Ağstafa rayonunda növbəti hadisə baş verə bilər: Rayon rəhbəri xəbərdardırmı?-Video

Ağstafa rayonunda növbəti hadisə baş verə bilər: Rayon rəhbəri xəbərdardırmı?-Video











Yerli icra orqanlarından narazılıq hər ötən gün daha da artır. Əhalinin və rəhbərlik etdiyi rayonun problemlərindən daha çox şəxsi çıxarlarını düşünən “region padşahları” sözün əsl mənasında böyük kütlənin qəzəb hədəfinə çevrilmiş olur.
Bu isə heç şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətə kölgə salmaqla yanaşı, hakimiyyətin yerli sakinlərin nəzərində aşağı ölçülməsinə səbəb olur.

Bu gün yuxarıda bəhs etdiyimiz qaydada fəaliyyət göstərən yerli strukturlardan biri də Ağstafa rayon icra hakimiyyətidir. DogruXeber.az xəbər verir ki, rayonun icra başçısı Nizaməddin Quliyev əslində rayon sakinləri üçün nələrisə etməyə çalışan rəhbərlərdəndir.
Belə ki, rayon sakini İsayev Telman Tapdıq oğlunun sözlərinə görə fəaliyyətləri ciddi narazılıqlara səbəb olanlar icra başçısının ətrafındakılardır.

“Xüsusilə də Ağstafa RİH başçısının birinci müavini Ramiz Tatarov rayondakı bir çox müəmmalı işləklərin müəlliflərindən hesab olunur. Ramiz Tatarov və rayondakı adamlarının yarıtmaz fəaliyyəti isə sonda icra başçısının ayağına yazıldığından tənqid hədəfi də məhz Nizaməddin Quliyev olur”.

Ramiz Tatarov idarəçilikdə əsas rol ifaçısı olduğundan onun səriştəsizliyi və işbilməzliyi ümumilikdə mətbuatda rayon rəhbərliyinin tənqid olunmasına səbəb olur.

Elə bu səbəbdəndir ki, Ağstafa rayon Saloğlu qəsəbə sakini T.İsayev uzun illərdi ki,mənzilinə gedən yolun Azər İbrahimov adlı şəxs tərəfindən zəbt olunduğunu bildirir. Redaksiyamıza müraciətçi olan rayon sakini efir qarşısında onun hüquqlarını pozan A.İbrahimov adlı şəxsi hansısa məmurun onu himayə etdiyini bildirib.

Sizcə bu belədirmi?

Sözü gedən məsələdə “AT “ oynadan rayon sakini A.İbrahimov kimdir və yaxud kimin adamıdır? Hər kəsə məlumdur ki,son günlər Ağstafa rayonunda baş verən qanlı hadisələr ölkə əhalisinin narahatlığına səbəb olub. Bu cür hadisələrin baş verməsi bir çox hallarda aidiyyatı qurumların müraciətlərə məsuliyyətsiz yanaşmaları səbəbindən qanlı hadisəylə nəticələnir.

Məhz həmin aqibət eynilə baş verməsin deyə Ağstafa rayon Saloğlu qəsəbə sakini İ.Telmanın redaksiyamıza etdiyi müraciətinə aydınlıq gətirilməsi üçün RİH müavini cənab Ramiz Tatarovla telefon əlaqəsi saxlamağa cəht etdik. Təəssüflər olsun ki,çoxsaylı edilən telefon zənglərimizə cavab verən olmadı.

Növbəti gün yenidən rayon icra nümayəndəsi Cavad İsmayılovla telefon əlaqəsi saxladıq. IH müavini Ramiz Tatarovdan fərqli olaraq, rayon sakini T.İsayevin probleminə öz münasibətini bildirdi. Onun sözlərinə görə sözü gedən məsələ səlahiyyəti çərçivəsində olmadığından heç bir köməklik göstərə bilməyəcəkdir. Ümid edirik ki, rayon sakini İ.Telmanın redaksiyamıza etdiyi müraciəti RİH başçısı hörmətli Nizaməddin Quliyev öz şəxsi nəzarətinə götürər və qısa müddət ərzində məsələ öz həllini tapmış olar.

Məsələyə qayıdacağıq....

Adları qeyd olunanların mövqeyin dərc etməyə hazırıq:
DogruXeber.az

Tarix:24-06-2019, 10:32 Baxış Sayı:259 Kateqoriya:gundem / sosial / bolge / ustxeber
SON XƏBƏRLƏR
Azərbaycana külli miqdarda qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır – Araşdırma (Video)
Tərtər sakinlərindən odlu silah götürülüb
Sabahın hava proqnozu
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
Polis zabiti yol qəzasında həlak oldu
İşinizi bilmirsinizsə, barı insanlığı öyrənin - Video
Azərbaycanda saytlarda informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq əks olunacaq - Yeni qayda gəlir
Balakəndə naməlum xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA
"Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" – Taleh Yüzbəyov
“Google”un fəaliyyətində problem yaranıb
Ermənilər cəbhəyanı ərazilərimizi atəşə tutdu
XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
Bakı polisindən vətəndaşlara mənzil oğruları ilə bağlı XƏBƏRDARLIQ
Bakı mağazalarında müştərilərin başına necə oyun açırlar? - Diqqətli olun - Video
Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi
Dünya bu türk qadından danışır – Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi
Yol polisindən daha bir çağırış
Tərtər, Ağdam və Füzulinin kəndləri atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanıldı
Ən varlı azərbaycanlı "lotu"ların SİYAHISI - "Lotu Quli" liderdir
İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
DYP və BNA sürücülərə xəbərdarlıq etdi – VİDEO
Bu gün Azərbaycanda TV və radio işləməyəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla