“Bizim üçün neftin kritik qiyməti 40 dollardır” – ekspert

“Bizim üçün neftin kritik qiyməti 40 dollardır” – ekspert





Neftin ucuzlaşması sosial paketin icrasına necə təsir edir?
Dünya neft bazarında qiymətlərin ucuzlaşması prosesi davam edir. ABŞ-ın İrana qarşı sanksiyaları fonunda dünya neft istehsalının mühüm hissəsini əhatə edən bölgədə münasibətlərin gərginləşməsi belə bu ucuzlaşmanın qarşısını ala bilmir. Analitiklər bu prosesin əsas səbəbləri sırasında neft bazarında təklifin tələbi üstələməsi, eyni zamanda ABŞ-Çin ticarət qarşıdurması nəticəsində dünyada neftə olan tələbatın yaxın və ortamüddətli dövrdə daha da azalmasını qeyd edirlər.

Ucuzlaşma Azərbaycan neftindən də yan ötmür. Belə ki, iyunun 4-nə Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,77 ABŞ dolları və yaxud 4,13 faiz azalaraq 64,32 dollara düşüb.

Azərbaycan ixracatının 80 faizdən yuxarısını təşkil edən neftin ucuzlaşması ölkə gəlirlərinin də kəskin azalması ilə müşayiət olunur. Qlobal səviyyədə baş verən proseslər daha çox neftin ucuzlaşmasının davamlı olacağından xəbər verir. Belə bir şəraitdə gəlirlərin azalması Azərbaycanda həyata keçirilən sosial islahatlara necə təsir edəcək? Bu ilin əvvəlindən ölkə prezidentinin fərman və sərəncamları ilə pensiya, minimum əmək haqqı və müavinətlərin artırılması istiqamətində mühüm addımlar atılıb. Ölkə rəhbərliyi bu addımların davamlı olacağını bəyan ediblər. Neft qiymətlərinin ucuzlaşması və gəlirlərin azalması şəraitində sosial xarakterli addımların davamlılığını təmin etmək mümkün olacaqmı? İndiyədək aparılan artımlar nəticəsində artan büdcə xərclərini qarşılamaqda çətinliklər yarana bilərmi?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, hazırda dünya bazarında neftin qiymətləri 60 dollar civarındadır: “Hələ ki bu qiymətlərdəki ucuzlaşma Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan xərclərin qarşılanması baxımından kritik həddə deyil. Yəni qiymətin 60 dollar ətrafında olması Azərbaycan üçün təhlükəli vəziyyət yaratmır. Bu qiymətlərlə büdcənin bütün xərclərinin təmin olunması problem olmayacaq”.

Ekspert hesab edir ki, Azərbaycanın dövlət büdcəsi üçün neftin təhlükəli qiyməti 50 dollardır: “Ucuzlaşma davam edərsə, qiymətlər 50 dollara qədər düşərsə, büdcə gəlirlərinin təmin olunmasında müəyyən problemlər yarada bilər. Azərbaycan manatının stabilliyinə, büdcə xərclərinin təmin olunmasına neftin qiymətinin ən təhlükəli həddi 40 dollar hesab olunur. Dünya neft bazarında qiymətlərin 40 dollara qədər ucuzlaşması isə yaxınmüddətli dövrdə gözlənilən deyil”.

P.Heydərov qeyd edir ki, ilin əvvəlindən ölkədə həyata keçirilən sosial müdafiə xarakterli tədbirlər büdcədən əlavə maliyyənin yönəldilməsi zərurəti yaradıb: “Bu tədbirlər büdcə xərclərinin 2 milyard manatdan çox artmasına səbəb olub. Sosial artımların ödənməsi ilə dövriyyəyə böyük həcmdə vəsaitlər daxil olub, ilin ikinci yarısında da bir hissə daxil olacaq. Lakin nəzərə almaq lazımdır ki, sosial paketin həyata keçirilməsi 2019-cu ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən planlaşdırılmışdı. Yəni büdcə xərclərində bu artımlar nəzərə alınmışdı. Bu ilin büdcəsinə neftin qiymətinin təsiri isə elə də böyük ola bilməz. Artıq ilin birinci yarısı arxada qalmaq üzrədir, dünya bazarında müqavilələr sentyabr-oktyabr ayları üzrə bağlanır. Yəni indiyədək olan qiymətlər bundan sonra ciddi ucuzlaşma olacağı təqdirdə belə, bu ilin büdcəsinə təsir göstərməyəcək. Digər tərəfdən, ölkədə kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirlər, vergi siyasətindəki yeniliklər büdcə gəlirlərində ciddi artımlara səbəb olub. Bunu dövlət başçısı özü də qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində büdcə gəlirlərində ciddi artıma nail olunub. Bu yaxınlarda vergilər nazirinin açıqladığı məlumatdan aydın oldu ki, yalnız özəl tibb klinikaları və topdansatış müəssisələrində vergi inzibatçılığının təkmilləşdirilməsi nəticəsində milyonlarla vəsaitin büdcəyə ödənilməsi təmin olunub. Və bu proses – kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, vergi siyasətinin təkmilləşdirilməsi və digər islahatlar davam edir. Onların nəticəsində büdcəyə daxilolmaların artımı da davamlı olacaq. Yəni demək istədiyim odur ki, sosial müdafiə xarakterli tədbirlərin maliyyələşmə mənbələri arasında neft gəlirləri yeganə mənbə deyil. Neftin kritik hədd olan 40 dollara qədər ucuzlaşması baş verərsə, bu, yalnız növbəti artımların reallaşmasının qarşısını ala bilər”. (Musavat.com)

Tarix:5-06-2019, 10:33 Baxış Sayı:52 Kateqoriya:gundem / iqtisadiyyat
SON XƏBƏRLƏR
Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır
Keçmiş icra başçısının otlaq sahəsi yandı
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə - FOTO
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
Məktəb direktoru işdən çıxarıldı
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək
Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir? - Şok faktlar
Yol polisi saxladı, BNA cərimə yazdı – BAKIDA KURYOZ-FOTO
Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində
Ağstafadakı dəhşətli intiqamın yeni təfərrüatları
"Bu, artıq ata-oğul məsələsi deyil" — Rüfət Səfərovdan AÇIQLAMA
Fuad Abbasovdan vəkili haqda sensasion açıqlama
Rusiya-Azərbaycan sərhədində yeni yol
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?
Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar - Müraciət + Detallar
Ceyhun Bayramov direktoru işdən azad etdi
Ölkəyə 128 kiloqram heroin keçirmək istədi
Xoşqədəmin vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"
Bakıya narkotik satmağa gələn şəxs "Saray postu"nda tutuldu
Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video
“Qonaq evi”ndə əmisini şantaj edənin qanını tökdü – Göytəpədə cinayət
Naftalandakı sanatoriyalarda tükürpədici qiymətlər... - 14 günə 4 min manat!
Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama
Yeni sosial şəbəkə sürətlə populyarlaşır
Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub
Prezident oğluna yüksək vəzifə verdi - Foto
Azərbaycanda qadın "müəllim" həbs edildi
Bakı metrosunda problem – Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla