Oqtay Şirəliyev jurnalisti yenidən məhkəməyə verib

Oqtay Şirəliyev jurnalisti yenidən məhkəməyə verib






Səhiyyə Nazirliyi qurumu rüşvətxorluqda ittiham edən jurnalist Teymur Kərimovu yenidən məhkəməyə verib.

“AzPolitika” xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsində bu gün keçirilən prosesdən sonra jurnalistlərə açıqlamasında Teymur Kərimovun özü məlumat verib. T.Kərimov anasının ölümündə Səhiyyə Nazirliyini və şəxsən nazir Oqtay Şirəliyevi günahlandırıb. O, anasının yasını keçirməli olduğu bir vaxtda məhkəmələrdə süründürüldüyünü və nazirliyin təklifini geri çevirdiyi üçün yenidən məhkəməyə verildiyini bildirib.

Teymur Kərimov bu gün keçirilən məhkəmədən sonra deyib: “Bildiyiniz kimi, Səhiyyə Nazirliyi tərəfindən CM-nin 147.2 maddəsilə məhkəməyə verilmişəm. İyunun 7-si ilk prosesdən sonra nazirlik iddianı geri götürdü. Sonra mənə olunan təklifləri qəbul etmədiyim və mübarizəmdən çəkinmədiyim üçün nazirlik, yəni Oqtay Şirəliyev məni yenidən məhkəməyə verib. Nədir ki, Oqtay Şirəliyevə “alkaş” demişəm. “Alkaş” sözünə görə məni CM-nin 147.2 maddəsilə yenidən məhkəməyə verib. Mən anamın ölümü üzərindən heç kimlə razılığa getmərəm. Mübarizəmi axıra kimi davam etdirəcəm. Çünki mənim anam öldü. İstəmirəm ki, digər analarımız da mənim anamın vəziyyətinə düşsün”.

Jurnalist daha sonra növbəti məhkəmə prosesinin iyunun 14-nə təyin olunduğunu bildirib.

Xatırladaq ki, T.Kərimov müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişdi. O, etirazını soyunaraq – anasının müalicəsi üçün paltarlarını satışa çıxarmaqla bildirmişdi.

Tarix:11-06-2019, 13:16 Baxış Sayı:30 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır
Keçmiş icra başçısının otlaq sahəsi yandı
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə - FOTO
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
Məktəb direktoru işdən çıxarıldı
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək
Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir? - Şok faktlar
Yol polisi saxladı, BNA cərimə yazdı – BAKIDA KURYOZ-FOTO
Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində
Ağstafadakı dəhşətli intiqamın yeni təfərrüatları
"Bu, artıq ata-oğul məsələsi deyil" — Rüfət Səfərovdan AÇIQLAMA
Fuad Abbasovdan vəkili haqda sensasion açıqlama
Rusiya-Azərbaycan sərhədində yeni yol
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?
Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar - Müraciət + Detallar
Ceyhun Bayramov direktoru işdən azad etdi
Ölkəyə 128 kiloqram heroin keçirmək istədi
Xoşqədəmin vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"
Bakıya narkotik satmağa gələn şəxs "Saray postu"nda tutuldu
Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video
“Qonaq evi”ndə əmisini şantaj edənin qanını tökdü – Göytəpədə cinayət
Naftalandakı sanatoriyalarda tükürpədici qiymətlər... - 14 günə 4 min manat!
Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama
Yeni sosial şəbəkə sürətlə populyarlaşır
Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub
Prezident oğluna yüksək vəzifə verdi - Foto
Azərbaycanda qadın "müəllim" həbs edildi
Bakı metrosunda problem – Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla