Həbsxanada Abbas Lisaninin səhhəti pisləşib – Müayinədən keçirlidi

Həbsxanada Abbas Lisaninin səhhəti pisləşib – Müayinədən keçirlidi










Ərdəbilin Mərkəzi Zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani həbsxanadan Ərdəbilin Fatemi xəstəxanasına aparılıb.

Fəal qarın nahiyyəsində hiss etdiyi ağrılardan zindanın poliklinikasına aparıldıqdan sonra avqustun 7-də analiz vermək və daha ciddi müalicə almaq üçün Fatemi xəstəxanasına aparılıb.

Azərbaycanlı fəal ailəsi və yaxınları ilə telefon əlaqəsi saxlayaraq xəstəxanaya aparıldığı barədə məlumat verib. Virus xəstəliyindən əziyyət çəkdiyini deyən fəalın sözlərinə görə, mütəxəssis həkim onun həbsdəki şəraiti ilə maraqlandıqdan sonra xəstəliyinin keçirdiyi aclıq aksiyasından irəli gəldiyini bildirib.

Həkim fəala analiz verdikdən sonra resept yazıb, o sonra Ərdəbil Zindanının 7-ci korpusuna qaytarılıb.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur.

Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.

Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.

Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb./Turkustan.info

Tarix:9-08-2019, 16:35 Baxış Sayı:24 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır
Dünyanın ən varlı 59 adamından biri olan azərbaycanlı ƏSLİNDƏ KİMDİR? – VİDEO
Razılaşdırılmamış Brexit ssenarisi mətbuata sızdı
Sadə çay verməyən restoranlarla bağlı TƏKLİF
“Mən pis ata olmamışam” — “Attestatmı atam cırıb, məni oxumağa qoymur” deyən gəncin atası DANIŞDI (FOTOLAR)
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
"Azərbaycan Dəmir Yolları" QSC-nin tərəfdaşı olmuş şirkət ləğv edilir — BEYNƏLXALQ KORRUPSİYA QALMAQALINA GÖRƏ
Bu avtomobillərin qapısını bir neçə saniyəyə açmaq mümkündür
Jurnalistikadakı ƏDƏBSİZLİK
Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? – ŞƏRH
Bayıl sürüşmə yamacı abadlaşdırılacaq
Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
Temperatur 38 dərəcəyə çatacaq — ƏSL ÇİMƏRLİK HAVASI
Atambayevin həbs qoyulan əmlakları — SİYAHI AÇIQLANDI
"iPhone"da yeni təhlükəli boşluq
Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü
Ağcabədi rayon İcra Başçısının sözünün kəsəri yoxdur- Video
Ucar polisi naməlum məxluqu tutmağa çalışır
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
“Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY
Balakən rəhbərliyi illərdir sakinlərə "Kərbəla müsibəti" yaşadır- Foto/Video
Azərbaycanda ÜDM istehsalı artıb
Azərbaycan əhalisinin sayı açıqlanıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla