Ermənilərdən Azərbaycana DƏSTƏK

Ermənilərdən Azərbaycana DƏSTƏK





Türkiyə erməniləri Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində təşkil etdikləri və avqustun 5-də açılışı olan "panerməni oyunlarına” qatılmaqdan imtina edib.

DogruXeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin oyunlara qatılmağa hazırlaşan 300 nəfərlik heyət yarışların Yerevanda deyil, işğal altındakı Dağlıq Qarabağda keçiriləcəyini öyrənən kimi boykot qərarı veriblər. Və Yerevandakı otel və bilet rezervasiyalarını ləğv ediblər.


1999-cu ildən etibarən hər dörd ildən bir təşkil olunan "panerməni oyunları” indiyə qədər Yerevanda keçirilirdi və Türkiyə erməniləri də həmin yarışlara qatılırdı. Lakin bu dəfə oyunların Yerevanda nəzərdə tutulduğu halda Dağlıq Qarabağda keçirilməsi Türkiyə erməniləri tərəfindən etirazla qarşılanıb.


"Şişli” və "Taksimspor” idman klubarından 70 həvəskar idmançı da daxil olmaqla 300 nəfərdən ibarət olan Türkiyə erməniləri heyəti son anda bu yarışlara qatılmamaq qərarı verub. Erməni Olimpiadaları İstanbul Komitəsi başqanı Hayqaram Karasu "Milliyet” qəzetinə açıqlamasında belə deyib:


"Olimpiadanın Yerevan əvəzinə Qarabağda keçirilməsi canımızı sıxdı. 70 idmançı olmaqla 300 nəfərlik heyətlə Yerevanda rezervasiyalarımızı etdirmişdik. Bu ilki açılış mərasimi üçün geyimlərimizi belə hazırlatmışdıq. Ancaq Ermənistan Olimpiya Komitəsinin qərarı bizim mövqeyimizə uyğun gəlmədiyindən turnirlərə qatılmamaq qərarı aldıq”.


Hayqaram Karasu deyib ki, Dağlıq Qarabağın seçilməsi siyasi qərardır. O, hər dəfə Yerevanda keçirilən oyunlara qatılaraq İstanbulu təmsil etdiklərini xatırladıb. Bildirib ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik böhrana yol aça bilən bir bölgədə idman yarışları təşkil etmək artıq idman fəaliyyəti olmaqdan çıxır və siyasi addımdır.


"Bizlər də bu ölkənin vətəndaşlarıyıq və müəyyən cizgilərimiz var. Azərbaycanlı dostlarımızı məyus edən diplomatik problem varsa biz bu işin içində olmarıq. Türkiyə vətəndaşları olaraq Qarabağa getməyin yanlış olduğunu düşünürük”,-o bildirib.


Erməni Olimpiadaları İstanbul Komitəsinin üzvü, "Taksimspor” klubunun başqanı Garo Hamamcıyan isə deyib ki, onlar boykot qərarını hansısa təzyiq və ya xəbərdarlıq nəticəsində verməyiblər. "Tamamilə öz seçimimizdir və bu yarışlara qatılmaqdan imtina etdik. Qarabağ məsələsi həssas məsələdir. Olimpiadaların gözəlliyi onun rəsmi keçid mərasimidir. Bizə dedilər ki, rəsmi keçid mərasiminə qatılmayın, amma oyunlarda iştirak edin. Bu da qəbuledilməzdir”,-Hamamcıyan əlavə edib.


Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ramil Qurbanov da məsələyə münasibət bildirib. Deyib ki, işğal altındakı ərazilərdə bu kimi tədbirlərin keçirilməsi beynəlxalq hüquqa ziddir. "Əgər Türkiyədən iştirak edən olsaydı bu Türkiyə-Azərbaycan münasibətlərinə qarşı təxribat kimi dəyərləndirilərdi”,-o deyib.


Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev isə deyib ki, Ermənistanın yarışları Qarabağda keçirməsi idmanın siyasətə alət edilməsidir. Bu isə həm Azərbaycan, həm Türkiyə tərəfindən qəbuledilməzdi.


"Türkiyədəki erməni vətəndaşların yarışlara qatılmamas doğru addımdır. Amma istəsələr də Qarabağdakı yarışlara qatıla bilməzdilər. Türkiyənin buna imkan verməyəcəyini bilirdilər. Dağlıq Qarabağ XİN tərəfindən Türkiyə vətəndaşlarının səyahəti üçün bağlı elan edilən ərazidir. Bu qadağaya baxmayaraq gedən olsaydı qanunlar çərçivəsində cəzalanardı. Ermənistanın təxribatına qarşı Türkiyədəki erməni vətəndaşlarının həssas davranması müsbət haldır”,-baş konsul deyib.(Virtualaz.org)

Tarix:10-08-2019, 12:18 Baxış Sayı:29 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır
Dünyanın ən varlı 59 adamından biri olan azərbaycanlı ƏSLİNDƏ KİMDİR? – VİDEO
Razılaşdırılmamış Brexit ssenarisi mətbuata sızdı
Sadə çay verməyən restoranlarla bağlı TƏKLİF
“Mən pis ata olmamışam” — “Attestatmı atam cırıb, məni oxumağa qoymur” deyən gəncin atası DANIŞDI (FOTOLAR)
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
"Azərbaycan Dəmir Yolları" QSC-nin tərəfdaşı olmuş şirkət ləğv edilir — BEYNƏLXALQ KORRUPSİYA QALMAQALINA GÖRƏ
Bu avtomobillərin qapısını bir neçə saniyəyə açmaq mümkündür
Jurnalistikadakı ƏDƏBSİZLİK
Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? – ŞƏRH
Bayıl sürüşmə yamacı abadlaşdırılacaq
Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
Temperatur 38 dərəcəyə çatacaq — ƏSL ÇİMƏRLİK HAVASI
Atambayevin həbs qoyulan əmlakları — SİYAHI AÇIQLANDI
"iPhone"da yeni təhlükəli boşluq
Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü
Ağcabədi rayon İcra Başçısının sözünün kəsəri yoxdur- Video
Ucar polisi naməlum məxluqu tutmağa çalışır
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
“Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY
Balakən rəhbərliyi illərdir sakinlərə "Kərbəla müsibəti" yaşadır- Foto/Video
Azərbaycanda ÜDM istehsalı artıb
Azərbaycan əhalisinin sayı açıqlanıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla