"Şirkətimizin Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur" — “Sirab” ASC-nin İdarə Heyətinin sədrindən AÇIQLAMA

"Şirkətimizin Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur" — “Sirab” ASC-nin İdarə Heyətinin sədrindən AÇIQLAMA














Babək “Sirab” ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov son günlər bəzi xəbər saytlarında “Müsavat” Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında yayılan məlumatlara cavab verib.


“Sirab” ASC-dən Demokrat.az-a daxil olan bəyanatda qeyd olunur:


"Son zamanlar bəzi xəbər saytlarında “Müsavat” Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında məlumatlar yayılıb. Bu səpgili xəbərlərin meydana çıxmasına səbəb isə, Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişov tərəfindən “youtube” kanalında yayımlanmış bir videodur. Həmçinin, xəbərlər Babək “Sirab” ASC – yə məxsus “Sirab” mineral sularının foto şəkilləri də yerləşdirilərək yayımlanıb.


Babək “Sirab” ASC olaraq məsələ ilə bağlı araşdırmalarımızdan sonra bəlli olur ki, sözügedən jurnalistin açıqlamasında yuxarıda da qeyd etdiyimiz kimi, Babək “Sirab” ASC-dən yox, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmhb” adlı bir şirkətdən bəhs edilir.


Babək “Sirab” ASC olaraq qətiyyətlə bildiririk ki, Avropada qeydiyyatdan keçmiş həmin “Sirab Europa Gmhb” adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı “Babək Sirab” ASC rəhbərliyi ilə heç bir dəqiqləşdirmə aparmadan Babək “Sirab” ASC – yə məxsus “Sirab” mineral sularının foto şəkillərindən də istifadə etməklə öz xəbər saytlarında yayımlayıblar. Bu cür qeyri-dəqiq xəbəri yayan media quruluşlarının məsələyə qeyri – peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymayaraq qarşı tərəfin mövqeyini öyrənmədən birtərəfli qaydada xəbər yayınlamasından və nəticə etibarilə ictimaiyyətdə şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasından dərin təəssüf hissi keçiririk.


Babək “Sirab” ASC-yə və “Sirab” markasına yönəlik qeyri-dəqiq informasiyanı yayan xəbər saytlarından yanlışlarını düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə haqqımızı hüquqi müstəvidə qorumaq üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik.
Bir daha mediya və mətbuat sahəsində çalışan dəyərli qələm sahiblərini bu kimi məsələlərə diqqətli və həssas yanaşmağa, vəzifə borcunu peşəkarlıq və qanuna müvafiq olaraq yerinə yetirməyə dəvət edirik".

Tarix:20-08-2019, 13:05 Baxış Sayı:47 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycana külli miqdarda qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır – Araşdırma (Video)
Tərtər sakinlərindən odlu silah götürülüb
Sabahın hava proqnozu
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
Polis zabiti yol qəzasında həlak oldu
İşinizi bilmirsinizsə, barı insanlığı öyrənin - Video
Azərbaycanda saytlarda informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq əks olunacaq - Yeni qayda gəlir
Balakəndə naməlum xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA
"Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" – Taleh Yüzbəyov
“Google”un fəaliyyətində problem yaranıb
Ermənilər cəbhəyanı ərazilərimizi atəşə tutdu
XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
Bakı polisindən vətəndaşlara mənzil oğruları ilə bağlı XƏBƏRDARLIQ
Bakı mağazalarında müştərilərin başına necə oyun açırlar? - Diqqətli olun - Video
Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi
Dünya bu türk qadından danışır – Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi
Yol polisindən daha bir çağırış
Tərtər, Ağdam və Füzulinin kəndləri atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanıldı
Ən varlı azərbaycanlı "lotu"ların SİYAHISI - "Lotu Quli" liderdir
İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
DYP və BNA sürücülərə xəbərdarlıq etdi – VİDEO
Bu gün Azərbaycanda TV və radio işləməyəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla