Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

32 nəfər dəm qazından, 11 nəfər içkidən zəhərlənib

16-02-2018, 11:14

32 nəfər dəm qazından, 11 nəfər içkidən zəhərlənib













İlin əvvəlindən bu günə qədər 32 nəfər dəm qazı zəhərlənməsi ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.

Şöbə müdiri qeyd edib ki, yanvar ayında 24 nəfər, fevral ayında isə 8 nəfər dəm qazı zəhərlənməsi ilə onlara müraciət edib.

"Dərmanların qəbulundan sonra yaranmış allergik reaksiyalara görə 9 nəfər, sirkə turşusundan zəhərlənmə ilə bağlı 2 nəfər müraciət edib. Dəm qazı zəhərlənməsindən 4 nəfərin, sirkə turşusu ilə zəhərlənmədən 1 nəfərin vəziyyəti ağır olsa da, onlar müalicə olunduqdan sonra evə buraxılıblar. Dəm qazı zəhərlənməsi ilə müraciət edənlərin 22 nəfəri qadın olub”.

A.Maqsudov bildirib ki, 2018-ci ilin əvvəlindən bu günə qədər 11 nəfər sərxoş vəziyyətdə Toksikologiya şöbəsinə gəlib.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciətlər əsasən Bakı və Bakı ətrafı kəndlərdən olub./AzVision.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram