"Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır"

"Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır"













Bakıda bir sıra kənd təsərrüfatı məhsulları rayonlarla müqayisədə iki dəfəyə yaxın baha satılır.



DogruXeber.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.



O bildirib ki, mövsüm olmasına rəğmən, bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti hələ də yüksəkdir:



“İstehlak bazarının monitorinqi göstərir ki, daxili bazara çıxarılan yerli kənd təsərrüfatı məhsullarının həcmi mövsüm dövründə gözləniləndən az oldu. Əvvəlla, yaz aylarındakı iqlim şəraiti səbəbindən məhsul istehsalı proqnozlaşdırılandan daha az oldu.



İkincisi, baryerlərə baxmayaraq, Rusiya bazarı hələ də cəlbedicidir. Bununla belə, monitorinqlər göstərir ki, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən iki dəfəyə yaxın fərq var. Bakıda məhsulları daha baha təklif edirlər”.



Ekspertin fikrincə, qiymətlərin optimallaşdırılması üçün məhsul istehsalının ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla, regional paylaşdırılmasına nail olmaq lazımdır:



“Bəzən il ərzində bir sıra kənd təsərrüfatı məhsullarından daha çox, digərlərindən isə az istehsal olunur. Bu da qiymətlərə birbaşa təsir göstərir. Yeni təsdiq edilmiş subsidiya mexanizmi bu optimallaşmanın həyata keçirilməsinə şərait yaradır.



İkincisi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları paytaxtda daha çox fermer bazarlarının yaradılmasına nail olmalıdır. Bu, fermerlərin öz məhsullarını birbaşa təklif etməsinə imkan yarada bilər”.



Onun sözlərinə görə, “Kənddən şəhərə” layihəsinin genişləndirilməsi daha məqsədəuyğundur:



“Üçüncüsü, fermerlərin paytaxt bazarlarına daxil olmasındakı bütün baryerlər aradan qaldırılmalıdır ki, rəqabətə nail olmaq mümkün olsun. Nəhayət, tələbin ödənilməsində çətinlik olan hallarda idxalın mövsümi təşviqi həyata keçirilməlidir”./Demokrat.az

Tarix:16-07-2019, 13:55 Baxış Sayı:31 Kateqoriya:gundem / iqtisadiyyat / sosial
SON XƏBƏRLƏR
Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO
Ağdam sakini Qarabağ müharibə iştirakçısının qəlbləri yandıran son aqibəti -Video
Salyan rayonunda düz danışanların aqibəti dəlixanadır -Video
Spiker deputatın 2 aylıq uşağına süd verdi – FOTO
“Bizə Amerika papağı taxmaq yaraşmaz” — Nazarbayev
İnstaqram bunu bacaranlara pul mükafatı verəcək
Azərbaycanda narkotikə görə həbs olunanların sayı açıqlandı
“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA: “Bölücülük yaxşı hal deyil”
Kriminal avtoritetlər yeni qanunda BOŞLUQLAR TAPDILAR
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır
Yasamal qəbiristanlığının saytı yaradılır
"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı
Bu günün havası ilə bağlı — XƏBƏRDARLIQ-EHTİYATLI OLUN!
Pilotla vida mərasiminə jurnalistlər buraxılmır
Rəsulzadənin nəvəsi Mübariz Mənsimovdan yazdı – Foto
Beriya tərəfindən “başı yeyilən komsomol” – Kosarevin 36 yaşda qırılan ömrü
Qəzaya düşən pilotumuzun cəsədi tapıldı – SON DƏQİQƏ
"Şirkətimizin Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur" — “Sirab” ASC-nin İdarə Heyətinin sədrindən AÇIQLAMA
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
Bu gündən havanın temperaturu yüksəlir
Generalın bacısı oğluna vəzifə verildi — FOTO
Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi... -Hansı səbəbdən?
Yeni yaradılan qurum hansı işləri görəcək?
Azərbaycanlı aktyor beyin insultu keçirdi – Həkimlər 72 saat vaxt qoyub
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla