Azərbaycanda narkotikə görə həbs olunanların sayı açıqlandı

Azərbaycanda narkotikə görə həbs olunanların sayı açıqlandı










2019-cu ilin yanvar – iyun ayları ərzində Azərbaycanda qeydə alınmış 13 534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.


DogruXeber.az-ın məlumatına görə, həmin cinayətlərin 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil edib.


Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.


Cinayət törətmiş şəxslərin 68,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 24,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,8 faizi 18-24 yaşlı, 15,1 faizi 25-29 yaşlı gənclər, 76,8 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.


2019-cu ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1528,5 kiloqram narkotik maddələrin 746,3 kiloqramını heroin, 518,7 kiloqramını marixuana, 195,9 kiloqramını tiryək, 9,1 kiloqramını həşiş, həşiş yağı və qətranı, 58,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib./Demokrat.az

Tarix:21-08-2019, 13:09 Baxış Sayı:40 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycana külli miqdarda qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır – Araşdırma (Video)
Tərtər sakinlərindən odlu silah götürülüb
Sabahın hava proqnozu
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
Polis zabiti yol qəzasında həlak oldu
İşinizi bilmirsinizsə, barı insanlığı öyrənin - Video
Azərbaycanda saytlarda informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq əks olunacaq - Yeni qayda gəlir
Balakəndə naməlum xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA
"Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" – Taleh Yüzbəyov
“Google”un fəaliyyətində problem yaranıb
Ermənilər cəbhəyanı ərazilərimizi atəşə tutdu
XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
Bakı polisindən vətəndaşlara mənzil oğruları ilə bağlı XƏBƏRDARLIQ
Bakı mağazalarında müştərilərin başına necə oyun açırlar? - Diqqətli olun - Video
Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi
Dünya bu türk qadından danışır – Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi
Yol polisindən daha bir çağırış
Tərtər, Ağdam və Füzulinin kəndləri atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanıldı
Ən varlı azərbaycanlı "lotu"ların SİYAHISI - "Lotu Quli" liderdir
İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
DYP və BNA sürücülərə xəbərdarlıq etdi – VİDEO
Bu gün Azərbaycanda TV və radio işləməyəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla