AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayılıb

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayılıb





AŞPA-nın yay sessiyası çərçivəsində qurumdakı nümayəndə heyətimiz Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslərlə bağlı məsələyə həsr edilən “İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbir keçirilib.

"AzərTAc" xəbər verir ki, tədbirdə azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verilib. Bütün bunları nəzərə alaraq, tədbir iştirakçıları bu iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar. Bəyanat avropalı parlamentarilər tərəfindən imzalanıb və ünvanlandığı şəxslərə çatdırılıb. Bəyanat qurumun internet səhifəsində yayılıb.

Bəyanatda azərbaycanlıların hansı şəraitdə girov götürüldükləri diqqətə çatdırılaraq onların azad edilməsi üçün çağırışlar edilir.

Bəyanatda deyilir: “2019-cu il iyulun 11-də Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu yaxınlığında qohumlarının qəbirlərini ziyarət edərkən girov götürülməsinin beş ili tamam olacaq. Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı icmasını təmsil edirlər. Bu günə qədər onların azad edilməsi ilə bağlı bütün çağırışların rədd edilməsindən dərin narahatlıq duyuruq. Bildiririk ki, 2015-ci ildə onlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib. Cari il iyunun 25-də AŞPA-da bu qurumdakı Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi tədbir zamanı bir daha xatırladıldı ki, Əsgərov və Quliyev həyatları üçün təhlükəli və ümidsiz vəziyyətdədirlər və bu vəziyyətə son qoyulması məqsədilə beynəlxalq ictimaiyyət onlara dair humanitar məsələ ilə bağlı qəti reaksiya göstərməlidir. Buna görə də təcili olaraq Avropa Şurasının Baş katibini, AŞPA-nı və qurumun İnsan Hüquqları üzrə Müvəkkilini bu iki azərbaycanlı girovun pozulmuş hüquqlarını bərpa etmək üçün dərhal və qeyd-şərtsiz azad edilmələrini təmin etməyə çağırırıq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onların azad edilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik”.

Tarix:28-06-2019, 17:37 Baxış Sayı:91 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
14 dekabrda gözlənilən hava şəraiti
Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb
DSX: Bu il Ermənistanla sərhəddə 3 yeni hərbi hissə inşa olunub
DEPUTATIN İDDİASI RƏDD EDİLDİ - Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib?
“Xəzər” televiziyasının yeni rəhbəri kim olacaq? – İki tanınmış şəxsin adı çəkilir
“Hüseyn Əli Həsənova nə qədər kömək eləyib” - Həbsdə olan keçmiş deputatın ANASI
Xanım sürücü: Təcili Yardımın mənim arxamca gəlməsinə ixtiyarı yoxdur - VİDEO
Azərbaycanlı icarə haqqına görə rusiyalı rəqibini güllələdi
“Eurohome”da sahibkarların yanan pullarını kim ödəyəcək? – ARAŞDIRMA
Prezident: "Nazirlərin hesabatlarından sonra yaşamaq istəmirəm"
Hazırda xəstəxanada həkim nəzarətindəyəm.
Zənurə Talıbovaya yeni vəzifə verildi - İİTKM-də təyinat
“Uşaqlığın son gecəsi” filminin Zauru evində ölü tapıldı
“Onun nəyinə “İmperator” deyirlər?” – Fazil Mustafadan sərt tənqid
Azərbaycanda işsizlərin rəsmi SAYI
“Laçın” istismara verildi - Prezident açılışda iştirak etdi - FOTOLAR
“Mən ora tək getsəm, vurub eləyərlər…” - Barəsində Prezidentə müraciət edilən “JEK” müdiri
Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi
Nazirliyin vətəndaşa qarşı ədalətsiz qərarı-VİDEO
Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidməti istifadəyə veriləcək
Təhsil Nazirliyi: 3 müraciətə dair materiallar hüquq-mühafizə orqanlarına göndərilib
Respublikanın çaylarında mövcud vəziyyət
114 mindən artıq pirotexniki vasitə gömrükdən buraxılmadı
“Əbədi cavan” model cazibədarlığının sirrini açdı - FOTO
Pensiyalarla bağlı MÜHÜM YENİLİK - Qaydalar dəyişir, bu aydan etibarən...
“Millət vəkillərinə baxanda bu millətə yazığım gəlir...”
Azərbaycan nefti ucuzlaşdı
Bahalaşma: Siqaretlərin fantastik qiyməti... - “Parlament” 10 manat
Baş nazirdən mühüm SƏRƏNCAM
Bu sürücülər 800 manat cərimə olunacaq! - “Bəzi məmurların xidməti avtomobillərində də var”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla