Cəlilabadda Kərəm Həsənovun kadrı 7 milyon manatı necə mənimsəyib?

Cəlilabadda Kərəm Həsənovun kadrı 7 milyon manatı necə mənimsəyib?






Cəlilabad rayonuna icra başçısı təyin olunmuş Namiq Zeynalov kabinetindən çıxmır. Cəlilabad sakinlərinin sosial şəbəkədə paylaşımlarından belə məlum olur ki, cəlilabadlılar ondan narazılıq edirlər. Sosial şəbəkədə statuslar paylaşan rayon sakinləri N.Zeynalovun üzünü belə görmədiklərini yazırlar. Onların sözlərinə görə, Dövlət Əmlak Komitəsində vəzifə tutmuş və Kərəm Həsənovun kadrı olaraq bu posta təyin olunmuş N.Zeynalov hələ ki kreslonun dadını çıxarır.
Kabinetindən çıxmayan icra başçısı rayondakı vəziyyətlə, camaatın problemləri ilə maraqlanmayıb. N. Zeynalov bir aztəminatlı ailənin, sosial yardım alan yuvanın qapısını açmalı, soyuducusuna baxmalı, rayondakı işsizlik, sosial problemlər barədə tapşırıqlar verməliydi. Amma baş verənlər onu göstərir ki, icra başçısı tutduğu postdan öz maraqlarını təmin etmək üçün bəhrələnir. Rayondan dosye.org-a daxil olan məlumatlar da bunu təsdiqləyir. Rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, icra başçısı bir neçə əməliyyat sayəsində xeyli məbləğdə vəsaiti mənimsəməyə müvəffəq olub.
Belə ki, rayonda Uzun Təpə istiqamətində çəkilən yolun səkisinin abadlaşdırılması “Kolin” şirkəti tərəfindən həyata keçirilsə də, bu iş üçün büdcədən 7 milyon manat pul ayrılıb və həmin pul icra başçısı tərəfindən mənimsənilib. Digər bir iddiaya görə isə ərazi nümayəndələrinin illik hesabatının qənaətbəxş sayılması üçün onlara 3-5 min manat haqq qoyulub. Bununla bağlı Dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, bu haqqı verməkdən imtina edən 7 ərazi nümayəndəsi vəzifəsindən çıxarılıb. Bundan başqa hər ay daxiliehtiyyat fondundan rayonun Günəşli və Gəncan kənd sakinlərinin adına materilal alınması adına silinir.
Rayondan dosye.org-a daxil olan məlumata görə bütün bu maliyyə maxinasiyaları hesabına icra başçısı qısa müddətdə xeyli capital toplayıb. Mənbənin sözlərinə görə, N.Zeynalov Cəlilabad rayon məhkəməsinin keçmiş sədri Əliəjdər Ələkbərova məxsus evi 50 min manata ondan alıb. İcra başçısının qısa müddətdə bu qədər pula sahib olmasının özü xeyli suallar yaradır. Cəlilabad icra başçısının yeni müavininin “üstünlükləri” Orta məktəbdə labarant işləyən şəxsə niyə yüksək vəzifə verilib? İcra başçısının kadr islahatları hansı prinsiplərə əsaslanır? Bütün bunlar haqda növbəti yazımızda.

Tarix:10-06-2019, 20:45 Baxış Sayı:37 Kateqoriya:gundem / bolge
SON XƏBƏRLƏR
Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır
Keçmiş icra başçısının otlaq sahəsi yandı
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə - FOTO
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
Məktəb direktoru işdən çıxarıldı
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək
Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir? - Şok faktlar
Yol polisi saxladı, BNA cərimə yazdı – BAKIDA KURYOZ-FOTO
Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində
Ağstafadakı dəhşətli intiqamın yeni təfərrüatları
"Bu, artıq ata-oğul məsələsi deyil" — Rüfət Səfərovdan AÇIQLAMA
Fuad Abbasovdan vəkili haqda sensasion açıqlama
Rusiya-Azərbaycan sərhədində yeni yol
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?
Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar - Müraciət + Detallar
Ceyhun Bayramov direktoru işdən azad etdi
Ölkəyə 128 kiloqram heroin keçirmək istədi
Xoşqədəmin vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"
Bakıya narkotik satmağa gələn şəxs "Saray postu"nda tutuldu
Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video
“Qonaq evi”ndə əmisini şantaj edənin qanını tökdü – Göytəpədə cinayət
Naftalandakı sanatoriyalarda tükürpədici qiymətlər... - 14 günə 4 min manat!
Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama
Yeni sosial şəbəkə sürətlə populyarlaşır
Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub
Prezident oğluna yüksək vəzifə verdi - Foto
Azərbaycanda qadın "müəllim" həbs edildi
Bakı metrosunda problem – Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla