Bu gün Babəkin doğum günüdür

Bu gün Babəkin doğum günüdür













Bu gün - 1 iyul xalq qəhrəmanı Babəkin doğum günüdür.

Əslində bu tarix şərti təyin olunmuş bir ad günüdür. Hətta onun doğulduğu il belə dəqiq bilinmir. Babəkin doğum tarixi təxminən 795-800-cü illər arası götürülür.

Babəkin uşaqlıq və gənclik illəri haqda çox yazılıb. Onun həyatı barədə roman da var. Hətta haqqında bədii film də çəkilib.

Onun 816-cı ildən 838-ci ilədək 22 il ərzində ərəblərə qarşı mübarizəsi də hər kəsə bəllidir. Ərəblər üzərində dəfələrlə qələbə qazanan Babək, sonda – 837-ci ildə Səhl İbn Sumbatın satqınlığı nəticəsində əsir alınıb Samirə şəhərinə gətirilir.

Xəlifə Mötəsim onu 838-ci il martın 14-də edam etdirir. Babək bu işgəncələri mərdliklə qarşılayır.

Babəkin başını əhalini qorxutmaq üçün Xorasana göndərirlər. Bədənini isə Samirə şəhərində hamının gördüyü yerdə çarmıxa çəkirlər. Onun hazırda məzarı yoxdur.

Bütün bunlara baxmayaraq Babək Azərbaycan tarixində böyük iz qoymuş şəxsiyyət hesab edilir. Ən azı ona görə ki, o, AZADLIQ üçün hər şeyini, hətta doğma oğlunu belə qurban vermişdi.

Cənubi Azərbaycanda yerləşən Bəzz qalasına onun doğum günü ərəfəsində sadə insanların yürüşü keçirilir. İranın ali dövlət nümayəndələri isə buna mane olmağa çalışırlar.Cebhe.info

Tarix:1-07-2019, 09:42 Baxış Sayı:50 Kateqoriya:gundem / maraqli
SON XƏBƏRLƏR
Jurnalistlər pulsuz müayinədən keçiriləcək
Nazirliyin üç idarəsi ləğv olundu
Tikinti şirkəti Bakıda ağacları kəsdi — Nizami RİH hələ də SUSUR (FOTOLAR)
Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM
Əsgərə məktub-Video
Zakir Qaralov işdən çıxardığı prokurora yeni vəzifə verdi
Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq
FHN gücləndirilmiş rejimə keçir
Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR
Doğum günün mübarək
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Sosial şəbəkələr ÇÖKDÜ
Polis onu gözündən güllələyib - Generallar Goranboyda
Qənirə Paşayeva “AMEA-nın professoru” seçildi
Qorxmaz Əlilidən qaçqınlarla bağlı şok ifadələr: “Söyməyi hamı bacarar”
Azərbaycanda 30 it quduzluğa tutulub – Hansı bölgələrdə?
Baş nazirdən qoruqlarla bağlı — YENİ QAYDALAR
Azərbaycanda iyrənc cinayət – Evə gəlib qayınanasını zorladı
Bakıda bu zolaqlara girən sürücülər cərimələnəcək
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək
“Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə CƏRİMƏLƏNDİ
İnternet provayderləri hüququmuzu belə pozur: Qiymət baha, xidmət aşağı...
“Azərişıq”da yeni - TƏYİNATLAR
Sabahın hava proqnozu
"Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır"
Tanınmış aparıcıya vəzifə verildi
“BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” - Rektor

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla