Əsgərə məktub-Video

Əsgərə məktub-Video




Pedaqogika üzrə fəlsəfə doktoru şair Əziz Musanın əsgərlərimiz üçün yazdığı poemasını sizlərə təqdim edirik:
Əsgərə məktub

Necəsən, igid əsgər?
Səndən çox nigaranam.
Bilirəm işin ağır,
Yuxun olubdu haram.

Sən qarda, sən yağışda,
Səngərdə dayanırsan.
Vətən üçün, el üçün
Sən ürəkdən yanırsan.

Atan igiddi sənin,
Döyüşlərdə ad alıb.
Sən qaynar nöqtədəsən,
Fikrə, xəyala dalıb.

Anan gözünü yummur,
Ürəyi səninlədir.
Bilir ki, doğma oğlu
Döyüşdə, cəbhədədir.

Səngərin yaşdı sənin,
Qırpmırsan gözlərini.
Qatlamırsan heç zaman,
Doyunca dizlərini.

Əllərində avtomat,
Sən sayıq dayanırsan.
Baxışların itidir,
Qartaltək boylanırsan.

Bilirəm qarı düşmən
Fürsət axtarır hər an.
İgid əsgər keşikdə,
Sayıq ol, sən hər zaman.

Anan doğma Vətəni,
Sənə edib etibar.
Arxada ev-eşiyin
Qardaş-bacıların var.

Sənə inanırıq biz,
Sənə güvənirik biz.
Tanrı səni qorusun,
Ey şanlı əsgərimiz.

Düşmənin əlindədir
Hələ də torpağımız.
Şuşada dalğalanmır
Üçrəngli bayrağımız.

Yolunuzu gözləyir,
Hələ Laçın, Kəlbəcər.
Şanlıdı tariximiz,
Hanı Nəbi, bəs Həcər?

Ağdam oda qalanıb,
Daş üstə daş qalmayıb.
Hələ belə müsibət,
Belə zülm olmayıb.

Hanı doğma Zəngilan,
Qubadlıdan xəbər yox.
Cəbrayıl yad əlində,
Füzuli tək şəhər yox.

Dığalar at oynadır
İndi Cıdır düzündə.
Hanı o Dəli dağım,
Əli qalıb üzündə.

İndi Xudafərindən
Keçib gedir yağılar.
O torpaq yada qalsa,
Vallah dünya dağılar.

Haqq özü bizimlədir,
Hər işin gec-tezi var.
Qeyrət atını minsək,
O torpaqlar qayıdar.

Qarşıdadır döyüşlər,
Savaşlara hazır ol.
Qoy çəkilsin duman, çən,
Qoy açılsın doğma yol.

Əldən qoyma silahı,
Bölünməsin bu torpaq.
Qarabağ bizimkidir,
Zirvələrdən boylanaq.

İndi silahla gərək
Davranmağı biləsən.
Sən hərbin sirlərini
Ürəkdən öyrənəsən.

Unutma keçmişini,
Tarixi yaxşı öyrən.
Türk oğlu, türk oğlusan,
Gözünü tutmasın çən.

Cavanşir, ürəkli ol,
Koroğlu tək nərə çək.
Babamız Xətaidən
Öyrənək hər vaxt gərək.

Hanı onun qurduğu,
O dövlət indi hanı.
Qılıncının zərbəsi
Titrədirdi dünyanı.

Parçalandı yurd-yuva,
Vətən tarimar oldu.
Onun nəvələrindən
Düşmən intiqam aldı.

Aldandıq şirin sözə
Aldandıq var-dövlətə.
Layiq ola bilmədik
Sevgiyə, məhəbbətə.

Mənəm deyib yeridi,
Qardaş qardaşın üstə.
Bir nəslin övladları
Ayrıldı dəstə-dəstə.

Daha heç vaxt inanma,
Yadlar dediyi sözə.
Bu ögeylik o vaxtdan
Miras qalıbdı bizə.

Qorxu bilməz əsgərim,
Vətəndə güllər solur.
Qorunanda yurd, torpaq
Bax onda Vətən olur.

Torpağın hər qarışı,
Vallah əzizdi bizə.
Bilirəm dayanmısan
Sən ölümlə üz-üzə.

Biz sahib çıxmalıyıq,
O dövlətə, o vara.
Dönüb qayıtmalıyıq
O doğma torpaqlara.

Qoy əlində avtomat,
Titrəməsin bircə an.
Düşmənə qan uddurub
Sənin o igid baban.

Qılıncın kölgəsində
Cənnət bərqərar olur.
Yurd-yuvası güləndə
İnsan bəxtiyar olur.

Bu yurdun hər qarışı,
Tamaşadı, tamaşa.
Dolan, gəz bu Vətəni,
Cənnətdi başdan-başa.

Dağları göz oxşayır,
Bağları gül-çiçəkdi.
Bulaqları dumduru,
Kür-Arazı qəşəngdi.

Sev yurdu, bu Vətəni,
Sev doğma anan kimi.
Xoş vədlər, xoş gülüşlər
Çaşdırmasın qoy səni.

Birliyimiz olmasa
Gücümüz ola bilməz.
Qeyrət atını minsək,
Düşmən yurd ala bilməz.

Unutma Xocalını,
O qan yerdə qalmasın.
Olanlardan ibrət al,
Olan bir də olmasın.

Öyrən Dədə Qorqudu,
Öyrən dediyi sözdən.
İnciməsin, küsməsin
Şəhid ruhları bizdən.

Qeyrətlə yaşa əsgər,
Günləri vermə yelə.
Əsir gedən qız-gəlin,
Kömək gözləyir hələ.

Erməni heç bir zaman
Sülhə gəlməz onu bil.
İnsanlıq, haqq-ədalət
Axı onlarlıq deyil.

Xoş sözlə, xoş dil ilə
Donuz çıxmaz darıdan.
Haqqa söykən hər zaman,
Belə deyir Yaradan.

İgid əsgər, qarşında
Durubdu qarı düşmən.
Ehtiyatlı ol bir az,
Səninkidir bu Vətən.

Gözünü yumsan bir an,
Tapdalanacaq Vətən.
Sonra bizə güləcək
İnan ki, yoldan ötən.

Unutma olanları,
Hiyləgərdi erməni.
O arxalı köpəkdi,
Hər an çaşdırar səni.

Biz yaxşı tanıyırıq
Nə zamandı onları.
Onlar yaxşılıq bilməz,
Bulaşıqdı qanları.

Onlara çox inanma,
Çörək tapdayandılar.
Yaxşılıq bilməz onlar,
Ar, namus bilməz onlar.

Əldən qoyma silahı,
Bu qan yerdə qalmasın.
Qorxub, çəkilmə geri,
Bir də olan, olmasın.

Zirvələrdə qərar tut,
Uyma şirin dillərə.
İrəliyə doğru get,
Şad xəbər ver ellərə.

O torpaqlar bizimdir,
Bizimkidir Zəngəzur.
Göyçə, Vedi bizimdir,
Səngərində sayıq dur.

Rəvan xan bilməyibdi,
Tikdirib İrəvanı.
Ov bərədən keçməsin
Hər şeyin var zamanı.

Qorunmayan torpağa
Əkmə, heç zaman dəni.
Bil ki, yad aparacaq
O zaman əkdiyini.

İt ilə dostluq eylə,
Əldən qoyma çomağı.
Ağ paltarın üstünə
Vurma qara yamağı.

Savaş çətin olacaq,
Əvvəlki deyil dövran.
Qılınc zamanı deyil,
Od-alovludur hər yan.

İgid əsgər, tətikdən
Çəkmə heç vaxt əlini.
Yaxşı öyrən, yaxşı bil,
Hər silahın dilini.

Qorxubilməz igidim,
Ürəkli ol hər zaman.
Şığı düşmən üstünə,
Düşmənə vermə aman.

Ürəksizin əlində
Titrəyər inan silah.
Cəsarətli ol, əsgər,
İgidi sevir Allah.

Titrəməsin qoy dizin,
Titrəməsin qoy qolun,
İrəli, igid əsgər,
Uğurlu olsun yolun.

Mübariz ol, Ramil ol,
Atıl düşmən üstünə.
Alnı açıq baxa bil,
Elin, xalqın üzünə.

Bir az geriyə boylan,
Tarixi öyrən bir az.
Biliyimiz olmasa,
Xoş səhərimiz olmaz.

Mənəm-mənəm deməklə
Vətən güclənə bilməz.
Yurd sevgisi olmasa,
Bu torpaq üzə gülməz.

Yurdu, eli sevməyən
Anasını da sevməz.
Ya şəhid ol, ya qazı,
Candan keçən uf deməz.

Çoxdu günahlarımız,
Tarixə nəzər salaq.
Əldən gedən Şuşanı
İndi biz necə alaq.

Qacar ala bilmədi
O möhtəşəm qalanı.
Bu gün necə danışaq,
Olub-keçən yalanı.

Tarix boyu bölünüb
Bu Vətən qarış-qarış.
Bizi bizdən ayırıb
Bu mənəmlik, bu yarış.

Birləşə bilmədilər
Türkün igid xanları.
Elə buna görə də
Talandı yurdun varı.

Quba xanı mən dedi.
Talış xanı mən dedi.
Göz yumdu Şəki xanı,
Düşmən bizi təklədi.

Təkləndi Bakı xanı,
Təkləndi Gəncə xanı.
Gürcülər apardılar
Gəncədən darvazanı.

Cavad xan döyüşlərdə
Ruslarla tək döyüşdü.
Özü məğlub olsa da,
Adı tarixə düşdü.

İmzalandı “Türkmənçay”,
İmzalandı “Gülüstan”.
Bakıda, Qubada da
Ermənilər tökdü qan.

Necə də bağışlasın
Xətai babam bizi.
Əlimizlə vermişik
Ərdəbili, Təbrizi.

Araz günahkar olub,
Ayrı düşüb sahillər.
Bir-biriylə döyüşüb,
Qaçaq olub bu ellər.

Zərrə-zərrə qopmuşuq,
Parçalanıb bu torpaq.
Biganəlik, mənəmlik
Olubdu bizə yaraq.

Korşalıb qılıncımız,
Fürsət əldən gedibdi.
Lasın kimi bir qala,
İndi gözdən itibdi.

Karvan-karvan daşınır,
Kəlbəcərin sərvəti.
Daha yoxdu ortada
Vedi, Göyçə söhbəti.

Dilimiz öyrəşibdi
Haralısan sözünə.
Biz baxa bilməmişik
Həqiqətin gözünə.

Bax, bu tayfa davası,
Bax, bu məhlə havası,
Bizləri ayrı saldı,
Getdi yurdun yarısı.

Yaxşı öyrən tarixi,
Özümüzə qayıdaq.
Nərə çək, min Qıratı,
Yatmışları oyadaq.

Sultan bəy gorda yanır,
Pənah xan nalə çəkir.
Yeddi min şəhid verən,
Ağdamlılar nə çəkir.

İsməti tapdalanan
Qız-gəlinə nə deyək.
Özümüz dura-dura
Özgədən nə istəyək.

Səsi dağ-daş ağladır,
Hələ Cabbarın, Xanın.
Kim alacaq görəsən
Şəhidlərin de qanın.

Nə bəy, nə xan olmadıq,
Bu elə, bu obaya.
Erməni dağıları
Bizləri saymır saya.

Yersiz gəldi yerli qaç,
Oldu elin məsəli.
Xoş vədlər, boş ümidlər
Oldu bizə təsəlli.

Səbrimiz tükənmədi,
Dözdük, illərlə dözdük.
Ayrılıqdan yorulduq,
Qürbət ellərdə bezdik.

ATƏT, BMT susur,
Uzanır hey atəşkəs.
Daha kömək gözləmir,
İndi onlardan heç kəs.

Hamı haqdan danışır,
Ortada bir əməl yox.
Erməniyə köməkdi
BMT hamıdan çox.

Danışıqlar hey gedir,
Hey gəlirlər, gedirlər.
Ermənin xeyrinə
Onlar çox şey edirlər.

Dar günüdü Vətənin,
Sən savaşa hazırlaş.
Bezmədinmi səngərdən,
Qalx, yeri yavaş-yavaş.

Hər qarışda ölüm var,
Hər qarışda təhlükə.
Qaçqın, köçkün kəlməsi
Olubdu bizə ləkə.

Mürgülənən qayanı,
O dağı, daşı qaldır.
Əməlinlə, işinlə
Hər vətəndaşı qaldır.

Yeri Mübariz kimi,
Düşmənlərin üstünə.
Gəray ol, sən Mehdi ol,
Günəş gülsün üzünə.

Qüdrətini, əzmini
Düşmən görsün davada.
Şir kimi ürəkli ol,
Qartal tək süz havada.

Ey Vətən keşikçisi,
Vətənin igid oğlu.
Atıl qanlı döyüşə,
Aç Qarabağa yolu.

Dinlə sən sözlərimi,
Atanın öz səsidir.
Babanın vəsiyyəti
Bir Quran ayəsidir.

Qorunmasa bu torpaq,
Biz ki, millət olmarıq.
Dövlətlərin işində
Biz ki, dövlət olmarıq.

Güvən özünə ancaq,
Güvən öz qeyrətinə.
Qaya kimi sərt dayan,
Sən düşəndə çətinə.

Bil ki, haqq səninlədir,
Diz çökdür yağıları.
Üzünü torpağa tut,
Bir arxa say dağları.

Belə getməz bu dövran,
Gülər bir nurlu səhər.
İnanırıq biz sənə,
Yetir bizə xoş xəbər.

Səsin nərəyə dönsün,
Lərzə sal dağa, daşa.
Ürəkli ol igidim,
Yaşa, əsgərim, yaşa.

Cəsarəti bayraq et,
El-obanı güvən sən.
Düşməndən intiqam al,
Dardadı hələ Vətən.

Bizimkidir Qarabağ,
Bizimki də olacaq.
Sənin əzmin, hünərin,
Əbədilik qalacaq.

Torpağı almaq üçün
Savaşdı ən doğru yol.
Tanrı səni qorusun,
Allaha əmanət ol.

Tarix:18-07-2019, 14:02 Baxış Sayı:66 Kateqoriya:gundem / ustxeber
SON XƏBƏRLƏR
Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO
Ağdam sakini Qarabağ müharibə iştirakçısının qəlbləri yandıran son aqibəti -Video
Salyan rayonunda düz danışanların aqibəti dəlixanadır -Video
Spiker deputatın 2 aylıq uşağına süd verdi – FOTO
“Bizə Amerika papağı taxmaq yaraşmaz” — Nazarbayev
İnstaqram bunu bacaranlara pul mükafatı verəcək
Azərbaycanda narkotikə görə həbs olunanların sayı açıqlandı
“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA: “Bölücülük yaxşı hal deyil”
Kriminal avtoritetlər yeni qanunda BOŞLUQLAR TAPDILAR
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır
Yasamal qəbiristanlığının saytı yaradılır
"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı
Bu günün havası ilə bağlı — XƏBƏRDARLIQ-EHTİYATLI OLUN!
Pilotla vida mərasiminə jurnalistlər buraxılmır
Rəsulzadənin nəvəsi Mübariz Mənsimovdan yazdı – Foto
Beriya tərəfindən “başı yeyilən komsomol” – Kosarevin 36 yaşda qırılan ömrü
Qəzaya düşən pilotumuzun cəsədi tapıldı – SON DƏQİQƏ
"Şirkətimizin Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur" — “Sirab” ASC-nin İdarə Heyətinin sədrindən AÇIQLAMA
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
Bu gündən havanın temperaturu yüksəlir
Generalın bacısı oğluna vəzifə verildi — FOTO
Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi... -Hansı səbəbdən?
Yeni yaradılan qurum hansı işləri görəcək?
Azərbaycanlı aktyor beyin insultu keçirdi – Həkimlər 72 saat vaxt qoyub
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla