160 manata qurbanlıq qoyun













Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları təşkil edir.
Nazirlikdən “DogruXeber.az”a bildirilib k, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkalarının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə təmin etmək, istehlakçıların seçim imkanlarını artırmaq, bayramla əlaqədar möhtəkirlər, ayrı-ayrı fərdlər tərəfindən baş verə biləcək süni qiymət artımının qarşısını almaqdır. Bu məqsədlə “Kənddən Şəhərə” yarmarkalarında satışa çıxarılacaq heyvanlar çəkisinə uyğun olaraq vahid qiymətə - 160, 170 və 180 manata satılacaq. Ümumilikdə yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlər tərəfindən 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb. Bayram zamanı qurbanlıq heyvanlara olan tələbatın bir hissəsi vahid qiymətə satılacaq qoyunlar hesabına təmin ediləcək, bununla da süni qiymət artımı cəhdlərinin qarşısı alınmış olacaq.

Mütəmadi olaraq xarici ölkələrin təcrübələrindən və müasir innovasiyalardan yararlanan qurum tərəfindən vətəndaşlara qurbanlıq qoyunları onlayn sifariş etmək və növbə götürmək imkanı yaradıb. Bu ildən tətbiq edilən onlayn sifariş mexanizmi https://kenddenshehere.az/qurbanliq saytı üzərindən qəbul olunur. Vətəndaşların marağı və tələbatın çox olmasını nəzərə alaraq sifarişlərin qəbulu 11 avqust saat 23:59-a qədər uzadılıb.

“Kənddən Şəhərə” yarmarkaları avqustun 12-13-də 19-u Bakıda olmaqla respublikanın fərqli nöqtələrində fəaliyyət göstərəcək. Bu yarmarkalar AQTA tərəfindən müəyyən edilmiş kəsim məntəqələrinin yanında təşkil edilib və vətəndaşlar aldıqları qurbanlıqların elə yerindəcə islami qaydalara uyğun və sanitar-gigiyenik şəraitdə kəsimini həyata keçirə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən dezinfeksiya işləri ödənişsiz olaraq aparılır.


Oxunub: 761

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər