Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib - FOTO

Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib - FOTO














Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.

DogruXeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirdi. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev ölkə qarşısında duran vəzifələrin lazimi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə etdi və ona fəaliyyətində uğurlar arzuladı.

Ramil Usubov ona etimad göstərib Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifəyə təyin edilməsi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. O bildirdi ki, Daxili İşlər naziri vəzifəsində çalışdığı uzun illər ərzində rəhbərlik etdiyi nazirlik öz fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin, sonrakı dövrlərdə isə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını daim hiss edib. Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladı. O, Təhlükəsizlik Şurasının katibi vəzifəsində ona göstərilən yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməcəyini bildirdi.

Tarix:25-06-2019, 16:07 Baxış Sayı:68 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Jurnalistlər pulsuz müayinədən keçiriləcək
Nazirliyin üç idarəsi ləğv olundu
Tikinti şirkəti Bakıda ağacları kəsdi — Nizami RİH hələ də SUSUR (FOTOLAR)
Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM
Əsgərə məktub-Video
Zakir Qaralov işdən çıxardığı prokurora yeni vəzifə verdi
Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq
FHN gücləndirilmiş rejimə keçir
Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR
Doğum günün mübarək
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Sosial şəbəkələr ÇÖKDÜ
Polis onu gözündən güllələyib - Generallar Goranboyda
Qənirə Paşayeva “AMEA-nın professoru” seçildi
Qorxmaz Əlilidən qaçqınlarla bağlı şok ifadələr: “Söyməyi hamı bacarar”
Azərbaycanda 30 it quduzluğa tutulub – Hansı bölgələrdə?
Baş nazirdən qoruqlarla bağlı — YENİ QAYDALAR
Azərbaycanda iyrənc cinayət – Evə gəlib qayınanasını zorladı
Bakıda bu zolaqlara girən sürücülər cərimələnəcək
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək
“Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə CƏRİMƏLƏNDİ
İnternet provayderləri hüququmuzu belə pozur: Qiymət baha, xidmət aşağı...
“Azərişıq”da yeni - TƏYİNATLAR
Sabahın hava proqnozu
"Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır"
Tanınmış aparıcıya vəzifə verildi
“BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” - Rektor

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla