Başsız qalan Azərişıqda nələr baş verir-VİDEO










Ölkəmiz digər ölkələrə nisbətən təbii sərvətlər baxımından zəngindir. Elə bu səbəbdən də qısa zaman ərzində paytaxtda və rayonlarda müasir tipli binalar, geniş və göz oxşayan parklar, əhalinin rahatlığı üçün əyləncə mərkəzləri inşa olunmuşdur. Təbiidir ki, bu quruculuq və yaradıcılıq əhalinin yaşam rifahının yüksək olması üçün görülən işlərdir. Ölkəmizdə bu cür yüksək keyfiyyətli işlərin həyata keçməsi məlumdur ki, ölkə prezidentinin uğurlu siyasətinin nəticəsidir. Bəzi hallarda elə qurumlar, şirkət və müəssisə rəhbərləri var ki, ölkə prezidentinin apardığı uğurlu siyasətə kölgə salır. Ölkə Prezidenti tərəfindən keçirilən müşavirələrdə hər zaman məmurlara ilk töhvəsi xalqa xidmət göstərməsi olmuşdur.

Təəssüflə qeyd etmək olar ki, yuxarıda qeyd olunanların tam əksini müşahidə edirik. Belə ki əksər dövlət qurumları var ki, öhtəsində olan vəzifəni layiqincə icra etmirlər. Belə olduğu təqdirdə isə qurumun işinə məsuliyyətsiz yanaşması xalqın əziyyət çəkməsi ilə nəticələnir.

Bu gün bəhs edəcəyimiz mövzu məhz işinə məsuliyyətsiz yanaşan dövlət qurumlarından biri haqqında olacaq. O qurum ki, Azərişıq açıqsəhmdar cəmiyyətidir(ASC)

Hələ ötən ildə nöqsanlı fəaliyyətləri ilə gündəmi zəbt edən Azərenerji açıq səhmdar cəmiyyəti və Azərişığın göstərdikləri nöqsanlı işlər nəinki ölkə əhalisinin narazılığına, hətta ölkə prezidentinin belə sərt tənqidinə səbəb olmuşdur. Əhaliyə layiqincə xidmət göstərməyən Azərişıq açıq səhmdar cəmiyyəti mərkəzdə və bölgələrdə görməli olduğu işlərinə laqeyd yanaşdıqları üçün bu işdən əziyyət çəkən əhali məcburiyyət qarşısında qalaraq, mətbuata üz tutmalı olurlar.

DoğruXəbər.az informasiya agentliyinin redaksiyasına Azərişıq "ASC" ilə bağlı xeyli sayda şikayət xarakterli müraciətlər daxil olmuşdur. Müraciətlərin böyük əksəriyyəti elektrik dirəkləri və naqillərinin istifadə müddətlərinin bitməsi və elektrik enerjisinin stabil qaydada verilməməsi ilə bağlıdır. Müraciətlərdə qeyd olunur ki sözü gedən problemlər illərdir aidiyyatı qurumlar tərəfindən həll olunmur. Bunun da nəticəsidir ki, yüksək gənginlikli elektrik naqillərinin qırılaraq yerə düşməsi bir çox insanların ölümünə səbəb olub.

Bəs görəsən nə üçün belə olur?

Hansı səbəbdəndir ki, qurumlar öz işlərinə layiqincə yanaşmır?

Hər birimiz bilirik ki, dövlət büdcəsindən hər il bir çox dövlət qurumlarına maliyyə vəsaiti ayrılır. Belə olduğu təqdirdə ayrılan maliyyənin hansı maraqlara xərcləndiyi qaranlıq olaraq qalır. Göründüyündən belə məlum olur ki, Azərişıq açıq səhmdar cəmiyyəti və Azərenerji şəxsi maraqlarını üstün tutaraq, insanların ölümünə belə göz yumur. Bu hələ son deyil, müraciətçilər arasında elə şəxslər var ki, vaxtilə ASC-nin məsul işçilərindən olublar. Növbəti buraxılışımızda diqqətinizə çatdıracağımız məsələ hər kəsi şok edəcək.

1. ASC işçiləri necə istismar etdi?

2. ASC-nin hansı vəzifəli şəxsi vətəndaşların deyil, öz enerjisinin stabil gəlməsi üçün 2 yüksək gərginlikli tranformator qoydurdu?

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.







Oxunub: 1 161

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Əmlak Komitəsinin vəzifəli şəxslərinin kassasiya şikayəti təmin edilmədi

Sülhməramlılar Qarabağdan çıxarılır

Prezident Kayrat Sarıbayı qəbul etdi

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

Maskalı şəxs bankı partlatdı

Alimlər "canavar dalğaları"nın necə yarandığını müəyyənləşdirdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA

Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

Bütün xəbərlər