gundem
3.06.2019, 19:40
Neymar 5 il müddətinə azadlıqdan məhrum edilə bilər
Futbol üzrə Braziliya milli komandasının üzvü, Fransanın Paris Sen-Jermen klubunun futbolçusu Neymar 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Ötən günlərdə braziliyalı qadın Neymarın onu Parisdə yerləşən hoteldə zorlaması barədə iddia ilə çıxış etmişdi. Əgər ittiham sübut edilsə, ulduz futbolçu 5 il müddətinə həbs təhlükəsi ilə üzləşəcək.
Qeyd edək ki, Neymar "Instagram" hesabında bu iddianı rədd edib.