Xanım baş redaktora hökm oxundu - dəstə üzvlərindən ikisi azadlığa çıxdı

Xanım baş redaktora hökm oxundu - dəstə üzvlərindən ikisi azadlığa çıxdı





Dələduzluqda təqsirləndirilərək, həbs edilən və məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilən xanım baş redaktor yenidən hakim qarşısına çıxarılır.

DogruXeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Elçin Əsədov, Vüsal Hüseynov, Samirə Nəsirova, Elman Xəlilov, Anar Abıyev və Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Elçin Əsədov 9 il 6 ay, Vüsal Hüseynov 1 il 6 ay, Samirə Nəsirova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Samirə Nəsirovanın daha əvvəlki cəzası ilə birləşdirilərək ona ümumi cəza təyin edilib./Musavat.com

Həbs edilənlərdən Elman Xəlilov və Mehdi Mehdiyev barəsibdə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Anar Abıyev isə məhkəmədən qaçdığı üçün barəsində axtarış qərarı çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Elçin Əsədov daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb. O, 2015-ci ildə azadlığa çıxıbmış.

Digər təqsirləndirilən Vüsal Hüseynov da daha əvvəl dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

Axtarışda olan Anar Abıyev də dələduzluğa görə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa buraxılıb.

İş üzrə 37 nəfər zərərçəkmiş var. Onlar təqsirləndirilən şəxslərə işə düzəlmək və digər məqsədlərlə pul veriblər.

Xatırladaq ki, təqsirləndirilənlərdən Samirə Nəsirova "Ata yolu" qəzetinin baş redaktoru olub. S.Nəsirova bir neçə nəfəri Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı ilə dələduzluq edib. Onun cinayət işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb.

S.Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilərək, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Samirə Nəsirova həbs edilməzdən bir neçə ay əvvəl evindən 48 min dollar və qızıllarının oğurlandığını bildirmişdi.

Tarix:11-07-2019, 12:08 Baxış Sayı:21 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
İnternet oyunları xəstəlik kimi qəbul olundu
Etibar Pirverdiyev at ilxısını satdı – Birini 500 min dollara
Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları….
DİN təcili bəyənat yaydı - İmkan verin işimizi görək
Baxımsız xalq şairinin büstü nəhayət yada düşdü
İsmayıllıda meşədə narkotik becərən şəxs saxlanılıb
Nazir yeni rəislər təyin etdi
İşçi müdirdən prokurorluğa şikayət etdi
Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb
Xan Sarayı bağlandı – RƏSMİ
Bədəninizdəki təhlükəli xallar – Hansılar xərçəncə çevrilə bilər?
Enerji içkiləri ilə bağlı qadağalar tətbiq olunacaq – VİDEO
Bu gün rezidenturaya qəbul imtahanlarının 2-ci mərhələsi keçirilir
Bakı Nəqliyyat Agentliyi taksilərlə bağlı hərəkətə keçdi
Nazirlik: İyul ayında ən sərin hava 1918-ci ildə qeydə alınıb
Zakir Fərəcovun müavini qoçuluq edir... - "Bizi işdən çıxarmaqla hədələyir..."
Daha bir müğənninin kriminal avtoritetlə əlaqəsi üzə çıxdı
Əlilliyi olan şəxslərdən maraqlı addım - Video
Gömrük əməkdaşları Nəriman Nərimanovun yeganə varisinə ŞOK YAŞATDILAR — «Sınıq Körpü»də BİABIRÇILIQ
Yevlaxda meşədə güclü yanğın başlayıb — Xəsarət alan var (VİDEO)
Qeyri-sabit hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlandı
“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Masallıda daha bir qəza - Ölən və xəsarət alanlar var
“Deməli, Əmlak Komitəsi mənə saxta sənəd verib?” – Müşfiq ev qalmaqalından danışdı
Cari ildə 142 - Çağrı mərkəzi tərəfindən 127 253 müraciət cavablandırılıb
“Telegram” və “WhatsApp” istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub
Bakıda köşklər və iaşə obyektləri dezinfeksiya olunur - FOTO
Azərbaycan gömrüyündə daha bir biabırçılıq – Fotolar
İntihar edən rəis oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla