“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!





Ölkə əhalisini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Nar”, 4G texnologiyalı baza stansiyalarının sayını artırmaqda davam edir. Mobil operatorun quraşdırdığı LTE baza stansiyaları sayəsində artıq Qobustan və Xızı sakinləri də 4G şəbəkəsi ilə təmin olunub. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq 55-ə yaxın rayon 4G baza stansiyası ilə təmin edilib. Belə ki, “Nar” son 3 ayda 600-dən çox 4G texnologiyalı, 40-a yaxın isə 3G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da, “Nar”-ın 4G baza stansiyalarının sayı 2300-ü, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb.

“Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. Hazırda ölkə əhalisinin 97.6%, ölkə ərazisinin isə 83,6%-i (işğal olunmuş ərazilər istisna olmaqla) “Nar”-ın sürətli internetindən yararlana bilir. Mobil operator 8100-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçini yüksək sürətli internetlə təmin edir.

Qeyd edək ki, mobil operator ölkə boyu yeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırdığı baza stansiyalarını daim yeniləyir. Bundan başqa, “Nar” baza stansiyalarının şəbəkə tutumunu da genişləndirir.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib

Tarix:16-08-2019, 17:19 Baxış Sayı:35 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycana külli miqdarda qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır – Araşdırma (Video)
Tərtər sakinlərindən odlu silah götürülüb
Sabahın hava proqnozu
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
Polis zabiti yol qəzasında həlak oldu
İşinizi bilmirsinizsə, barı insanlığı öyrənin - Video
Azərbaycanda saytlarda informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq əks olunacaq - Yeni qayda gəlir
Balakəndə naməlum xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA
"Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" – Taleh Yüzbəyov
“Google”un fəaliyyətində problem yaranıb
Ermənilər cəbhəyanı ərazilərimizi atəşə tutdu
XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
Bakı polisindən vətəndaşlara mənzil oğruları ilə bağlı XƏBƏRDARLIQ
Bakı mağazalarında müştərilərin başına necə oyun açırlar? - Diqqətli olun - Video
Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi
Dünya bu türk qadından danışır – Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi
Yol polisindən daha bir çağırış
Tərtər, Ağdam və Füzulinin kəndləri atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanıldı
Ən varlı azərbaycanlı "lotu"ların SİYAHISI - "Lotu Quli" liderdir
İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
DYP və BNA sürücülərə xəbərdarlıq etdi – VİDEO
Bu gün Azərbaycanda TV və radio işləməyəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla