Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?

Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?














Azərbaycanın müxalifətinin bir qismi indidən hakimiyyətlə danışıqlara gedib, qarşıdan gələn parlament seçkilərində azı 20 deputat mandatı almaq istəyirlər.

Hazırda bu məqsədlə sabiq baş nazir Pənah Hüseynin liderliyi ilə Milli Məclisdəki 125 deputat yerinin 150-dək artırılması istiqamətində ciddi təbliğat aparılır.

"Diqqət edirsinizsə, son iki ayda deputatların sayının 125-dən 150-yə kimi artırılması istiqamətində güclü təbliğat aparılır. Fikir versəniz, görərsiniz ki, bu təbliğat əsasən Pənah Hüseynin yaxın dostu olan Rauf Arifoğlunun media resurslarında - "Yeni Müsavat" və ona bağlı saytlarda gedir. Təbii ki, bəzi saytlar da "təkər"ə düşüb, bu təbliğatın iştirakçısına çevriliblər. Sözüm odur ki, son həftələr ayrı-ayrı ekspertlər, deputatlar da bu mövzuya cəlb edilərək, tədricən cəmiyyəti və iqtidarı buna inandırmağa çalışırlar".

Məlumata görə, bu təbliğatın arxa planında, əslində, iqtidarla parlament seçkiləri ilə bağlı gizli anlaşma niyyəti gizlənib:

"Pənah Hüseyn bu niyyəti gizlətmir də. Onun çox açıq şəkildə dar məclislərdə "Biz iqtidarla danışıqlara gedib, yer almalıyıq. Hətta iqtidarın işini asanlaşdırmaq üçün deputatların sayının 125-dən 150-dək artırılmasını da təmin etməliyik. Bilirsiniz ki, 1995-ci ilin noyabrın 12-də konstitusiya qəbul olunan zaman Azərbaycanın əhalisi 7 milyon idi. İndi bu, 10 milyona yaxındır. O üzdən qanunauyğun olaraq, parlamentdə deputat yerlərinin sayı da artırılmalıdır. Belə də iqtidar real müxalifətə asanlıqla 20 yer güzəştə gedə bilər", - dediyi də artıq siyasi kluarlarda müzakirə edilir.

Bundan əlavə, Pənah Hüseynin son açıqlamalarında da bununla bağlı hakimiyyətə dolayı və açıq mesajlar verilib".

Məsələ ilə bağlı Mia.az-ı məlumatlandıran Pənah Hüseynin dostlarından biri deyib ki, sabiq baş nazir real müxalifət deyəndə, hazırda parlamentdə təmsil olunan partiya liderlərini nəzərdə tutmur:

"Doğrudur, Pənah Hüseyn 20 yeri kimlər üçün arzuladığı barədə indidən danışmaqda o qədər də həvəsli deyil.

Lakin sirr deyil ki, Pənah Hüseyn həmin 20 nəfərin içində özünü, Arif Hacılını, Tural Abbaslını, İsa Qəmbəri, Etibar Məmmədovu, Lalə Şövkəti, Rüstəm İbrahimbəyovu, Eldar Namazovu. Milli Şuranın sədri Cəmil Həsənlini, İlqar Məmmədovu və nə qədər qəribə görünsə də, Rauf Arifoğlunu da görmək istəyir.

Lakin onun planında AXCP sədri Əli Kərimli, sabiq spiker Rəsul Quliyev, o cümlədən ADP sədri Sərdar Cəlaloğlunun adları birmənalı yoxdur".

Məlumata görə, Pənah bəy çox açıq şəkildə deyir ki, iqtidarın apardığı islahatların həm cəmiyyətdə, həm də beynəlxalq təşkilatlarda təminatçısı məhz onlar, yəni nəzərdə tutduğu şəxslərin mandat alması ola bilər:

"Yəni onların parlamentə düşməsi həm beynəlxalq təşkilatlara, həm daxilə ölkədə real siyasi islahatların həyata keçirildiyi kimi təqdim olunur. Digər yandan da, dağınıq müxalif qüvvələr parlamentin işində aktiv iştirak etməklə, ölkədə demokratik ab-hava görüntüsünü gücləndirə bilərlər".

Xatırladaq ki, ölkədə parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçiriləcək.Mia.az

Tarix:18-06-2019, 18:26 Baxış Sayı:61 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Jurnalistlər pulsuz müayinədən keçiriləcək
Nazirliyin üç idarəsi ləğv olundu
Tikinti şirkəti Bakıda ağacları kəsdi — Nizami RİH hələ də SUSUR (FOTOLAR)
Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM
Əsgərə məktub-Video
Zakir Qaralov işdən çıxardığı prokurora yeni vəzifə verdi
Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq
FHN gücləndirilmiş rejimə keçir
Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR
Doğum günün mübarək
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Sosial şəbəkələr ÇÖKDÜ
Polis onu gözündən güllələyib - Generallar Goranboyda
Qənirə Paşayeva “AMEA-nın professoru” seçildi
Qorxmaz Əlilidən qaçqınlarla bağlı şok ifadələr: “Söyməyi hamı bacarar”
Azərbaycanda 30 it quduzluğa tutulub – Hansı bölgələrdə?
Baş nazirdən qoruqlarla bağlı — YENİ QAYDALAR
Azərbaycanda iyrənc cinayət – Evə gəlib qayınanasını zorladı
Bakıda bu zolaqlara girən sürücülər cərimələnəcək
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək
“Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə CƏRİMƏLƏNDİ
İnternet provayderləri hüququmuzu belə pozur: Qiymət baha, xidmət aşağı...
“Azərişıq”da yeni - TƏYİNATLAR
Sabahın hava proqnozu
"Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır"
Tanınmış aparıcıya vəzifə verildi
“BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” - Rektor

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla