Bakının məşhur ticarət mərkəzində qalmaqal - Mağazalar bağlandı

Bakının məşhur ticarət mərkəzində qalmaqal - Mağazalar bağlandı





"Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar.

DogruXeber.az xəbər verir ki, bu haqda "Yeni Sabah”a məlumat verən iş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır. O, qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər:

"Yəni əgər keçən ay 10 min manat malın vardısa 1 aydan sonra gəlib yoxlayırlar 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir.

Onsuz da bazara yer pulu üçün ödəniş edəndə bunun içində vergilər də var. Onunla yanaşı bu vergini də tələb edirlər. 10-15 gün qabaq vergi nümayəndəsi ilə iclas keçirildi. Orada nümayəndə bildirdi ki, malları öz adınıza gətirin. Mənim də dükanıma 8,600 manat pul yazıblar. O qədər malım var. İclasda dedilər ki, malı öz adınıza gətirin, karqoyla deyil.

Mən də nümayəndəyə dedim ki, tək deyil, gömrük işçisiylə gəlsin. Gedib Türkiyədə firmaya girirəm şalvarın biri 10 dollaradır. Mən deyirəm ki, keçən ilki model alacam, bir az ucuz mal istəyirəm. Mənə keçən ilki 5 dollarlıq malı verir. 5 dollardan öz adıma alıb gətirirəm, 36% vergiyə ödəmə edəndə, deyirlər ki, bu mal 5 dollar deyil 10 dollardır. Sən yəqin sənəddə qiyməti azaltmısan. Biri var 5 dolların 36%-ni ödəmək, bir də var 10 dolların”.

Sahibkarın sözlərinə görə, malı 5 dollara gətirəndə gömrükdə bu qiymətlə qəbul etmirlər:

"Birinci sistemi gömrükdən düzəltsinlər. Gəlib gömrükdə problem yaşamayacamsa öz adıma mal gətirə bilərəm. Amma problem olacaqsa, elə 3 dolları karqoya verib gətirərəm. Gömrük ucuz malı ucuz qeydiyyata almır. Köhnə mal da olsa, yeni kimi hesab edib yeniylə hesablayır. Biri var paltaryuyan maşın istehsal edir. Çindən 5 dollar 30 sentə mator alıb gətirmişdi. Gəldi burada 4 gün saxladılar. Dedilər ki, bunun qiyməti 15 dollardır”.

Sahibkar bildirib ki, hazırda yalnız geyim mağazaları açıqdır. Amma təsərrüfaat və şirniyyat deyilən ərazidəki mağazalar bağlıdır. Sahibkarlar bazar rəhbərliyinin ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər.

Tarix:24-06-2019, 14:20 Baxış Sayı:44 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Jurnalistlər pulsuz müayinədən keçiriləcək
Nazirliyin üç idarəsi ləğv olundu
Tikinti şirkəti Bakıda ağacları kəsdi — Nizami RİH hələ də SUSUR (FOTOLAR)
Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM
Əsgərə məktub-Video
Zakir Qaralov işdən çıxardığı prokurora yeni vəzifə verdi
Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq
FHN gücləndirilmiş rejimə keçir
Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR
Doğum günün mübarək
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Sosial şəbəkələr ÇÖKDÜ
Polis onu gözündən güllələyib - Generallar Goranboyda
Qənirə Paşayeva “AMEA-nın professoru” seçildi
Qorxmaz Əlilidən qaçqınlarla bağlı şok ifadələr: “Söyməyi hamı bacarar”
Azərbaycanda 30 it quduzluğa tutulub – Hansı bölgələrdə?
Baş nazirdən qoruqlarla bağlı — YENİ QAYDALAR
Azərbaycanda iyrənc cinayət – Evə gəlib qayınanasını zorladı
Bakıda bu zolaqlara girən sürücülər cərimələnəcək
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək
“Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə CƏRİMƏLƏNDİ
İnternet provayderləri hüququmuzu belə pozur: Qiymət baha, xidmət aşağı...
“Azərişıq”da yeni - TƏYİNATLAR
Sabahın hava proqnozu
"Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır"
Tanınmış aparıcıya vəzifə verildi
“BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” - Rektor

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla