gundem / dunya
5.06.2019, 16:47
Misirdə terror aktı: 8 polis əməkdaşı həlak oldu
Misirdə silahlı dəstənin nəzarət-buraxılış məntəqəsinə hücum etməsi nəticəsində hüquq-mühafizə orqanlarının səkkiz əməkdaşı həlak olub.
RİA Novosti xəbər verir ki, hadisə Sinay yarımadasının şimalındakı əl-Ariş şəhəri ətrafında baş verib.
Hücumu İŞİD terror qruplaşmasının “Vilayət-e-Sina” adlı qolunun törətdiyi ehtimal olunur. Misir ordusu terrorçuların tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirir.