BNA-dan sürücülərə XƏBƏRDARLIQ

BNA-dan sürücülərə XƏBƏRDARLIQ












"Yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq".
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ilkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək.
Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Fizuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq: "Bir daha bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir-birimizə qarşı anlayışlı olmağa səsləyirik. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkətin daha rahat, maneəsiz və təhlükəsiz olacağına ümid edirik".Bakupost

Tarix:25-06-2019, 10:20 Baxış Sayı:47 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Jurnalistlər pulsuz müayinədən keçiriləcək
Nazirliyin üç idarəsi ləğv olundu
Tikinti şirkəti Bakıda ağacları kəsdi — Nizami RİH hələ də SUSUR (FOTOLAR)
Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM
Əsgərə məktub-Video
Zakir Qaralov işdən çıxardığı prokurora yeni vəzifə verdi
Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq
FHN gücləndirilmiş rejimə keçir
Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR
Doğum günün mübarək
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Sosial şəbəkələr ÇÖKDÜ
Polis onu gözündən güllələyib - Generallar Goranboyda
Qənirə Paşayeva “AMEA-nın professoru” seçildi
Qorxmaz Əlilidən qaçqınlarla bağlı şok ifadələr: “Söyməyi hamı bacarar”
Azərbaycanda 30 it quduzluğa tutulub – Hansı bölgələrdə?
Baş nazirdən qoruqlarla bağlı — YENİ QAYDALAR
Azərbaycanda iyrənc cinayət – Evə gəlib qayınanasını zorladı
Bakıda bu zolaqlara girən sürücülər cərimələnəcək
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək
“Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə CƏRİMƏLƏNDİ
İnternet provayderləri hüququmuzu belə pozur: Qiymət baha, xidmət aşağı...
“Azərişıq”da yeni - TƏYİNATLAR
Sabahın hava proqnozu
"Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır"
Tanınmış aparıcıya vəzifə verildi
“BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” - Rektor

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla