Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır












“Azərbaycan Dəmir Yolları” QSC dəmir yollarında yeni yoldəyişənlər quraşdırır. “DogruXeber.az” xəbər verir ki, hazırda yeni yoldəyişənlər Poylu və Gəncə stansiyalarında quraşdırılır. Bakı-Gəncə istiqamətində də bu yeniləşmələr uğurla həyata keçirilib.

Avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib. Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Bu günə qədər 13 ədəd yoldəyişən təzələnib və hazırda Poylu stansiyasında 4 ədəd və Gəncə stansiyasında 10 ədəd yeni qurğunun qoyuluşu həyata keçirilir. Proseslər ardıcıl şəkidə davam etdiriləcəkdir.

Yoldəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkət xidməti şöbəsinin rəisi Elçin Məmmədov yeni və müasir standartlara cavab verən yeni yoldəyişən qurğular dəmir yoluna və qatarlara faydası ilə bağlı danışıb. Onun sözlərinə görə, ümumiyyətlə yol dəyişən qurğular dəmir yolunda istifadə olunan texniki qurğudur:

“Yol dəyişənin funksiyası qatarın hərəkətini istiqamətləndirməkdən ibarətdir. Yol dəyişənlər markalara bölünürlər, markaları dəyişdikcə onun texniki ölçüləri də dəyişir. Bunun üzərində hərəkət edən hərəkət vasitəsinin sürətinə də təsir etmiş olur, Poylu istiqamətində gedən yol dəyişənlər müasir tipli yoldəyişənlərdir. Sovetlər dönəmində istifadə olunan yol dəyişənlərin alt hissəsi taxta şpallardan ibarət idi. Bu gün Azərbaycanda istifadə olunan, yeni quraşdırılan yol dəyişənlər beton tirlərin üzərində yerləşdirilir. Bu, müasir standartlara uyğun yol dəyişənlərdir. Baş yollarda yerləşdirilən bu yoldəyişənlər baş yolların sürətinə birbaşa təsir göstərir. Yəni, qatarın yüksək sürətlə hərəkət etməsinə şərait yaradır".

E.Məmmədov qeyd edib ki, qatar stansiyaya daxil olanda hərəkət sürətini azaltmalıdır: “Çünki stansiyalarda hərəkət sürəti var. Mənzillərdə hərəkət sürəti ilə stansiyalarda olan hərəkət sürəti fərqlidir. Ona görə, mənzillər iki yollu və düz sahə kimi olur. Orada buraxıla bilən sürətə qədər qatar sürət yığa bilir.

Yəqin ki, saatda 100 km-ə qədər yığa bilir. Amma qatar stansiyaya yaxınlaşdıqda, stansiyanın içində və ya yolun üzərində tikili qurğular var. Burada artıq qatar sürətini azaltmaq məcburiyyətində qalır. Əgər istismara yararsız yoldəyişəndirsə, yol dəyişənin üç zonası, hissələri var. Əgər hissələrin hansısa birində çatışmazlıq olarsa, həmin yoldəyişənin üzərindən buraxılan hərəkət tərkibinin sürəti məhdudlaşdırılır”.

Qeyd edək ki, yoldəyişənlər ölkəyə sifarişlə Qazaxıstan və Rusiyadan gətirilir./Qafqazinfo

Tarix:21-08-2019, 11:22 Baxış Sayı:39 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycana külli miqdarda qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır – Araşdırma (Video)
Tərtər sakinlərindən odlu silah götürülüb
Sabahın hava proqnozu
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
Polis zabiti yol qəzasında həlak oldu
İşinizi bilmirsinizsə, barı insanlığı öyrənin - Video
Azərbaycanda saytlarda informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq əks olunacaq - Yeni qayda gəlir
Balakəndə naməlum xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA
"Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" – Taleh Yüzbəyov
“Google”un fəaliyyətində problem yaranıb
Ermənilər cəbhəyanı ərazilərimizi atəşə tutdu
XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
Bakı polisindən vətəndaşlara mənzil oğruları ilə bağlı XƏBƏRDARLIQ
Bakı mağazalarında müştərilərin başına necə oyun açırlar? - Diqqətli olun - Video
Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi
Dünya bu türk qadından danışır – Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi
Yol polisindən daha bir çağırış
Tərtər, Ağdam və Füzulinin kəndləri atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanıldı
Ən varlı azərbaycanlı "lotu"ların SİYAHISI - "Lotu Quli" liderdir
İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
DYP və BNA sürücülərə xəbərdarlıq etdi – VİDEO
Bu gün Azərbaycanda TV və radio işləməyəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla