Məcburi köçkündən “Qaçqınkom”un Təchizat İdarəsinə milyonluq ittihamlar

Məcburi köçkündən “Qaçqınkom”un Təchizat İdarəsinə milyonluq ittihamlar













Füzulidən olan məcburi köçkün Bayram Hacıyev prezident İlham Əliyevə müraciət edib

Cahan.info-nun xəbərinə görə, B.Hacıyev Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Rövşən Rzayevi ittiham edib.

Onun sözlərinə görə, prezident tərəfindən köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına ayrılan dövlət vəsaitləri “Qaçqınkom” tərəfindən müxtəlif firmalara yönəldilərək mənimsənilir.

Bunun başında komitə sədrinin dayandığını iddia edən məcburi köçkün R.Rzayevin varlanmaq həvəsinə düşdüyünü qeyd edib.

Belə ki, komitənin qəsəbələri idarə edən Mənzil İstismar Departamentinin direktoru Rasim Tağızadə 100-dən çox işçinin əmək haqqını mənimsəyib.

Sonra qəsəbələrin saxlanmasına ayrılan vəsaiti MİS-lərə köçürmək əvəzinə, “obnaliçka” şirkətlərə transfer edərək 3 milyon manatı mənimsəyiblər.

“Mən bu məsələni Rövşən Rzayevə çatdırdım. Lakin komitə sədri onu işdən azad etməklə kifayətləndi. Halbuki, korrupsiya faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıydı”.

B.Hacıyev komitənin daha bir qurumu - Təchizat İdarəsi barədə ittihamlar irəli sürüb. Onun dediyinə görə, son bir il ərzində sözügedən idarəyə ayrılan 1 milyon manat vəsait yenə eyni qaydada, “obnaliçka” firmalara köçürülərək mənimsənilib.

Pul istehsalatla məşğul olmayan firmalara köçürülüb, nağdlaşdırılıb, sonra bir hissəsinə ucuz, keyfiyyətsiz mallar alınıb. Bu faktı araşdırmaq üçün xəzinədarlıq məlumatlarını götürə bilərsiniz.

Bəzi əməliyyatlar kağız üzərində aparılıb. Həmçinin, Təchizat İdarəsinin balansında olan xarici yük maşınları 200 manat saxta müqavilələr bağlanmaqla arendaya verilib.

Həmin maşınlar külli miqdarda dövlət vəsaitinə alınıb, qaçqınların köçürülməsi işləri üçün nəzərdə tutulub. Komitə rəhbərliyi nə üçün dövlətin pullarını ciblərə axıdır?

“Mənim iradlarımdan sonra maşınlar komitənin həyətinə qaytarılıb. Təchizat İdarəsinin kombinatları, anbarları korrupsiya faktları ilə doludur.

Rövşən Rzayev hər yerdə şəffaflıqdan danışır. Bəs niyə təyin etdiyi Pərvizlə yola getmədi?”, - deyə B.Hacıyev sual edib. O, müvafiq orqanların göstərilən xüsusatları araşdırmalı olduğunu vurğulayıb.

Tarix:12-08-2019, 17:52 Baxış Sayı:36 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır
Dünyanın ən varlı 59 adamından biri olan azərbaycanlı ƏSLİNDƏ KİMDİR? – VİDEO
Razılaşdırılmamış Brexit ssenarisi mətbuata sızdı
Sadə çay verməyən restoranlarla bağlı TƏKLİF
“Mən pis ata olmamışam” — “Attestatmı atam cırıb, məni oxumağa qoymur” deyən gəncin atası DANIŞDI (FOTOLAR)
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
"Azərbaycan Dəmir Yolları" QSC-nin tərəfdaşı olmuş şirkət ləğv edilir — BEYNƏLXALQ KORRUPSİYA QALMAQALINA GÖRƏ
Bu avtomobillərin qapısını bir neçə saniyəyə açmaq mümkündür
Jurnalistikadakı ƏDƏBSİZLİK
Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? – ŞƏRH
Bayıl sürüşmə yamacı abadlaşdırılacaq
Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
Temperatur 38 dərəcəyə çatacaq — ƏSL ÇİMƏRLİK HAVASI
Atambayevin həbs qoyulan əmlakları — SİYAHI AÇIQLANDI
"iPhone"da yeni təhlükəli boşluq
Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü
Ağcabədi rayon İcra Başçısının sözünün kəsəri yoxdur- Video
Ucar polisi naməlum məxluqu tutmağa çalışır
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
“Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY
Balakən rəhbərliyi illərdir sakinlərə "Kərbəla müsibəti" yaşadır- Foto/Video
Azərbaycanda ÜDM istehsalı artıb
Azərbaycan əhalisinin sayı açıqlanıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla