Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video

Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video













Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müavini Rafiq Cəlilov Bakı şəhər Tikinti Trestinin rəisini döydürüb.

DogruXeber.az BakuPost.az-a istinadən xəbər verir ki, bu iddia ilə tikinti trestinin rəisi Hacıyev Hüseyn Hacı oğlu özü çıxış edib.

O bildirib ki, 1993-cü ildə Bakı şəhər Tikinti Trestinin rəisi təyin edilib və uzun illərdir, həmin vəzifədə işləyir: "Biz əmək kollektivi ilə birlikdə tikinti trestinin Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki 38 sot torpaq sahəsini özəlləşdirmək istəyirik, lakin Rafiq Cəlilov illərdir, bizə imkan vermir və ərazini zəbt edib”.

Şikayətçi deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisəli olan torpaq sahəsi barədə Ali Məhkəmənin çıxardığı son qərar trestin əmək kollektivinin ərazisini özəlləşdirə biləcəyi barədədir, lakin məhkəmənin hökmünə rəğmən Kərəm Həsənovun müavini Rafiq Cəlilovun adamları ərazini zəbt edib və çıxmır: "Mən bir-neçə il əvvəl Kərəm Həsənovun qəbulunda oldum. Problemimi ona danışdım. Soruşdu, kimdi mənə mane olan. Dedim, Rafiq Cəlilovun adamları ərazini zəbt edib, çıxmır. Kərəm müəllim digər müavini Rüstəm Şahbazova tapşırıq verdi ki, problemi həll eləsin. Səhəri gün Rafiq Cəlilovun adamları bizim ərazidən çıxarıldı. Ancaq bir ay sonra həmin qoçular yenidən gəldi, ərazini işğal elədi. Mənim 73 yaşım var, yaşlı insanam. Rafiq Cəlilovun adamları etiraz elədiyim üçün məni döydülər, təhqir elədilər”.

H.Hacıyevin sözlərinə görə, bundan sonra da illərlə məsələ ilə bağlı Baş Prokurorluğuna, Kərəm Həsənova dəfələrlə məktublar yazıb, ancaq heç birinə cavab verilməyib: "Rafiq Cəlilovun adamları məni döydüyü üçün Baş Prokurorluğa şikayət elədim. Həmin şikayət məktubu göndərdilər Kərəm Həsənovun üstünə. 18 ildir, biz öz torpağımızdan istifadə edə bilmirik”.

Trest rəisi məsələ ilə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət edib, ondan kömək istəyir: "Yoxlanısın, əgər mənim bir günahım varsa, qanun nə tələb edir, onu edək. Rafiq Cəlilov Ali Məhkəmənin qərarlarını icra eləmir”.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məsələ ilə bağlı sayta açıqlamasında bildirib ki, haqqında bəhs edilən torpaq sahəsinin ümumiyyətlə onların qurumuna aiddiyəti yoxdur: "Həmin ərazi özəlləşdirmə predmetinə daxil deyil. Bizimlə hansısa formada əlaqəsi yoxdur. Nəinki Əmlak Məsələləri Dövlət Komitəsi ilə, heç Rafiq Cəlilovla da o torpaq sahəsinin heç bir bağlantısı yoxdur. Şikayətçi bu məsələdə yalan ittihamlar səsləndirir və böhtanla çıxış edir”.

Q.Xəlilov deyib ki, həmin ərazi Bakı şəhər İcra Hakimiyyəti ilə mübahisələndirilib və məhkəmə çəkişməsi də BŞİH-lə trest arasında gedir: "Əmlak Məsələləri Dövlət Komitəsi bu məsələdə məhkəmədə də tərəf deyil. Bizim bu torpaq mübahisəsinə heç bir qarışacağımız yoxdur. BŞİH həmin ərazidə əlillərə yaşayış binası tikilməsi ilə bağlı göstəriş verib”.

Tarix:18-06-2019, 16:10 Baxış Sayı:139 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Jurnalistlər pulsuz müayinədən keçiriləcək
Nazirliyin üç idarəsi ləğv olundu
Tikinti şirkəti Bakıda ağacları kəsdi — Nizami RİH hələ də SUSUR (FOTOLAR)
Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM
Əsgərə məktub-Video
Zakir Qaralov işdən çıxardığı prokurora yeni vəzifə verdi
Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq
FHN gücləndirilmiş rejimə keçir
Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR
Doğum günün mübarək
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Sosial şəbəkələr ÇÖKDÜ
Polis onu gözündən güllələyib - Generallar Goranboyda
Qənirə Paşayeva “AMEA-nın professoru” seçildi
Qorxmaz Əlilidən qaçqınlarla bağlı şok ifadələr: “Söyməyi hamı bacarar”
Azərbaycanda 30 it quduzluğa tutulub – Hansı bölgələrdə?
Baş nazirdən qoruqlarla bağlı — YENİ QAYDALAR
Azərbaycanda iyrənc cinayət – Evə gəlib qayınanasını zorladı
Bakıda bu zolaqlara girən sürücülər cərimələnəcək
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək
“Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə CƏRİMƏLƏNDİ
İnternet provayderləri hüququmuzu belə pozur: Qiymət baha, xidmət aşağı...
“Azərişıq”da yeni - TƏYİNATLAR
Sabahın hava proqnozu
"Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır"
Tanınmış aparıcıya vəzifə verildi
“BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” - Rektor

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla