Yeni 10 manatlıqlar problem yaratdı

Yeni 10 manatlıqlar problem yaratdı





Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixindən tədavülə buraxılmasına baxmayaraq, hələ də əskinasın istifadə olunmasında problem yaşanır.

DogruXeber.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır.

Yeni pul nişanının məhdudiyyətsiz istifadə olunacağı açıqlansa da, şəhər nəqliyyatını idarə edən sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir.

Problemlə bağlı, Mərkəzi Bankın 2 ay əvvəlki açıqlamasında may ayının sonuna qədər bankomatlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcəyini qeyd olunmuşdu. Fəqət sakinlər hələ də bununla bağlı əziyyət çəkirlər.

Qeyd edək ki, yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.

Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və Mərkəzi Bankın dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.[center][/center]

Tarix:10-07-2019, 13:36 Baxış Sayı:21 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
İnternet oyunları xəstəlik kimi qəbul olundu
Etibar Pirverdiyev at ilxısını satdı – Birini 500 min dollara
Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları….
DİN təcili bəyənat yaydı - İmkan verin işimizi görək
Baxımsız xalq şairinin büstü nəhayət yada düşdü
İsmayıllıda meşədə narkotik becərən şəxs saxlanılıb
Nazir yeni rəislər təyin etdi
İşçi müdirdən prokurorluğa şikayət etdi
Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb
Xan Sarayı bağlandı – RƏSMİ
Bədəninizdəki təhlükəli xallar – Hansılar xərçəncə çevrilə bilər?
Enerji içkiləri ilə bağlı qadağalar tətbiq olunacaq – VİDEO
Bu gün rezidenturaya qəbul imtahanlarının 2-ci mərhələsi keçirilir
Bakı Nəqliyyat Agentliyi taksilərlə bağlı hərəkətə keçdi
Nazirlik: İyul ayında ən sərin hava 1918-ci ildə qeydə alınıb
Zakir Fərəcovun müavini qoçuluq edir... - "Bizi işdən çıxarmaqla hədələyir..."
Daha bir müğənninin kriminal avtoritetlə əlaqəsi üzə çıxdı
Əlilliyi olan şəxslərdən maraqlı addım - Video
Gömrük əməkdaşları Nəriman Nərimanovun yeganə varisinə ŞOK YAŞATDILAR — «Sınıq Körpü»də BİABIRÇILIQ
Yevlaxda meşədə güclü yanğın başlayıb — Xəsarət alan var (VİDEO)
Qeyri-sabit hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlandı
“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Masallıda daha bir qəza - Ölən və xəsarət alanlar var
“Deməli, Əmlak Komitəsi mənə saxta sənəd verib?” – Müşfiq ev qalmaqalından danışdı
Cari ildə 142 - Çağrı mərkəzi tərəfindən 127 253 müraciət cavablandırılıb
“Telegram” və “WhatsApp” istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub
Bakıda köşklər və iaşə obyektləri dezinfeksiya olunur - FOTO
Azərbaycan gömrüyündə daha bir biabırçılıq – Fotolar
İntihar edən rəis oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla