“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA: “Bölücülük yaxşı hal deyil”

“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA: “Bölücülük yaxşı hal deyil”













Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynlinin mərhumla vida mərasimi barədə çağırışı ictimai rəydə müzakirələrə səbəb olub.


Qabil Hüseynli bildirib ki, müxtəlif siyasi partiyaların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident qazanmaq istəkləri barədə məlumata malikdir. Bu baxımdan, həmin qüvvələrdən tədbirə qatılmamağı xahiş edib.


İctimai rəydə Qabil Hüseynlinin bu çağırışının müxalifətə ünvanladığı qənaəti hakim kəsilib və pilotun qyınatası sərt tənqidə məruz qalıb. Digər tərəfdən belə iddialar var ki, Qabil Hüseynli bu çağırışı hakimiyyətin təhriki ilə edib.


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə isə “Yeni Sabah”a açıqlamasında bu iddiaları təkzib edib.


“Qabil Hüseynlinin məlum çağırışı hakimiyyətin təhriki etməsi barədə iddiaların heç bir əsası yoxdur. Qabil Hüseynli uzun müddətdir aktiv siyasətlə məşğuldur və siyasi çevrələri yaxından tanıyır. Görünür onda hansısa narahatlıq olub və bu baxımdan belə çağırış edib. O heç kimi ittiham etməyib və heç kəsə mərasimə qatılmağı yasaqlamayıb”, – deyə Aydın Mirzəzadə bildirib.


YAP rəsmisi əlavə edib ki, bu tip məsələlərdə iqtidar-müxalifət bölücülüyü olmamalıdır.

“İnsani məsələlərdə bu cür düşünmək yanlışdır. Bu, xeyir işlərə də, yas mərasimlərinə də aiddir. Mən özüm bir neçə il əvvəl müxalifətin tanınmış simalarından olan İkram İsrafilin oğlunun toy məclisində iştirak etmişəm. Yaxud bir müddət əvvəl mərhum prezident Əbülfəz Elçibəyin xanımının yas mərasiminə qatılmışam. Orada müxtəlif siyasi qrupların nümayəndələri də var idi. Hesab edirəm ki, belə məsələlərdə bölücülük yaxşı hal deyil. Bu bizim mənəvi dəyərlərimizə də ziddir”,- deyə Aydın Mirzəzadə vurğulayıb.


Qabil Hüseynlinin çağırışına müxalifətdən də reaksiya gəlib. Müsavat başqanı Arif Hacılı bu barədə “Facebook”səhifəsində yazıb:


“Şəhid pilotumuz, Rəşad Atakişiyev bu gün dəfn olunacaq. Gənc yaşında belə böyük mütəxəssisin, yüksək rütbəli zabitin yetişməsi istedadın, intellektin, illərlə çəkilən zəhmətin nəticəsi idi.


İtirdik. Azərbaycan itirdi.


Rəşad Atakişiyevin itkisi yalnız onun ailəsinə, yaxınlarına aid olan bir məsələ deyil.


Dəfn mərasimində iştirak edənlər də etməyənlər də bu kədərə şərikdir.


Bu hadisədən də siyasi məqsəd güdənlərin davranışı bizim şəhidimizə münasibətimizi dəyişməz.


Dəfndə iştirak etmərik, sonra məzarı başında anarıq. Əsas odur ki, unutmarıq.


Ruhun şad olsun vətən oğlu. Rahat uyu.


Allah rəhmət eləsin”.

Tarix:21-08-2019, 13:05 Baxış Sayı:38 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycana külli miqdarda qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır – Araşdırma (Video)
Tərtər sakinlərindən odlu silah götürülüb
Sabahın hava proqnozu
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
Polis zabiti yol qəzasında həlak oldu
İşinizi bilmirsinizsə, barı insanlığı öyrənin - Video
Azərbaycanda saytlarda informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq əks olunacaq - Yeni qayda gəlir
Balakəndə naməlum xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA
"Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" – Taleh Yüzbəyov
“Google”un fəaliyyətində problem yaranıb
Ermənilər cəbhəyanı ərazilərimizi atəşə tutdu
XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
Bakı polisindən vətəndaşlara mənzil oğruları ilə bağlı XƏBƏRDARLIQ
Bakı mağazalarında müştərilərin başına necə oyun açırlar? - Diqqətli olun - Video
Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi
Dünya bu türk qadından danışır – Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi
Yol polisindən daha bir çağırış
Tərtər, Ağdam və Füzulinin kəndləri atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanıldı
Ən varlı azərbaycanlı "lotu"ların SİYAHISI - "Lotu Quli" liderdir
İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
DYP və BNA sürücülərə xəbərdarlıq etdi – VİDEO
Bu gün Azərbaycanda TV və radio işləməyəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla