Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bu gün Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

Bu gün Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək
20-06-2019, 09:37 246 dəfə baxılıb

Bu gün Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək











Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.

Hər iki nazir artıq Vaşinqtondadır.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin danışıqlarında həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.

Danışıqlardan əvvəl həmsədrlər ayrı-ayrılıqda həm E.Məmmədyarov, həm də Z.Mnatsakanyanla görüşüblər.

Bundan başqa, Azərbaycanın Xarici İşlər naziri Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb.

Görüşdə tərəflər bir sıra məsələlər üzrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü bu ilin aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsü əsasında keçirilib. Danışıqlarda Rusiya xarici işlər naziri Sergey Lavrov, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bkupost






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram