-30 min manata başa gəlir. Amma layihə həyata keçirilsə və o tikililərə dövlət layihəsi çərçivəsində sənədlər verilsə, məmurun 30 min manat “qapazlamaq” imkanı məhdudlaşacaq. Ona görə də buna məmur əngəlləri var. Digər tərəfdən layihə reallaşdırılsa, bütün daşınmaz əmlak qanuni sənəd alsa, bu, vətəndaşa öz əmlakı ilə manevr etməsi imkanı da qazandıracaq. Yəni əmlakını sata, kirayə verə bilər, həmçinin girov qoyub bankdan pul götürüb iqtisadi fəaliyyətlə məşğul ola bilər. Bundan əlavə, vətəndaş həmin əmlakı sığorta etmək, onun yanğın, mühafizə məsələsini qaydasına qoymaq imkanı əldə edəcək. Bundan həm də dövlət divident götürür. Hər bir qanuni tikili, əmlak sözsüz ki, illik gəlir vergisi verir. Yüz minlərlə əmlak hərəsi ildə dövlətə 60 manat əmlak vergisi versə, görün nə qədər büdcə gəlirinə səbəb olur. Bu, həm vətəndaşa, həm də dövlətə faydalıdır. Ortada yalnız məmurlara ziyan dəyir. Dilə gətirməsələr də, onlar qanunsuz tikililərin sənədləşdirilməsinə razı deyillər”.

Tarix:2-06-2019, 17:11 Baxış Sayı:58 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
İnternet oyunları xəstəlik kimi qəbul olundu
Etibar Pirverdiyev at ilxısını satdı – Birini 500 min dollara
Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları….
DİN təcili bəyənat yaydı - İmkan verin işimizi görək
Baxımsız xalq şairinin büstü nəhayət yada düşdü
İsmayıllıda meşədə narkotik becərən şəxs saxlanılıb
Nazir yeni rəislər təyin etdi
İşçi müdirdən prokurorluğa şikayət etdi
Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb
Xan Sarayı bağlandı – RƏSMİ
Bədəninizdəki təhlükəli xallar – Hansılar xərçəncə çevrilə bilər?
Enerji içkiləri ilə bağlı qadağalar tətbiq olunacaq – VİDEO
Bu gün rezidenturaya qəbul imtahanlarının 2-ci mərhələsi keçirilir
Bakı Nəqliyyat Agentliyi taksilərlə bağlı hərəkətə keçdi
Nazirlik: İyul ayında ən sərin hava 1918-ci ildə qeydə alınıb
Zakir Fərəcovun müavini qoçuluq edir... - "Bizi işdən çıxarmaqla hədələyir..."
Daha bir müğənninin kriminal avtoritetlə əlaqəsi üzə çıxdı
Əlilliyi olan şəxslərdən maraqlı addım - Video
Gömrük əməkdaşları Nəriman Nərimanovun yeganə varisinə ŞOK YAŞATDILAR — «Sınıq Körpü»də BİABIRÇILIQ
Yevlaxda meşədə güclü yanğın başlayıb — Xəsarət alan var (VİDEO)
Qeyri-sabit hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlandı
“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Masallıda daha bir qəza - Ölən və xəsarət alanlar var
“Deməli, Əmlak Komitəsi mənə saxta sənəd verib?” – Müşfiq ev qalmaqalından danışdı
Cari ildə 142 - Çağrı mərkəzi tərəfindən 127 253 müraciət cavablandırılıb
“Telegram” və “WhatsApp” istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub
Bakıda köşklər və iaşə obyektləri dezinfeksiya olunur - FOTO
Azərbaycan gömrüyündə daha bir biabırçılıq – Fotolar
İntihar edən rəis oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla