"Oğlumu sifarişlə bu hala gətiriblər" -Fuad abbasovun atası-Video

"Oğlumu sifarişlə bu hala gətiriblər" -Fuad abbasovun atası-Video











"Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı məsələ ermənipərəstlərin hiyləsidir. Burada bəzi azərbaycanlıların da rolu var".

DogruXeber.az-ın xəbərinə görə, bunu Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyada bəzi Azərbaycan diaspor rəhbərləri Azərbaycan xalqı üçün müsbət addım atmayıb:

"Fikir vardı ki, Rusiyada yaşayan azərbaycanlılara lider seçilsin. Burada namizədliyi təklif olunanlar arasında Fuad Abbasovun da adı vardı. Çünki Fuadın Rusiyada yaşayan azərbaycanlılar arasında hörməti böyükdür. Amma Fuad demişdi ki, Rusiya vətəndaşı deyil, ona görə də bu, mümkün olmaz. Buna baxmayaraq, bəzi diaspor liderləri Fuada qarşı təxribat hazırladılar, nəticə də belə oldu. Əminəm ki, bunu Fuada qarşı hazırlayanlar Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqovadır".

M.Abbasov qeyd edib ki, həm ölkə daxilində, həm də ölkə xaricində azərbaycanlıların təhlükəsizliyinin təminatıçısı Azərbaycan hökumətidir:

"Azərbaycan hökumətinə müraciət edirəm, Fuad Abbasovu müdafiə etsinlər! Bu müdafiə dövlət tərəfindən olmalıdır. Fuad Abbasov ya sərbəst buraxılmalı, ya da Azərbaycana göndərilməlidir. Ehtimal edirik ki, o, şərlənə bilər. Buna görə də məsələ tezliklə həll edilməlidir".

DogruXeber.az informasiya agentliyinin rəhbəri, Mill Məclisin deputatı Araz Əlizadənin F.Abbasov barədə dediyi "Fuad Abbasov Azərbaycan üçün nə edib" sualına F.Abbasovun anasından cavab belə olub.

"Araz Əlizadə Azərbaycan üçün nə edib ki? Fuad Abbasov Rusiyada azərbaycanlıların maraqlarını qoruyurdu".

Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximski şəhər məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Moskva vilayət məhkəməsi də F.Abbasovun apellyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb.

Tarix:10-06-2019, 11:22 Baxış Sayı:103 Kateqoriya:gundem / sosial / ustxeber
SON XƏBƏRLƏR
Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır
Keçmiş icra başçısının otlaq sahəsi yandı
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə - FOTO
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
Məktəb direktoru işdən çıxarıldı
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək
Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir? - Şok faktlar
Yol polisi saxladı, BNA cərimə yazdı – BAKIDA KURYOZ-FOTO
Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində
Ağstafadakı dəhşətli intiqamın yeni təfərrüatları
"Bu, artıq ata-oğul məsələsi deyil" — Rüfət Səfərovdan AÇIQLAMA
Fuad Abbasovdan vəkili haqda sensasion açıqlama
Rusiya-Azərbaycan sərhədində yeni yol
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?
Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar - Müraciət + Detallar
Ceyhun Bayramov direktoru işdən azad etdi
Ölkəyə 128 kiloqram heroin keçirmək istədi
Xoşqədəmin vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"
Bakıya narkotik satmağa gələn şəxs "Saray postu"nda tutuldu
Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video
“Qonaq evi”ndə əmisini şantaj edənin qanını tökdü – Göytəpədə cinayət
Naftalandakı sanatoriyalarda tükürpədici qiymətlər... - 14 günə 4 min manat!
Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama
Yeni sosial şəbəkə sürətlə populyarlaşır
Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub
Prezident oğluna yüksək vəzifə verdi - Foto
Azərbaycanda qadın "müəllim" həbs edildi
Bakı metrosunda problem – Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla