Qanunsuz limonad sexi aşkarlandı - Fotolar

Qanunsuz limonad sexi aşkarlandı - Fotolar












Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Ağdaş rayonu, Xosrov kənd sakini fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub. Daxil olan müraciət əsasında müəssisəyə baxış keçirilib.

DogruXeber.az xəbər verir ki, baxış zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Alkoqolsuz içkilər istehsalı müəssisəsində istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.

Bundan başqa, içkilərin istehsalında natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, etiketdə bu haqda heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir./“Qafqazinfo”
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar
Qanunsuz limonad sexi aşkarlandı - Fotolar

Tarix:17-07-2019, 17:57 Baxış Sayı:36 Kateqoriya:gundem / sosial / hadise
SON XƏBƏRLƏR
Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO
Ağdam sakini Qarabağ müharibə iştirakçısının qəlbləri yandıran son aqibəti -Video
Salyan rayonunda düz danışanların aqibəti dəlixanadır -Video
Spiker deputatın 2 aylıq uşağına süd verdi – FOTO
“Bizə Amerika papağı taxmaq yaraşmaz” — Nazarbayev
İnstaqram bunu bacaranlara pul mükafatı verəcək
Azərbaycanda narkotikə görə həbs olunanların sayı açıqlandı
“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA: “Bölücülük yaxşı hal deyil”
Kriminal avtoritetlər yeni qanunda BOŞLUQLAR TAPDILAR
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır
Yasamal qəbiristanlığının saytı yaradılır
"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı
Bu günün havası ilə bağlı — XƏBƏRDARLIQ-EHTİYATLI OLUN!
Pilotla vida mərasiminə jurnalistlər buraxılmır
Rəsulzadənin nəvəsi Mübariz Mənsimovdan yazdı – Foto
Beriya tərəfindən “başı yeyilən komsomol” – Kosarevin 36 yaşda qırılan ömrü
Qəzaya düşən pilotumuzun cəsədi tapıldı – SON DƏQİQƏ
"Şirkətimizin Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur" — “Sirab” ASC-nin İdarə Heyətinin sədrindən AÇIQLAMA
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
Bu gündən havanın temperaturu yüksəlir
Generalın bacısı oğluna vəzifə verildi — FOTO
Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi... -Hansı səbəbdən?
Yeni yaradılan qurum hansı işləri görəcək?
Azərbaycanlı aktyor beyin insultu keçirdi – Həkimlər 72 saat vaxt qoyub
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla