Gömrükdəki “Kalkulyator Rövşən” kimdir?

Gömrükdəki “Kalkulyator Rövşən” kimdir?














Dövlət Gömrük Komitəsi kadr islahatları adı altında müəyyən dəyişikliklər etdi. Əslində bu sadə riyazı gedişdən başqa bir şey deyildi. Komitə sədri sadəcə toplananların yerini dəyişdi. Lakin bu dəfə fərqli cəm ortaya çıxdı.

Belə ki, Avtonəqliyyat Baş Gömrük idarəsinə yeni təyin olunan rəis Hüseyn Həsənli ölkəyə idxal edilən avtomobillərlə bağlı unikal adımlar atır. İlin əvvəlində idxal olunan avtomobillərin gömrükdə qeydiyyatı zamanı 70%-lik rəsmi artıma bir yox, düz üç 70% əlavə edilir.

DogruXeber.az xəbər verir ki, BakuNews.az-ın yazdığına görə, təxminən 10 min azn dəyərində olan, xaricdən alınaraq ölkəyə gətirilən avtomobilə 70% əlavə etdikdə təxminən 15 min manat edir. Hətta bu məbləği insaf müstəvisindən çıxmaqla 100%-lə rəsmiləşdirsən belə rəqəm 20 min manat olur.

Məlumatda qeyd edilir ki, yeni rəhbər təyinatından sonra isə məbləğ yuxarıda göstərilən təxmini 10 min manat olduğu halda Avtonəqliyyat Baş Gömrük idarəsində son rəqəm 25 min manat "müəyyən" edilir. Etiraz edənlərə isə idarənin girişindəki elanı göstərirlər.

"Vətəndaşların nəzərinə Avtonəqliyyat Baş Gömrük idarəsinin növbətçi hissəsində yerləşən idarənin daxili qaynar xətti gün ərzində xidmətinizdədir. tel:100".

Lakin əsl məzhəkə bundan sonra başlayır. Yəni elan yapışdıranlar girişdə daxili zənglər üçün telefon aparatı qoyulmayıb. Elə isə bəs şəxs etirazını kimə, necə bildirsin? "Mən rəislə görüşmək istəyrəm" - deyə iddia edənlərə etiraz belə edilməyən idarədə isə şikayətçinin toxunulmadan bezdirilməsi, yəni müəyyən edilən rəqəmə razılaşdırılması taktikası da var. Həmçinin qeyd etmək yerinə düşər ki, idarə rəisinin görüş günləri müəyyən edilməyib. "Rəis məşğuldur, gözləyin vaxtı olan kimi sizi qəbul edəcək" - xəbərdarlığından düz 4-5 saat sonra qəlbinə Əli (ə) məhəbbəti düşən Həsən Hüseynli şikayətçini qəbul edir. Lakin bu zaman da komik durum yaranır. Bir zamanların ən populiyar qısa metrajlı komediya filmləri toplusu olan "Mozalan"dakı bir kadr yada düşür. Nəfəs çatışmazlığından xəstəxanaya düşən şəxs vəziyyəti kritikləşən an zarıyır - Ələmşah.

Avtonəqliyyat Baş Gömrük idarəsinin Ələmşahı, pardon, qiymət müəyyənedicisi isə Rövşən adlı şəxsdir. El arasında ona "Kalkluyator Rövşən" deyirlər. Həzrəti Həsən müəllimin də başı sıxışan, nəfəsi daralan kimi "ya Rövşən" deyib, lələyi yandırır. Belə ki, əlində kalkluyator otağa daxil oln Rövşən müəllim avtomobil sahibinə qanunların deyil, məhz özünün müəyyən etdiyi rəqəmi deyir. Yəni 25 min manatla bağlı heç nə dəyişmir. Həzrəti Həsən müəllimdə o qədər demokratdır ki, işçisinin dediynə etraz etmir. Bəs bu qəbul məzhəkəsi nəyə xidmət edirdi? Nədən vətəndaş 4-5 saat gözləyirdi?

Mənbənin bildirdiyinə "Həkim Eldostunun verdiyi bütün kitabları oxuduğu üçün qılıncı belində duran Rövşən" müəllim bu işdə çox səriştəlidir. O nəinki rəqəm müəyyən edir hətta "bütün dilləri başa da düşür". Məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, idarə dövlət tərəfindən ən müasir hesablama aparatları ilə təchiz edilib. Həmin aparatlardan istifadə imkanları da məhdud deyil. Sadəcə mümkünsüzdür. Yəni işləmir.

Əslində Həzrəti Həsən müəllimin prizmasından yanaşsaq bu vəziyyət çox normaldır. Əgər aparat varsa Rövşənə nə ehtiyac var? Yox əgər Rövşən varsa, o halda aparat nə üçün işləməlidir? Məhz ona görə Həzrəti Həsən müəllim "dəmir yığınına" deyil, insana, yəni "quş dili" bilən Süleymana, təkrar pardon, Rövşənə üstünlük verir. Xatırladaq ki, ölkə başçısının bu sahədəki qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq Sərəncamı da var. Amma şahidlərin bildirdiyinə görə həmin Sərəncam Avtonəqliyyat Baş Gömrük İdarəsində sadəcə işləmir. Məsələ bununla da bitmir. Mənəbnin bildirdiyinə görə avtomobil idxalçılarında bu idarə ilə bağlı "8-ci pəncərə" xofu da var. Bilirsinizmi nədən? Çünki o pəncərədən baxan göz, qiymət deyən dil Rövşən müəllimindir...Demokrat.az

Tarix:10-06-2019, 21:44 Baxış Sayı:52 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır
Keçmiş icra başçısının otlaq sahəsi yandı
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə - FOTO
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
Məktəb direktoru işdən çıxarıldı
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək
Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir? - Şok faktlar
Yol polisi saxladı, BNA cərimə yazdı – BAKIDA KURYOZ-FOTO
Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində
Ağstafadakı dəhşətli intiqamın yeni təfərrüatları
"Bu, artıq ata-oğul məsələsi deyil" — Rüfət Səfərovdan AÇIQLAMA
Fuad Abbasovdan vəkili haqda sensasion açıqlama
Rusiya-Azərbaycan sərhədində yeni yol
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?
Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar - Müraciət + Detallar
Ceyhun Bayramov direktoru işdən azad etdi
Ölkəyə 128 kiloqram heroin keçirmək istədi
Xoşqədəmin vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"
Bakıya narkotik satmağa gələn şəxs "Saray postu"nda tutuldu
Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video
“Qonaq evi”ndə əmisini şantaj edənin qanını tökdü – Göytəpədə cinayət
Naftalandakı sanatoriyalarda tükürpədici qiymətlər... - 14 günə 4 min manat!
Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama
Yeni sosial şəbəkə sürətlə populyarlaşır
Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub
Prezident oğluna yüksək vəzifə verdi - Foto
Azərbaycanda qadın "müəllim" həbs edildi
Bakı metrosunda problem – Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla